O filmləri izləyin ki, darıxmayasınız
Mütəxəssislər karantin günlərində virusla bağlı çəkilən filmlərə baxmağı məsləhət görmürlər
Karantin günlərində
darıxan insanlar vaxtlarını səmərəli
keçirmələri üçün
daha çox filmlərə baxmağa üstünlük verirlər. Bəzi insanlar
isə film izləmək
üçün karantin
günlərinin uyğun
vaxt olduğunu qeyd edirlər. Belə günlərdə telekanallarda
dünyanın ümumbəşəri
problemlərini özündə
əks etdirən filmlər nümayiş olunsa da, ekspertlərimiz
bunun əks təsir göstərə
biləcəyini bildirirlər.
Milli.Az bildirir ki, "Kaspi"-yə danışan rejissorlar insanlara, belə həssas dönəmlərdə daha
çox tarixi və komediya janrında olan filmlərə baxmağı
tövsiyə edirlər.
Rejissor Namiq Ağayev deyir ki, karantin
günlərində daha
çox tarixi filmlərə baxmaq, o dönəmi təsəvvür
etmək məsləhətlidir:
"İndi elə bir həssas dönəmdir ki, insanlar aqressiv olub. Belə məqamda kiməsə nəyisə məsləhət
görmək də bir az risklidir. Karantin günlərində mən Tom Hensonun
"Tərk edilmiş"
filmini izlədim. Çünki bu filmdə
bir fərd olaraq özüm üçün yararlandığım
məqamlar oldu. Azərbaycan filmlərini əzbər
bildiyim üçün
onlara baxmıram, ancaq tamaşaçılara
bizim yerli filmlərimizi izləməyi
tövsiyə edərdim. Nikolas Keycin
"Mələklər şəhəri"
filmində maraqlı detallar var. Bundan başqa Ribles Skotun "Cənnət qapıları" filmini məsləhət görürəm.
O ki qaldı dünyanı zəbt edən pandemiyaya, Riçard Metisonun "Mən əfsanəyəm"
filmi, demək olar ki, bu
gün üçün
çəkilmiş bir
filmdir. Mövzusu dünyanı zəbt edən virusdur. Hesab edirəm ki,
virusdan bəhs edən ən gözəl filmidir".
N.Ağayev deyir
ki, ölkədə karantin
elan olunsa da, o, evdə oturanlardan deyil:
"Hazırda AzTV-də "Evdən öyrən" layihəsi
ilə çıxış edirəm. "Virus
boş şeydir"
deyənlərdən deyiləm, amma televiziya işçisi olaraq hadisələrin arxasında
qalmağı özümə yaraşdırmıram. Hazırda dünyada
özünüformalaşdırma
prosesi gedir. Hər
100 ilin əvvəlində ölkələrin,
dünya bazarının, iqtisadiyyatın,
insanların təfəkkürünün yenilənməsi mütləqdir. Biz bu yenilənməyə
hələ gec qalmışıq. Hər
dönəmdə də dünyanı maraqlandıran bəlalardan
bəhs edən filmlər çəkilib. İndi
yeni bir dalğa dünyanı öz
ağuşuna alıb. Söz
yox ki, bu
hadisələri də özündə əks etdirən filmlər
çəkiləcək. Ancaq inanmıram
ki, bu filmlər 20 Yanvar, Xocalı hadisələri kimi qanlı günlər görən
xalqımızı nə iləsə təəccübləndirə
bilsin. O zaman heç mobil telefonlar, internet yox idi.
İnsanlar dəhşət içində
evində oturmuşdu. Elə bilirdik ki dünyanın
axırıdır. İndi sizdən, sadəcə,
evdə oturmaq xahiş
olunur, nə olub, niyə
belə böyük təşvişə
düşürsünüz? Bizim
başımıza gələnlər
milli oyanış idi,
bu da dünyanın
oyanışıdır. Millət bu hadisələrdən
tam formalaşmayıb ki,
belə bir məqamda onlara
epidemiyanın necə bir bəla olduğunu çəkib göstərəsən.
Belə filmlərə baxsalar, daha çox təşvişə
düşəcəklər.
Gözümüzlə gördüyümüz
bu qədər müharibədən sonra virusun canlar
alması bizim üçün
ikinci şokdur. Bir rejissor olaraq
qeyd edim ki, əslində, belə dönəmlərdə
daha təsirli nələrsə etmək,
məsələn, maraqlı filmlər çəkmək mümkündür. Çünki
tarixə nəzər salsaq, ən çətin
anlarda daha
yaxşı filmlər çəkilib. Belə məqamlarda bir çox xırda dəyələr
əhəmiyyətinin itirir. 90-cı illərin əvvəllərini
xatırlayın, o illərdə Azərbaycanda Pantomima, Yuğ teatrı yaradıldı, gözəl
filmlərimiz çəkildi. Belə məqamda insanı ancaq qlobal məsələlər
maraqlandırır. İnsan mənasız məsələlərdən uzaq olur".
Rejissor Kamal
Yaşar hesab edir ki, belə bir dönəmin
yaşanması normal haldır: "Mənəvi tərəfdən yanaşsaq,
bəşəriyyət üçün karantin günləri lazım idi.
Çünki
insanlar il
ötdükcə özündən uzaqlaşır.
İnsanların özü ilə baş-başa
qalması, özünü, ətrafı, kənarı, təbiəti hiss etməsi üçün karantin vacib lazım idi. Bu, ilahi düzəndir. Karantin günləri, insanların öz istirahəti üçün
ayırdıqları ən ideal
zamandır. Belə zamanda film izləmək isə
ən ideal vasitələrdən biridir. Mən karantin günlərində bir
hekayə və bir şeir
yazmışam. İşləmədiyim ssenarini
təkmilləşdirmişəm. Yəni insanın əylənməsi üçün
evdə də o şərait var. Tarkovskinin məşhur
sözü var: "İnsan öz təkliyi
ilə qalanda darıxırsa, deməli, o, yetkin deyil".
İnsan özü ilə
baş-başa qalanda
darıxmamalıdır. Adamın bir yerdə
özü varsa, niyə
darıxsın? Əgər sən düşünə bilirsənsə,
darıxmağa heç bir
əsasın olmamalıdır.
Belə bir məqamda zövqə
görə film izləmək mümkündür. İnsanların,
onları düşündürən
və əyləndirən filmlərə baxmaları daha çox məsləhətdir. Təşvişdən uzaqlaşmaq üçün
onları düşündürən filmləri azaldıb, əyləncəli filmlərə
baxsalar, karantin olduğunu belə unudarlar.
Ev şəraitində bu
rahatlığı əldə etmək üçün
uzun bir film siyahısı təqdim etmək istəmirəm,
çünki mənim möhtəşəm
hesab etdiyim film, bir başqası üçün maraqsız ola
bilər. Amma demək istəyirəm ki, belə məqamlarda qorxulu
filmlərə baxmasınlar. Mövzu ilə əlaqəlidir deyə, yenidən
"Çernobl", "Yoluxma" və
s. virusdan bəhs edən filmlərə baxmaq məsləhət deyil.
Bu günə qədər bu
pandemiyalar, epidemiyalar olub, bitib gedib.
Bu, müəyyən dönəmə aid bir hadisədir, yəni
keçici bir şeydir. İnsanlar mövzuya uyğunluq axtarmasınlar. Ürəklərinin
istədikləri, onları
yüngülləşdirən, rahat edən
seriallara, filmlərə baxsınlar".
Rejissor tamaşaçılara karantin
günlərində real hadisələrdən
bəhs edən serillara
baxmağı tövsiyə etdi:
"İngiltərə serialı olan
"Peaky Blinders"i məsləhət görürəm. 30 seriyadan ibarət olan film 2013-cü
ildən 2020-ci ilə qədər
davam edən bir prosesi əks etdirir. Bu serialı daha çox tarix və siyasətlə
maraqlananlar izləyə bilər. Birinci dünya
müharibəsindən sonra İngiltərədə
kriminal qruplaşmalardan,
sosial və siyasi
münasibətlərdən, kriminal avtoritetlərin siyasi
arenada fiqur kimi yetişməsindən bəhs edir. Serial real
hadisələr əsasında çəkilib. Serialda
əyləncəyə də yer
ayrılıb. Duyğusal
insanlar üçünsə, İran istehsalı olan,
ailə mədəniyyəti, ailənin bəxş etdiyi o istiliyi
bəxş edən "Ata" serialını məsləhət
görürəm".
Ssenarist, rejissor
Valeh Əhmədov deyir
ki, belə dönəmlərdə virusla bağlı olan
filmlər deyil, daha
maraqlı və bəşəri filmlər tövsiyə edir: "Tamaşaçılara, özümün sevərək izlədiyim film siyahısını təqdim edə bilərəm.
Meksika rejissoru Alexandro Qonzalesin İnarritunun "Babel",
Florian Henkelin
"Başqalarının həyatı", Mikael
Hankenin "Amour", Damien Şazelin "La la land" filmlərini izləməyi
məsləhət bilirəm. Klassik rejissorlardan Akira
Kurosavanın "7 samuray", Federiko Fellininin "Şirin həyat", Çarli Çaplinin "Şəhər
işıqları", Vittorio de Sikanın "Velosiped oğruları", Alfred Hitçkokun "Vertigo"
filmlərini bu il mükafat qazanmışlardan isə
"Parazitlər", "1917" və "Evlilik
hekayəsi"ni məsləhət görürəm. Komediya janrında olanlardan
isə "Çətin ata",
"Yalançı yalançı" "1+1" filmləri
aktual və maraqlı mövzulardan
bəhs edir. Hesab edirəm
ki, bu filmləri izləyən
tamaşaçı, belə günlərdə evdə
darıxmaz".
Xəyalə Rəis
Kaspi 2020.- 16 aprel.- S.15.