Azərbaycan dövlətçiliyi tarixində yeri olan cümhuriyyətçi

Onu ahıl yaşlarında ağır işgəncələrə məruz qoyaraq, sürgünə göndəriblər

28 may 1918-ci il. Tiflis şəhəri. Azərbaycan ziyalılarının mühüm bir hissəsi Qafqaz canişinin əzəmətli yaraşıqlı sarayına toplaşıblar. Xalqın aydınları, zəka sahibləri millətin, vətənin taleyini həll etmək üçün Milli Şuranın tarixi iclasını keçirdilər Azərbaycanın dövlət müstəqilliyi barədə qərar qəbul etdilər. Bu tarixi qərarın qəbul edildiyi iclasda Həmid bəy Şahtaxtinski iştirak edirdi.

Azərbaycan aydınlarının görkəmli nümayəndəsi olan Həmid bəy kim idi? Dövrünün hörmətli ziyalılarından biri olan Həmid bəyin adı tarixə tanınmış maarifçi-pedaqoq, ictimai-siyasi xadim, vətənpərvər bir insan kimi düşdü. Əslində belə də olmalı idi. Çünki onun mənsub olduğu Şahtaxtılar təkcə Naxçıvanda, Azərbaycanda deyil, bütövlükdə Zaqafqaziyada maarifçi, yenilikçi bir nəsil kimi tanınıblar. Həmid bəy də bu köklü nəslin nümayəndəsi idi.

1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtlı kəndində Xəlil bəyin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Xəlil bəyin atası Hüseynqulu Sultan I İsa Sultanın oğlu olub. I İsa Sultan Naxçıvan xanlığında çox nüfuzlu şəxslərdən biri kimi tanınıb. Xəlil bəyin babası, qardaşları, əmiləri özü hərbiçi olmalarına baxmayaraq, maarifi, elmi, yeniliyi təbliğ edən ziyalı kimi tanınıblar. Ona görə , Xəlil bəy övladlarının yüksək təhsili alması üçün onlara hərtərəfli dəstək oldu.

Həmid bəy ilk təhsili ilə bağlı tərcümeyi-halında yazırdı: "5 yaşında ibtidai məktəbə gedib, ana dili ilə yanaşı fars dilini öyrəndim, iki il sonra isə beşillik rus məktəbinə daxil olub, oranı bitirdikdən sonra 1872-ci ildə Naxçıvanda peşə məktəbində oxudum”.

1899-cu ildə Həmid bəy İrəvan Müəllimlər Seminariyasının tam kursunu bitirmək haqqında attestat alır həmin il sentyabrın 1-dən İrəvan rus-tatar məktəbinə müəllim təyin edilir. Lakin Qafqaz Tədris Dairəsi popeçitelinin 27 oktyabr 1901-ci il tarixli 14622 N-li təklifi ilə H.Şahtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili (Azərbaycan) dərslərini tədris etməyə icazə verilir o, bu təyinata əsasən, beş ildən çox burada pedaqoji fəaliyyətlə məşğul olur. Həmid bəy həmin illərdə İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinə üzv yazılır cəmiyyətin işinə həm maddi, həm mənəvi köməklik edir. Amma bunlar onu qane etmir. Xalqına daha çox yardımçı olmaq istəyi ilə mükəmməl təhsil almaq qərarına gəlir.

1907-ci ilin oktyabrında öz xahişi ilə türk dili müəllimi vəzifəsindən azad edilir elə həmin ilin sonları Odessada Novorossiysk İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. İkinci kursda oxuyarkən Həmid bəyin səhhətində problemlər yaranır, o, istəməsə , vətənə qayıtmağa məcbur olur bir ildən sonra sağalaraq yenidən təhsilini davam etdirmək üçün Odessaya qayıdır. 1913-cü ildə hüquq fakültəsini bitirir ikinci dərəcəli diploma layiq görülür.

Yenidən vətənə qayıdan Həmid bəy, Bakı quberniyası xalq məktəbləri direktorunun icazəsi ilə pedaqoji fəaliyyətini davam etdirməyə başlayır. O, maarifçilik fəaliyyəti ilə yanaşı, həm Gəncədə, həm Bakıda Dairə Məhkəməsində andlı müvəkkilin köməkçisi vəzifəsində işləmişdir.

1917-ci il. Rusiyada baş verən hadisələr, xüsusən fevral inqilabı Azərbaycana  da öz təsirini göstərdi. Məhz bu hadisədən sonra milli partiya təşkilatların fəaliyyəti leqallaşdırıldı. Yeni partiyalar yaranmağa başladı.  Bu zaman "Rusiyada müsəlmanlıqpartiyası yarandı həmin ilin sonlarında "İttihadpartiyası adlandırıldı. Həmid bəy həmin partiyaya üzv oldu. Beləliklə, Həmid bəy həmin ildən pedaqoji fəaliyyəti ilə yanaşı, siyasi məsələlərə meyilləndi.  Fevral-burjua inqilabından sonra  H.Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər Qurultayında Müvəqqəti Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil Dairəsi Komissarlığının üzvlüyünə seçildi. 1918-ci ildə isə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya Hökumətinin xalq təhsil naziri vəzifəsində çalışdı.

1918-ci ilin iyunu. Gəncə. Artıq Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədə fəaliyyətə başlamışdı. Bu zaman Həmid bəy Gəncədə idi. O, hökumətin 26 avqust 1918-ci il tarixli qərarı ilə xalq maarif nazirinin müavini təyin edilir F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin II III hökumət kabinələrində xalq maarif nazirinin müavini vəzifəsini icra edir. N.Yusifbəylinin sədrliyi ilə yaradılmış IV hökumət kabinəsində isə 1919-cu il aprelin 16-dan mayın 16-dək Xalq Maarif Nazirliyini idarə etməli olur. 1919-cu ilin dekabrın 24-də N.Yusifbəylinin formalaşdırdığı ikinci (sayca 5-ci) Hökumət kabinetində H.Sahtaxtinski maarif  dini etiqad naziri təyin olunur. O, bu vəzifəni 1920-ci ilin martın 5-nə qədər icra edir. 

Bu qərarlardan belə aydın olur ki, Həmid bəy Azərbaycan Cümhuriyyəti dövründə fəaliyyətini əsasən ölkədə maarifin inkişafına yönəldib. Azərbaycanın bir çox şəhər kəndlərində yeni məktəblərin, seminariyaların, kitabxanaların, xüsusən Bakı Dövlət Universitetinin açılmasında böyük xidmətləri olub. 20 avqust 1919-cu ildə Bakıda Azərbaycan müəllimlərinin III qurultayı keçirilərkən, qurultaya rəhbərlik etmək Həmid bəyə həvalə edilir. O, qurultayda geniş məzmunda çıxış edərək ölkədə bu sahədə yeni islahatların aparılmasını təklif edir.

Həmid bəy ölkədə təhsilin əsasən milli istiqamətdə aparılmasını tərəfdarı idi. H.Şahtaxtinski tədrisi Azərbaycan dilində apara bilən təcrübəli müəllim kadrlarının hazırlanması üçün 1918-ci il sentyabrın 9-dan etibarən açılmış kurslara rəhbərlik etmişdir. Bakıda ümumi ictimai kitabxanaların açılması üçün məhz onun sədrliyi ilə Xalq Maarif Nazirliyinin nəzdində komissiya yaradılır. Hökumət bu sahədə onlara dəstək olur 1918-ci ildə M.Ə.Sabir adına kütləvi kitabxana, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin elmi kitabxanası təşkil edilir.         

Onu da qeyd edim ki, Həmid bəy 1919-cu ilin iyulundan "İttihadpartiyasının rəsmi üzvü idi Azərbaycan parlamentində təmsil olunurdu. Parlamentdə "Müsavat”dan sonra ikinci güclü fraksiya "İttihadidi. Elə aprel işğalından dərhal sonra da daha çox repressiyaya məruz qalanlar ittihadçılar oldu.

1920-ci ilin aprel işğalından sonra H.Şahtaxtinski bolşeviklər tərəfindən Bakı Dövlət Universitetində işləməyə dəvət alır 1930-cu ilə qədər burada çalışır. 1923-25-ci illərdə BDU-da prorektor vəzifəsində işləyən Həmid bəy, 1926-cı ildə universitetin tibb fakültəsində təhsilini davam etdirir. 1929-cu ildə universitetin yaradılmasının 10 illiyi münasibətilə H.Şahtaxtinskiyə professor fəxri adı verilir.

 

1930-cu ilin sonlarından Həmid bəy Azərbaycan Tibb İnstitutunda işləməyə başlayır. İstər universitetdə, istərsə Tibb İnstitutunda çalışarkən Həmid bəy fəaliyyətini bütövlüklə elmin təbliğinə yönəldir. Ümumtəhsil məktəbləri üçün dərsliklər, dərs vəsaitləri hazırlayır.   

...Arxiv sənədlərindən tədqiqat əsərlərindən bəlli olur ki, bolşeviklər bütün partiyalara, xüsusən "Müsavat "İttihad”çılara qarşı qırmızı terror elan etdilər. İlk gündən ucdantutma həbslər repressiyalar başlandı. Akademik Ziya Bünyadov "Qırmızı terror” əsərində bu haqda geniş məlumat verərək yazırdı: "İttihadpartiyasının işi ilə bir necə ay XI Ordunun Xüsusi Şöbəsi onun rəisi, Azərbaycan xalqının cəlladlarından sayılan Pankratov məşğul olmuşdur”. Bu fakt öz bir daha sübut edir ki, "İttihad”çılar necə ağır cəzalara məruz qalıblar.

Həmid bəy də "İttihad”çı kimi 1938-ci ildə yada "düşür” və dəhşətli işgəncələr, təhqirlər az  bir vaxtda onu tanınmaz hala salır. Onu ahıl yaşında (60) isti ocağından, əzizlərindən ayırırlar. 1940-cı ilin yanvar ayının 5-də Azərbaycan SSR XDİK-in əməkdaşı, Dövlət təhlükəsizlik mayoru Markaryanın təsdiq etdiyi qərar və Zaqafqaziya dairəsi hərbi prokurorunun sanksiyasına əsasən, XDİK DTİ 3-cü şöbənin 1-ci bölməsinin rəisi, baş leytenant Martirosov yanvar ayının 6-da H.Şahtaxtinskini 23 saylı order əsasında həbs edir. SSRİ XDİK yanında xüsusi müşavirə 11 iyun 1940-cı ildə H.Şahtaxtinskinin işinə baxır və o, antisovet millətçi təşkilatda fəaliyyətinə görə, islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilir.

1943-cü ilin fevralın 3-də Həmid bəy vətənindən, ailəsindən çox uzaqlarda, Arxangelski vilayətindəki həbsxanada ağır şəraitə və işgəncələrə dözməyib 63 yaşında əbədi olaraq gözlərini yumur. Ailəsi bu acı xəbəri çox sonra eşidir.

Həmid bəy öz dayısı qızı Səkinə xanımla ailə qurmuşdu. Tale onlara dörd gözəl-göyçək qız övladı bəxş etmişdi. Həmid bəy qızlarını çox sevirdi və hər zaman övladlarına xalqı, milləti üçün gərəkli bir şəxsiyyət olmağı tövsiyə edərdi. Özü də canını xalqının azadlığı, xoşbəxtliyi uğrunda qurban verdi. Bu gün Azərbaycan dövlətçiliyi tarixində öz yeri olan Həmid bəyin əziz xatirəsi hər bir Azərbaycanlının qəlbində yaşayır və daima yaşayacaq! 

 

Qərənfil Dünyaminqızı

Əməkdar jurnalist

Kaspi  2019.- 24 yanvar. - S.15.