“Prezidentimizin diqqət və qayğısını
hər zaman hiss edirik”
“Prezidentimizin diqqət və qayğısını hər
zaman hiss edirik”Şəhid
ailəsi olan mədəniyyət nümayəndələri
dövlət başçısının
qərarını yüksək
qiymətləndirirlər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 28-də
Prezident Sarayında şəhid ailələri
ilə görüş
keçiriblər. Şəhid ailələrinin
nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə
Allahdan rəhmət diləyərək onların
torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini
vurğulayıb.
Prezident
İlham Əliyev
"Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar
xəbərsiz itkin düşdüyünə görə
ölmüş elan edilmiş hərbi qulluqçuların ailə
üzvlərinin sosial
müdafiəsinin yaxşılaşdırılması
ilə bağlı əlavə tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına 90-cı illərdə
sığorta ödənişi
alan şəhid ailələrinə də
11 min manatlıq birdəfəlik
ödənişlərin verilməsi
barədə dəyişiklik
etdiyini vurğulayıb.
Dövlət başçısının
etdiyi dəyişikliklə
birdəfəlik ödəniş
alacaq əhatə dairəsi genişlənən
vərəsələrin içərisində
2264 şəhid hərbi
qulluqçu və 461
şəhid polisin ailəsi də var. Ödənişlərin həyata
keçirilməsi üçün
isə ümumilikdə
135 milyon manat vəsaitin ayrılması
nəzərdə tutulub.
Prezidentin tapşırığı ilə
aparılan araşdırmalar
nəticəsində müəyyən
olub ki, 90-cı illərdə şəhid
yaxınlarına ödənilən
məbləğ hazırki
rəqəmlərlə böyük
uyğunsuzluq təşkil
edir. Buna görə sosial ədalət prinsipinin qorunması baxımından dövlət
başçısı tərəfindən
bütün şəhid
ailələrinə 11 min manatlıq
ödənişin edilməsi
barədə fərmanda
dəyişiklik edilib.
Yanvarın 28-də keçirilən bu görüş və Prezidentin qərarı nəinki şəhid ailələri, ümumiyyətlə
bütün vətəndaşlar
tərəfindən yüksək
qiymətləndirilib. Sosial şəbəkələrdə
Prezident İlham Əliyevə və birinci xanımı Mehriban Əliyevaya ən xoş sözlər ünvanlanır.
Mövzuya mədəniyyət nümayəndələri
də biganə qalmadı. Vətən uğrunda şəhid
olmuş doğmaları
haqqında danışan
incəsənət nümayəndələri
öz təəssüratlarını
"Kaspi” ilə bölüşdülər.
"O pulu oğlumun övladlarına təqdim
edəcəm”
Opera və Balet Teatrının solisti, xalq artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov da Qarabağ döyüşlərində
şəhid olub. Bakı Dövlət
Universitetinin məzunu
olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət-axtarış
şöbəsinin rəisi
vəzifəsində çalışıb.
1991-ci ildə Cəbrayılda minaya düşüb. Onların Rüfət
adlı bir oğlu var.
G.Əliyeva bizimlə söhbətində
bu məsələnin
onun üçün həssas mövzu olduğunu bildirdi və danışarkən
gözyaşlarını gizlədə
bilmədi: "Bir şəhid ailəsi, sənət adamı olaraq, bu məni
çox sevindirir. Prezidentimiz və onun xanımı
şəhid ailələrinə,
o cümlədən aztəminatlı
ailələrə çox
böyük diqqət
ayırır. Bu addım da o diqqətin bir nümunəsidir. Bu, bizim hamımızın gözlədiyi bir qərar idi. Prezidentimiz sağ olsun ki, bunları
dəyərləndirdi. İşlərinin çox olmasına baxmayaraq, şəhid ailələrinə diqqətini
əsirgəmədi. Buna
görə də bir şəhid ailəsi olaraq prezidentimizə təşəkkürümü
bildirirəm. Bir məsəl
var, deyirlər, ölünün şərafəti
dirilər üçündür.
Onlar tək bizim şəhidimiz deyil, Azərbaycan üçün
canından keçən
oğullarımızdır. Onlar hər bir azərbaycanlının
şəhididir. Prezidentimiz bu
məsələyə humanistcəsinə
yanaşdı. Onlara olan
bu diqqət, qayğı ilə Azərbaycan üçün
nə qədər dəyərli olduqlarını
diqqətə çatdırdı.
Əlbəttə ki, maddi tərəf əsas deyil, əsas olan prezidentimizin növbəti dəfə diqqət və qayğısını hiss etməkdir.
Təbii
ki, bu, övladını,
ərini, atasını
itirən şəhid
ailələri üçün
çox sevindirici oldu”.
O, həyat yoldaşının
Daxili İşlər
Nazirliyinin əməkdaşı
olduğunu və polis
zabiti kimi vətən üçün
çalışdığını dedi: "Həyat yoldaşım Azərbaycanın
ilk şəhidlərindəndir. DİN-də şəhid
olan ikinci polis zabiti idi. O dövrdə sərhədlərimizi
ancaq polislərimiz qoruyurdu. Mənim yoldaşım öz
xidməti vəzifəsini
yerinə yetirərkən
sərhəddə şəhid
olmuşdu. Mən bu
on bir min manat vəsaiti oğlumun övladlarına – nəvələrimə
təqdim edəcəm”.
"Döyüş yoldaşları
Xalidin şücaətindən
danışdıqca, qürurlanıram”
Əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşdü. O, həyat
yoldaşının pərəstişkarı
olduğunu dedi: "Əslində, mən onun şücaətlərinin
böyük pərəstişkarıyam.
Hər dəfə döyüş
yoldaşları uğrunda
fəda olduğu Ağdərənin 7 kəndinin
yenidən özümüzə
qayıtmasında bilavasitə
Xalidin şücaətindən
danışdıqca, qürurlanıram.
O, 3 dostunu mühasirədən
qurtarıb. İdarə etdiyi zirehli
maşının minaya
düşməsi nəticəsində
həlak olub. Xalidin yoxluğundan 26 il ötür.
Əslində, çox qəribə
səslənsə də,
elə bil içimdə qorxmaz bir kişinin ruhu var. Məndə qorxu deyilən bir hiss yoxdur. Amma kaş ki, çox
ürkək, zərif
bir gəlin kimi qalaydım”.
Əməkdar artist ölkə başçısının
bu addımını yüksək qiymətləndirdiyini
və ona şəhid ailələrinə
göstərdiyi etimad
və qayğıya görə öz təşəkkürünü bildirdi.
"Məsələ ödənilən
maddi yardımda deyil”
Qarabağ uğrunda gedən döyüşlərdə müğənni
Leyla Ramazanlının
da atası şəhid olub. İfaçının atası Nurəddin Ramazanlı 706-cı hərbi
hissədə xidmət
göstərib. Leytenant
N.Ramazanlı 1992-ci il oktyabr ayının 8-dən 9-na keçən
gecə Laçında
gedən döyüşlərdə
şəhidlik zirvəsinə
yüksəlib.
Yanvarın 28-də Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşməsi və
sözügedən fərmanın
imzalanması ilə bağlı tanınmış
ifaçı da öz təəssüratlarını
bildirdi. İlham Əliyevin şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıdan danışan
gənc ifaçı
bu qayğını hər zaman hiss etdiyini dedi: "Srağagün keçirilən
o görüşdə mənim
anam da iştirak
edib. O həmin görüşdən çox
böyük təəssüratlarla
qayıdıb. Bu, İham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid
ailələri ilə
ilk görüşü deyil.
Əvvəllər ulu öndər
Heydər Əliyev də şəhid ailələri ilə görüşüb, onları
diqqətdən kənarda
qoymurdu. Bu gün İlham Əliyev həmin siyasəti davam etdirir. Uzun müddətdir ki,
bu qayğını
biz öz üzərimizdə
hiss edirik. Dövlət başçımız hər
zaman şəhid ailələrinə diqqət
göstərir. Bir sənətçi
və şəhid qızı olaraq bizə göstərilən
diqqət və qayğıya görə Prezidentimiz İlham Əliyevə ailəmiz adından təşəkkürümü
bildirirəm”.
İfaçı torpaq uğrunda canından keçən şəhidlərin
ailələrindəki vəziyyətdən xəbərdar olduğunu söylədi və itirdikləri
doğmalarına Allahdan rəhmət dilədi:
"Prezident İlham
Əliyev tərəfindən bu istiqamətdə
imzalanan fərman və sərəncamlar
şəhid ailələrinə böyük
sevinc bəxş edib.
Eləcə də bizim ailəyə.
Məsələ bu ailələrə
ödənilən maddi yardımda deyil. Əsas olan Vətən
uğrunda canından keçən şəhidlərimizin
diqqətdən kənarda qalmaması və onların
yaxınlarının bu qayğını
hiss etməsidir. Mən bir sənətçi olaraq
bunu təqdirəlayiq hal
kimi qiymətləndirirəm. Prezidentimizə
təşəkkür edirəm”.
Xəyalə Rəis
Kaspi 2019.- 30 yanvar.- S.12.