Əngəlsiz, Sərhədsiz, Azad ya həyat dəyişdirən teatr  

Bəzən təkcə inanmaq kifayət etmir.Əgər, doğrudan da,dünyanı dəyişmək istəyirsinizə,inandığınız arzuları həyata keçirin.

Nik Vuyçiç

 

2016-cı ilin sentyabr ayı idi. "Nəhayət, bizdə o əjdahadan oldu", "Ölkəmizdə fiziki məhdudiyyətli insanlardan ibarət müstəqil teatr yaradıldı”- kimi xəbərlər yayıldı. Qəribə bir adı vardı- ƏSA. Bu teatrdan gözləntilərimiz o qədər çox deyildi. Çünki özəl teatrların çox yaşamadığının, müəyyən səbəblərdən ömürlərinin qısa olduğunun şahidinə çevrilmişdik. Üstəlik, teatrın yaradıcıları da gənclər idi. Belə ki, rejissor sosial novator Nihad Nicat Qulamzadələr tərəfindən yaradılan bu teatrın ayaqda qalması, özü özünə əsa olması gözlənilirdi. Kim bilir 2 ay, 3 ay, bəlkə 6 ay yaşayacaq deyə müakirələrə başlamışdıq.

Axı, hardan biləydik ki, Əngəlsiz, Sərhədsiz Azad (ƏSA)sözlərinin birləşməsindən yaranan bu teatr gün gələcək, Azərbaycanın Qafqazın fiziki məhdudiyyətilərdən peşəkar aktyorlardan ibarət ilk inklüziv teatrı kimi tarixə düşəcək.

 

ƏSA hansı zərurətdən yarandı?

 

Bir dəfə fiziki məhdudiyyəti olan bir şəxsin müsahibəsini oxumuşdum. Bir insan psixoloji olaraq yaşaya biləcəyi bütün travmaları almışdı.Bir həyata bu qədər yük necə sığa bilər, deyə düşünməyə başladım. O gündən sonra digər fiziki məhdudiyyətli insanların müsahibələrini oxudum. Demək olar ki, hamısının taleyi  bir-birinə bənzəyirdi. Anladım ki, problem onlarda deyil. Biz fiziki məhdudiyyətli insanlara fərqli olmadıqlarını hiss etdirmək üçün heç etməmişik, onlara şərait yaratmamışıq. Bu, bir az da milli şüur, təfəkkür məsələsi olduğundan kimisə qınamağa da haqqım yox idi. Ancaq bir şeyi dəqiq bilirdim. Heç kimin sabahısığortalı deyil. Elə mənim . ƏSA Teatrı bu insanlar üçün bir nəfəslik oldu. Onlar ƏSA vasitəsi ilə nəfəs almağı öyrəndilər.

Teatrın yaradıcılarının sözlərinə görə bu teatr fiziki məhdudiyyətliolan insanların cəmiyyətə inteqrasiyasını,peşəkar aktyorlarla birgə fəaliyyətini təmin etmək, onların sosial rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə məşğul olmalağa təşviq etmək məqsədi ilə yaranmışdı. Fizikiməhdudiyyətli insanlar özlərini realizə etmək üçün ƏSA-ya müraciət etdilər. Onların bir qismi küsdükləri həyatları ilə barışdılar arzularına bir addım daha yaxın oldular. 5 nəfərlik heyətlə yola çıxan teatr bu gün 30 nəfər üzvü ilə fəaliyyətini davam etdirir.

 

Arzuların ardınca...

 

ƏSA ilə özünü tapanlardan İmran Lalayev (ayaqlarını qatar qəzasında itirib, protez ayaqlardan istifadə edir), Cəmilə Məmmədli (əlil arabasından istifadə edir), Elvin Mirzəyev (2-ci qrup əlilliyi var), Rəsul Zəkiyev (əlil arabasından istifadə edir), Orxan Əliyev (2-ci qrup əlilliyi var. Serebral iflic), Fərid Əliyev (1-ci qrup əlilliyi var. Beyin serebral iflici), Bəhram Rəhimli - (daun sindromlu), Günay Məmmədova (tamamilə görmə məhdudiyyətli), Gülnar Əlfidatlı (serebral iflic), Aysel Əliyeva (vokal ifaçısı, görmə məhdudiyyətli) kimi nümunələr çəkmək mümkündür.Məni daha çox sevindirən dostlarını səhnədə tək qoymayan onlara dayaq olan, birlikdə sevə-sevə çalışan müxtəlif teatrların aktyorları ADMİU-nun tələbələridir.Onlardan Könül Şahbazovaya,Niyaz İlyasoğluna, Elşən Əsgərova, Elsəvər Rəhimov, Aysel Feyziyevaya, Səmayə Ağayarovaya, Rafael Şahbəyliyə xüsusi təşəkkür düşür. Bəzilərinin yan qaçdığı, bəlkədə qorxduğu bir işdə adlarını sadaladığım istedadlı aktyorlar yorulmadan çalışırlar. Xüsusən,"And" tamaşasında bu birliyi daha çox gördüm. Aktyorlar zəncir kimi bir olub, tamaşanı müdhiş idarə etdilər.Gənc istedadlı aktyorlar Elşən Əsgərov, Elsəvər Rəhimov, Səmayə Ağayarova,Aysel Feyziyevanın tərəf-müqabilləri ilə anlaşması, xüsusəndə, Elsevər Rəhimovla Mariana obrazının ifaçısı Cəmilə Məmmədəlinin bir-birinə bağlılığı,gənc aktyorun həmkarına dəstəyi alqışa layiq idi.

ƏSA teatrının əsas özəlliyi odur ki, bu ailənin hər üzvünü bir-birlərinə sevgi,  dostluq sədaqət bağlayır. Onlar möcüzənin gücünə inandıqları kimi, sevginin, birliyin   gücünə inanırlar. Çünki onlar bir möcüzəyə inanıb yola çıxıbdılar.

 

Möcüzəyə inanlar...

 

Hər işin çətinliyi onun başlanğıcıdır, deyirlər. Əsa teatrı fəaliyyətə başlayan gündən  maraqlı repertuarı ilə ətrafına tamaşaçı toplaya bildi. Teatrın repertuarına baxan zaman orada Azərbaycan dünya ədəbiyyatında mühüm yer tutan görkəmli yazıçıların əsərlərini görmək olar.Bu həmdə böyük məsuliyyətli işdir.Çünki bəzi əməkdaşların aktyorluq sahəsi üzrə peşəkar təhsili yoxdur. Teatrın repertuarına nəzər yetirdikdə kollektivin müxtəllif zamanlardatamaşçılara"DUMBpsixodraması,Kapoeyra üslubunda inkluziv performans,"Yuxum” (V.Şekspir "Yay gecəsində yuxu" romantik komediyası) "Adamlar siçanlar” (C.Steynbek "Siçanlar insanlar haqqında"),"Adamlar siçanlar – 2” (C.Steynbek "Siçanlar insanlar haqqında"),"Paris partladı” (M.F.Axundzadə "Müsyö Jordan Dərviş məstəli şah" komediyası), "Göy quş” (Moris Meterlink),"Sirri Ənəlhəqq" ("Nəsimi ili"nə həsr olunmuş modern plastik tamaşa),"Bərabərik" (Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunan tamaşa),"AND" (J.B. Molyer "Xəsis" komediyası) kimi maraqlı işlər təqdim etdiyinin şahidi oluruq.

ƏSA Teatrının rəhbəri, rejissor Nihad Qulamzadə "Adamlar siçanlar - 2" tamaşasının quruluşunda Azərbaycanın teatrına yeni bir üsul gətirərək, tamaşanın quruluşunda fləşbəklər texnikasından istifadə edib.

 

Uğurlu teatrın böyük nailiyyətləri

 

Əsa Teatrının kollektivi tək tamaşa təqdim etməklə kifayətlənmir, eyni zamanda,sosial videoçarxlar çəkərək cəmiyyətə öz sosial ismarıclar ötürməyi bacarır.Prezident İlham Əliyevin 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncamında 6 istedadlı gənc arasında ƏSA Teatrının aktrisası Gülnar Əlfidatlının da adı vardı. Bu, möcüzəyə inanan gənclər üçün böyük dəyər idi.

ƏSA Teatrı edib ki? -deyənlərin nəzərinə çatdırım ki,Azərbaycanda ilk dəfə teatr tamaşasını sinxron surdotərcümə ilə təqdim edib. Bu, nitq eşitmə məhdudiyyəti olan şəxslər üçün atılmış vacib addımlardan idi. Beləcə, hazırda tamaşaçılar arasında eşitmə nitq məhdudiyyətli şəxslər üstünlük təşkil edirlər.ƏSA hətta ölkə hüdudlarından kənara çıxmağı da bacarıb. 2018-ci ildə teatrın rəhbəri, rejissor Nihad Qulamzadə Amerika Konqresinin üzvü Mark Amodei tərəfindən "Konqres mükafatı”na layiq görülüb.

 

Laməkan teatr

 

"Oğlanlar var, şərait yoxdur"-sözününü ƏSA teatrının əyninə biçildiyini düşünürəm. Burda qızlar da, oğlanlar da bir amal uğrunda mübarizə aparırlar. Ancaq di gəl ki, məkanlarının olmaması bəzən onları ruhdan salır. Hazırda fəaliyyətdə olan müstəqil teatrların əsas problemlərindən biri binasızlıqdır.Amma son vaxtlar Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin "Özəl teatrlara dəstəklahiyəsi nəticəsində fəaliyyətdə olan özəl teatrlar ayda bir dəfə dövlət teatrlarının səhnəsində tamaşa oynamaq imkanı qazanıblar.Əsa Teatrıda bu layihə çərçivəsində müxtəllif vaxtlarda S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı,Akademik Milli Dram Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində tamaşalar oynayıblar. Amma bu yetərli deyil. Ümudvaram, ƏSA Teatrında öz binası olar məkanı olmayan uğurlu teatr öz binasında daha maraqlı işlər təqdim edər.

 

sonda... Əziz oxucular teatrsevərlər, ƏSA Teatrının repertuarını izləmək tamaşalarına getməklə,inanın ki, heç itirməyəcəksiniz. Bununla həm azad yaradıcılığa mədəniyyətimizin gələcəyinə dəstək olarsınız.

 

Turan Etibaroğlu

Kaspi  2020.- 9 aprel.-S.12.