Boyalı quş”un nəğməsi

  

İkinci Dünya müharibəsi...

Ailəniz sizi itirir...

Yəhudisiniz...

Görənlər sizi qaraçılara bənzədir...

 

Azıb qaldığınız kəndlərdə yəhudi olduğunuz üçün sizi qəbul etmirlər ya ağır şərtlər altında işlədir, işgəncə verirlər. Həmin kəndlərin çoxunda da alman əsgərləri var. sizi görsələr, xüsusi qaz kameralarına aparıb orada boğacaqlar. Gizlənməyə, kiçik bir şübhə duyduqda qaçmağa məcbursunuz.

Başınıza gələn bütün fəlakətlərin axarında hələ kimin həqiqət olduğunu, kimin qoynunda gizlənməli olduğunuzu bilmirsiniz.

Altı yaşınız var...

Müharibə başlayandan bitənə qədər təksiniz...

Olmazın işgəncələrini dadırsınız...

Diri-diri dovşan soyursunuz, dovşan dərisi sallana-sallana qaçır, buna görə  sümükləriniz qırılana qədər döyülürsünüz.

Sizi sahiblənən ev yiyəsi öz arvadını muzdlu işçisinə qısqandığı üçün işçinin gözlərini çıxarır gözlər sizin ovucunuza düşür.

İçinizə qara ruhların girdiyindən şübhələnən qarı sizi torpağa basdırır quzğunlar başınızı dimdikləyir.

Təsəvvür edə bildiniz?

Yerji Koşinskinin ötən əsrin ən çox səs-küy yaratmış romanlarından biri olan "Boyalı quşaltı yaşlı yəhudi əsilli bir uşağın başına gələn faciələrdən söz açır. Romanın taleyi eynən baş qəhrəmanın taleyi kimi məşəqqətli oldu desək, yanılmarıq. Ardı-arası kəsilməyən tənqidi yazılar, yazıçının öz vətənində ona qarşı hazırlanmış kompaniyalar, həddindən artıq acılı səhnələrinə görə sadəcə şişirdilmiş təxəyyül hadisəsi olaraq qəbul edilmiş romanı ciddiyə almayan amerikalı tənqidçilərin davamlı dərc olunan yazıları.

"Boyalı quşmüharibə haqqında yazılmış, ancaq döyüş səhnələrindən daha çox müharibənin getdiyi coğrafiyalarda irq, aclıq, məişət davalarının təsvir edildiyi, nüfuzlu ədəbiyyat qəzetlərinin təbirincə desək, Böyük Vətən Müharibəsi haqqında yazılmış ən yaxşı romandır.

Birinci şəxsin təkində danışılan hekayə ilə müəllifin həyatı əsərin real görünə biləcək hissələrində eyniləşir. Koşinski müharibə dövrünü ucqar kəndlərdən birində, milli kimliyinə görə almanlardan gizlənərək hardasa buna görə daha çox rus ordusuna hörmət bəsləyərək keçirib. Müharibədən sonra Moskvada, daha sonra isə ABŞ-da yaşayıb. "Boyalı quşromanı da ABŞ-da yazılmış dərc olunduğu andan etibarən kifayət qədər səs-küy yaratmış əsərdi. Əsər qədər ümidli, "həyat davam edirintonasiyasında bitsə , Yerji Koşinski intihar edəndə həyatın heç yaxşı olacağına inanmayıb, görünür. İntiharı haqqında da əsərinə olan maraq qədər əfsanələr uydurulub. Ancaq bir şey məlumdur ki, məşhur romanında təsvir etdiyi altı yaşlı obrazının hiss etdiyi bütün ağrıları ömrünün axırına qədər öz çiynində yük edib.

Romanın ən çox diqqət çəkən tərəfi təsvirləridir. Bəzi tənqidçilərə görə, müəllif hadisələrin təsvirində ifrat dərəcədə şişirtməyə əl atıb. Olduqca qəddar, oxucunun gözünü qorxudanpsixoloji təsir yarada biləcək qədər ifrat ağrı, əzabın təsvir olunduğu roman necə atmosferdə başlayırsa, son səhnələrinə qədər o atmosferi qoruyur. Bu da yazıçının təhkiyə məcrasının nə qədər iti olduğunu göstərir. Bunlarla yanaşı romanda açıq-aydın Yerji Koşinskinin tərəfində durduğu mövqebilinmir deyil. Bəzi əhvalatların danışıldığı sırada səhnəyə yazıçı çıxır və müharibə, yəhudilərə qarşı birmənalı şəkildə vəhşilik kimi qəbul olunacaq münasibəti bədii mətn müstəvisində deyil, daha çox publisistik abu-havada sərgiləyir.

Yerji Koşinski roman boyunca oğlanın keçdiyi kəndlərlə həm də bəşəriyyətin inkişaf modelini çəkir. MartaOlqa obrazları ruhlara, şər və xeyir qüvvələrə, caduya, mifik xarakteri olan tanrıya inanırlarsa, oğlanı Qarbosa əmanət edən keşiş tək tanrıya, səmavi dinə inanır. Mifik təşəkkürün dini təfəkkürə çevrildiyi zaman fasiləsini müəllif kəndçilərin məişəti ilə də izah edir. Əgər Martanın və ya Olqanın yanında baş qəhrəmanı qaraçı olduğu üçün, qara saçları ilə qara qüvvələri çağırdığı üçün işgəncə edirdilərsə, Qarbosun yanında yəhudi olduğu üçün onu kilsəyə buraxmır, daşlayırdılar.

Əsər sivilizasiyanın artan xətlə inkişafını göstərir, kilsədən qaçan oğlan ədəbiyyatı, sənəti, fərdi keyfiyyətləri ona öyrədən, tanıdan rus əsgərlərinin – Qavrila və Mitkanın yanına gəlir. Bura qədər tanrıya dua etməyi öyrənən qəhrəmanımız sovet əsgərlərinin çadırında tanrının olmadığını və duaların heç nəyə yaramadığını öyrənir. Bu da İkinci Dünya müharibəsindən sonra teosentrik anlayışlarının tənəzzülə uğradığına, fərdi yaradıcılıq və nihilizmin meydana çıxmasına güzgü tutur. Fərdin mübarizənin, kəşf olunmamış potensialın və cinsi xarakterlərinin qabardıldığı dövrdür. Yazıçının çəkdiyi xəritə bizi Qərb mədəniyyətinin modernizmə qədəm basdığı dövrə gətirib çıxarır. Məhz Qavrila və Mitkanın yanında təsvir edilən hadisələr, oxuduğumuz dialoqlar daha çox sovet təbliği daşıdığı üçün, həm də yazıçının şəxsi hirsinin hiss olunduğu abzaslar olduğu üçün bir qədər xoşagəlməzlik yaradır.

Romanda istifadə olunan simvolistika da diqqəti çəkir. Alov, külək, torpaq (kəndlər, meşələr) su. Dörd vacib həyat ünsürünün hər bölmədə baş qəhrəmana yaşamaq üçün kömək etdiyini görürük. Bununla bərabər ehtiras səs simvolları da azadlığın sinonimi kimi istifadə olunub. Müharibə dövründə kişi qadın münasibətlərinin ibtidai insanların ailə münasibətləri ilə eyni olduğunu göstərən müəllif, həmçinin Lex Yelbeyin Lyudmila obrazları ilə azad münasibətlərin tərəfində olduğunu göstərir. Yelbeyin Lyudmila müharibədə məhv olmağa məhkum olunmuş gözəlliyin obrazıdır. Dağıdılan şəhərlər, abidələr, yandırılan meşələr, öldürülən insanlar Lyudmiladır. Onun can verən bədəni qarşısında diz çökən Lex isə sənətdir, gələcəyin verəcəyi böyük "niyə?” sualıdır.

Romanın kulminasiya nöqtəsində səsini itirən obraz finalda öz səsinə qovuşur. Səs yaranışın işarəsidir. Yaranış işıqdan səsdən başlayır. Müharibə bitəndən sonra evinə, şəhərinə qayıdan on iki yaşlı obraz altı illik macəraların ona verdiyi vərdişlərdən xilas ola bilmir. Bu vərdişlərin ən əsası isə azadlıq idi. O, binalara, küçələrə sığmır, ruhu yenə meşələri, düzləri istəyir. Gecələr şəhəri gəzir, onun yarısərxoş, yarıçirkli azadlığından həzz alır. Boyalı quşlar kimi öz dəstəsinə geri dönərkən onu qədər incitsələr , nəhayət öz yerini cəmiyyətdə tapa bilir.

"Boyalı quşromanı müharibənin kulisi haqqında yazılmış ən yaxşı əsərlərdən biridir. Yerji Koşinskinin kitaba əlavə olunan otuz yeddi səhifəlik ""Boyalı quş”dan sonrayazısı əsərin ədəbi ictimai-sosial dəyərini bir daha sübut edir.

 

Rəvan Cavid

Kaspi  2020.- 11 aprel.- S.13.