Epizodik qəhrəmanın son epizodu

O, canlandırdığı hər bir obrazı içində yaşatmışdı

 

Türkiyə film sektorunda Yeşilcam aktyorları barmaqla sayılası qədər qalıb. Hansı ki, onlar Türkiyədə film sektorunun yeni-yeni inkişafa doğru yol aldığı dönəmlərdə sevilən simalara çevrilməyi bacarmışdılar. İllər ötdükcə, onların bir-bir dünyasını dəyişməsi Türk media aləmində "Yeşilcamın çöküşükimi qeyd olunur. Sentyabrın 10-da Yeşilcam ulduzlarından olan Süleyman Turan dünyasını dəyişdi.

Sevilən aktyor Kadıköydəki evində ölü tapılmışdı. 83 yaşında infarkt keçirərək dünyasını dəyişən aktyor Türkiyədə olduğu kimi, Azərbaycanda da kifayət qədər sevilirdi.  Rol aldığı filmlər bu gün sevilərək izlənilir. 

Süleyman Turan 1936-cı il, noyabrın 19-da Kadıköydə doğulub. Əsl adı Süleyman Başturandır. O, orta məktəbi Kadıköydə bitirib. Daha sonra İstanbul Universitetinin ingilis filologiyası ixtisasına daxil olub. 3-cü kursda universiteti tərk edərək hərbi xidmətə, könüllü olaraq Yaponiyaya gedib. Hərbi xidmətin ilk günündə əsgərlər arasında istedad yarışına qatılıb. Bu yarışmada türk əsgərləri ingiliscə səhnələşdirilən tamaşalarda  oynayıb Süleyman Turan mükafata layiq görülüb. bu da onun ilk səhnə çıxışı olub. Türkiyəyə geri dönən Süleyman Turan Osman Sedeyin rejissorluğu ilə baş rolda Türkan Şorayın yer aldığı  "Sayın Bayanfilminə çəkilib.  Teatra kinoya qarşı böyük sevgisi olan aktyor, çox qısa zamanda məşhurluq qazanıb. İstanbulda tez-tez teatr məşqlərinə gedən Süleyman Turanın dostu Səlim Naşid baş rol aldığı tamaşaya gedə bilmir. Teatrda epizodik rol alan Süleymana rejissor "Tamaşanın bütün məşqlərində olduğun üçün ssenarini əzbər bilirsən, bəlkə baş  rolu Səlimin yerinə  sən oynayasandeyir. O gündən sonra səhnədə baş rolu Süleyman Turan ifa edir. 1963-cü ildə «Səs» jurnalının təşkil etdiyi yarışa qatılır qazanır. Bu yarışmada Ajda Pekan Ediz Hun ilə birlikdə birinci seçilərək filmlərə çəkilirlər.   filmin rejissor onun soyadını çox uzun hesab edir Başturanı Turana dəyişdirir. O gündən sonra hər kəs onu Süleyman Turan kimi tanıyır. Beləliklə, uğur onu izləyir, bir-birinin ardınca filmlərdə rol almağa başlayır. O, ard-arda "Bir Çember Kırılırken”, "Kuruluş”, "Sevdim Seni”,  "Vurmayın”,  "Yapayalnız”,  "Kıskaç”,  "Acı Sevda”,  "Sosyete Şaban”, "Alkol”,  "Acımak”, "Kaçış”, "Acıların Çocuğu”,  "Kanun Adamı”,  "Kadın Bir Defa Sever”, "Ayşem”,  "Ejderin İntikamı”,” Darbe”,  "Halk Düşmanıkimi bir çox filmlərdə xarakter obrazları canlandırır. 

Onun yaradıcılığına nəzər yetirdikdə, aktyorun çox nadir hallarda baş rolları canlandırdığının şahidi oluruq. Rejissorlar ona daha çox yaxın dost, sirdaş, müsbət qəhrəman obrazlarını həvalə edib. Aktyor, filmlərdə rol almaqla yanaşı, eyni zamanda ssenaristliklə məşğul olub, bir neçə filmlərin ssenarisini özü yazıb. Eyni zamanda rəssamlıqla da məşğul olub. Onun adı heç zaman filmlərin afişalarında ön sırada yazılmayıb. Türk mətbuatında onunla bağlı "Bəlkə filmdəki əsas qızların aşiq olduğu baş qəhrəman olmayıb. Buna baxmayaraq, belə məsələlərə önəm verməyib, bunu problemə çevirməyib. O, canlandırdığı xarakter obrazları ilə adını türk kino tarixinə yazdıran aktyorduryazırlar. Onun sənətə olan marağı hər zaman fərqli olub.

Süleyman Turan aktyorluqla bərabər, o zaman Türkiyədə məşhur olan "Akbabajurnalında karikaturalar çəkməyə başlamışdı. Daha sonra dövrünün axşam qəzetində romanları serial kimi çıxmağa başladı. Onu hər zaman yaxşı rolların adamı kimi tanıyıblar. Dostları deyir ki, o, həyatda hər zaman deyib-gülməyi sevən olub. Həyatı ciddiyə almayıb. Gözəl qəlbə, fədakar ürəyə sahib olub. Yeri gəlsə, dostunun yolunda son nəfəsini verməyə hazır olub.

Aktyor Türkiyə mətbuatına verdiyi son müsahibəsində qeyd edir ki, Yeçşilcam filmlərində rol almağın özü bir qəhrəmanlıq idi: "70-ci illərdə türk kinosu fərqli üsluba keçdi mən filmlərdə qəhrəmanın ən sadiq dostu, etibar olunası insan obrazlarını canlandırmışam. Aktyorluq insanın öz daxili dünyasına səyahət etmək kimi bir şeydir. Əgər sənə həvalə olunan obrazı daxilindən gəldiyi kimi oynamırsansa, o obrazı canlandırmağına dəyməz. Canlandırdığım hər bir obrazı içimdə yaşatmışam. Bizim sənətimiz insanı insana göstərən bir işdir. Bu işdə əsas ürəkdir. Bəzən olub ki, filmdə ürəyim istədiyi kimi oynaya bilməmişəm ekranda özümə baxanda çox utanmışam. O an çamadanımı yığıb, ölkədən qaçmaq istəmişəm”.

Aktyor deyib ki, onların dövründə filmlər çox çətinliklə çəkilirmiş: "Bizim dövrümüzdə texnologiya bu qədər inkişaf etməmişdi. Nəinki filmlərimiz, teatrlarımız güclə fəaliyyət göstərirdilər. Yeşilcamda rejissorlar özlərinə fərqli bir üslub tapdılar onun üzərində çalışmağa başladılar. Əvvəlki Yeşilcam filmləri ilə indikilər arasında böyük fərq var. İndi Avropa film sektoru hansı səviyyədədirsə, biz o səviyyədəyik. Avropalılar texnologiyanı baş rolda oynadırlar. Biz texnologiyanın verdiyi imkanlardan sözün əsl mənasında yararlanırıq. Ancaq bizim dövrdə belə deyildi. Biz daha təbii canlı oynayırdıq. Səmimiyyətimizi qoruyaraq uğur əldə etmişdik. Bu gün isə mən filmlərdə həmin səmimiyyəti görmürəm. Bu səmimiyyətsizlik tamaşaçıları efirdən uzaqlaşdırır”.

Aktyorun, ömrünün son günlərində dostlarından çevrəsindəki insanlardan kənarlaşaraq tənha yaşamağa üstünlük verdiyi deyilir. Mərhum sənətkar 83 yaşında dünyasını dəyişsə , dostları onun sağlam olduğunu, belə anidən dünyasını dəyişəcəyini gözləmədiklərini qeyd edirlər. O, Karacaahmet məzarlığında dəfn olundu. Aktyorla vida mərasiminə toplaşan sənət yoldaşları onun haqqında xoş xatirələrini bölüşdülər. Onlar mərhum sənətkarı həyat dolu, hər zaman şən mehriban biri kimi xatırlayacaqlarını bildiriblər.

Məşhur Yeşilcam aktyoru Edis Hun dostu haqqında mətbuat nümayəndələrinə danışarkən Süleyman Turanın  zarafatcıl, şən dünya görüşlü biri olduğunu söyləyib: "Turanın sənət qabiliyyəti yüksək idi. Onun itkisi Türkiyə üçün çox ağır oldu. Düzdü, o 80 yaşını keçib, amma belə gözəl insanların, aktyorların ömrü daha uzun ola bilərdi. Təbii ki, bir gün gələn vaxtsa bu dünyanı tərk edəcək. Ancaq onun ölümü mənə çox təsir etdi. Hamımız bu dünyadan köçəcəyik, çünki bu ölümlü dünyadır. Məkanı cənnət olsun, nurlar içində yatsın”.

Yeşilcam ulduzu Kadır İnanır isə Süleyman Turanın çox həssas olduğunu qeyd edib: "Əsas odur ki, bu dünyadan köçərkən özünüzdən sonra böyük sevgi gördüyünüz işlərdən bəhs olunacaq böyük sənət buraxasan. Məncə, həyatın anlamı budur. Yoxsa "necə olsa, mən öləcəyəmdeyib, yaşadığı dünyanın gerçəklərindən kənar qalaraq heç bir mövzu ilə maraqlanmadan, sadəcə, özünü düşünərək yaşamağın tərəfdarı deyiləm. O, çox yaxşı insan idi insanlıqdan da ötə, gözəl sənətkar idi. Allah ona rəhmət eləsin”.

Aktyorun 10 sentyabrda öldüyü qeyd edilsə , Türkiyə mediasında onun 8 sentyabrda dünyasını dəyişdiyi bildirilir.  Ailəsi bu xəbəri təkzib etsə , ekspertiza onun daha əvvəl öldüyün təsdiqləyib.

 

Xəyalə Rəis

Kaspi.-2019.-12 sentyabr.-S.14.