Çarli Çaplinin salam
göndərdiyi bəxtəvər bəstəkar
Onun romansları hansı
qəlbləri titrətməyib
ki...
O, milli musiqi sənəti
salnaməsinə yeni səhifələr
yazmış sənətkarlardan biri kimi xatırlanır. Azərbaycanın
çoxəsrlik mədəni irsinin təbliğində
Qəmbər Hüseynlinin xalq musiqisi zəminində bəstələdiyi və
dərin lirizmi ilə səciyyələnən
yaradıcılığının özünəməxsus yeri var. Hərçənd?
deyirlər ki, Qəmbər Hüseynli heç nə
yazmasaydı belə, musiqi tariximzdə
"Çüçələrim” mahnısı ilə
qalacaqdı. Ancaq o, musiqinin əksər janrlarında yazdı və
böyük bir irs yadigar qoydu.
Üzeyir bəyin tövsiyəsi
Çoxlarını
heyrətə salan, Gəncədə sadə bir dəmirçi
ailəsində, incəsənətdən uzaq bir evdə
dünyaya göz açan bu oğlanın qeyri-adi musiqi duyumu
idi. Ətrafındakı həyat başqa idi. Səhərdən-axşamacan çörəkpulu,
dolanışıq üçün
çalışan valideynləri, rayon
camaatının ağır həyatı... 6 yaşı olanda atasının qəfil vəfatı onun uşaq qəlbini
yaraladı. Əmisi Xəlil kişi, böyük qardaşı Məmməd balaca Qəmbəri diqqətdən kənarda
qoymadılar. Çalışdılar ki,
atasının yoxluğunu hiss
etməsin.
1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil
almağa başlayanda
balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər
Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti,
çal-çağır məclisləri, xüsusilə, el şənlikləri və konsertlərə
dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar
Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül,
Malbəyli Həmid, Xan Şuşinski,
Qurban Pirimov, Məşədi
Cəmil Əmirov və başqalarının
çıxışları balaca Qəmbərdə
böyük maraq
yaradırdı. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi
gecələri də təşkil olunurdu.
Aşıq İslam Yusifov,
Aşıq Əsəd, Bozalqanlı Hüseyn,
Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqa sənətkarların
sazlı-sözlü dünyası balaca Qəmbərin
musiqi sənətinə olan
marağını daha da
artırırdı.
1927-ci ildə orta məktəbdə
oxuya-oxuya Gəncə orta
ixtisas musiqi məktəbinin
tar sinfinə qəbul olunur.
1929-cu ildə isə Gəncə Pedoqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın
görkəmli bəstəkarı
Fikrət Əmirov və tarzən Zərif Qayıbovdan dərs
alır. "Rast”ı, "Şur”u, "Zabul segah”ı və
başqa muğamları tarda
məharətlə ifa edən gənc, hələ
tələbə ikən aşıq və el
havalarını toplayıb nota
alırdı. Görkəmli musiqi xadimləri
ilə ünsiyyəti, onlardan dərs
alması, görüb-götürməsi Qəmbər Hüseynlinin görkəmli
mahir bəstəkar kimi
yetişməsində rol oynadı.
1932-ci ildə baş verən bir təsadüf gənc tarzənin musiqi istedadını üzə çıxardı. O zaman Moskvadan Gəncəyə qastrola gələn Şərq Simfonik Orkestrində bas tarı çalan musiqiçi konsert günü ağır xəstələnmişdi. Tamaşaçılarla görüşə isə çox az vaxt qalırdı. Orkestrin rəhbəri Musiqi Texnikumunun kollektivinə müraciət etdi. Hamının fikri bu oldu ki, bu işin öhdəsindən ancaq Qəmbər gələ bilər. Doğrudan da, bir neçə saat ərzində gənc tarzən orkestrdə bas tara aid olan partiyanı demək olar ki, mükəmməl öyrəndi və konsert zamanı bacarıqla ifa etdi. Orkestrin rəhbəri, yaradıcı heyətin üzvləri Qəmbərin musiqi təfəkkürünə heyran qaldılar.
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə
diplomu ilə bitirən Qəmbər, pedoqoji kollektivin qərarı
ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel
sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən
razılıq verir. İki
il müddətində tanınmış musiqi pedaqoqu
A.S.Şvartsın violonçel sinfində
təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti
öz fitri istedadı
ilə "özününküləşdirməyi”
bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu
bir an belə rahat buraxmır. Bu, o dövrdə texnikumda
çalışan görkəmli musiqi
pedaqoqlarının da diqqətindən
yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq
şöbəsinə keçirirlər. O, bu
məktəbdə Q.Z.Buruşteynin sinfində
təhsilini davam etdirir.
Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox
zəruri olan qabiliyyətləri özünü göstərir. O,
görkəmli dramaturq Cəfər
Cabbarlının sözlərinə "Tellər oynadı”
romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə
ağızlardan düşməyən bu
gözəl vokal əsəri ilə gənc
Qəmbər istedadlı bir bəstəkar
olacağına hamını inandıra bilir.
1939-cu ildə Qəmbər Hüseynli
milli musiqimizin beşiyi olan Şuşada Musiqi Texnikumuna direktor vəzifəsinə
təyinat alır. O, bu sənət
ocağında cəmi bir il
çalışsa da, əhəmiyyətli
işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş” operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
"Cücələrim”in şöhrəti
Qəmbər Hüseynlinin
yaradıcılığında simli kvartet, fortepiano üçün pyeslər, dram
tamaşalarına musiqiləri və s. mühüm yer tutur. Ancaq bəstəkarı
daha çox
tanıdıb sevdirən mahnı və romans
janrıdır. "Ay işığında”, "Gecələr
uzanaydı”, "İlk məhəbbət”,
"Düşür yadıma”,
"Gülə-gülə”, "Sən-sən” və s. romansları hansı qəlbləri titrətməyib
ki... Bəstəkarın mahnı
yaradıcılığının ən gözəl incisi isə "Cücələrim”dir. Bu mahnının sədası eşidilən kimi Qəmbər Hüseynli,
bəstəkarın adı çəkilən kimi
"Cücələrim” yada düşür.
«Cücələrim»in maraqlı taleyi olub. Mahnı yazılandan
düz 10 il
sonra məşhurlaşıb.
1949-cu ildə bəstəkar Qəmbər
Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir
və ondan xahiş edir ki, ona söz
yazsın. O dönəmlər
uşaq şeirləri
yazan Tofiq Mütəllibov musiqiyə
söz yazıb Qəmbər Hüseynliyə
verir. Tofiq Mütəllibov xatirələrində
yazır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət
etdi. "Cücələrim"
mahnısının melodiyasını
çaldı. Dedi
ki, bu musiqiyə
mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə
gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə
bir sıra dəyişikliklər etdik.
Beləliklə, məşhur "Cücələrim" meydana
gəldi. O, həmişə
deyərdi: "Mən
əminəm ki, "Cücələrim"in səyahəti
böyük olacaq".
Görkəmli bəstəkar sözlərində
yanılmamışdı. Əgər
o, ömrü boyu
"Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı.
Bir əsərlə dünyada
məşhurlaşmaq hər
sənətkara nəsib
olmur. Qəmbər
Hüseynli "Cücələrim”
mahnısı ilə sağlığında özünə
abidə ucaltdı”.
Mahnının ilk ifaçısı Arif Qazıyev olur. Ancaq mahnının məşhurlaşması
üçün 10 il vaxt lazım
olur.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında «Cücələrim»i Suğra Bağırzadə oxuyur. Mahnı tezliklə dillər əzbərinə çevrilir, sovet məkanının sərhədlərini aşaraq bütün dünyaya yayılır. 100-dən çox dilə çevrilir. Hətta «Dünyanın ən yaxşı uşaq mahnıları» albomuna daxil edilir. Məşhur sovet cizgi filmi «Nu, poqodi!»nin bir bölümünə də salınır, hətta cizgi filmində mahnı Azərbaycan dilində səslənir!
Musiqişünaslar qeyd edirlər ki,
dünyada "Cücələrim” qədər
geniş yayılan, yüz
milyonlarla uşaqların və
böyüklərin - müxtəlif nəsillərdən olan adamların zövqünü
oxşayan ikinci bir Azərbaycan mahnısı yoxdur.
Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi "Cücələrim" qədər öz müəllifini bütün
dünyada tanıtdıran ikinci
mahnı olmayıb. Mahnını
Azərbaycanın "vizit vərəqi”
kimi də dəyərləndiriblər.
1955-ci ilin payızında sovet nümayəndə heyəti
İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə
məktəblisi "Cücələrim” mahnısının
ifası ilə salamlayır. Bu mahnıya aid maraqlı bir məlumat dünya
şöhrətli Çarli Çaplinlə
bağlıdır. Azərbaycan kino xadimləri
Fransada olarkən, Çarli
Çaplin gələnlərin Azərbaycandan
olduğunu biləndə piano
arxasına keçib «Cücələrim»i
ifa edib və qonaqlara «Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən
o bəxtəvər bəstəkara salam yetirin!”-deyib.
"Cücələrim” mahnı muzeyi
Unudulmaz bəstəkarımızdan
bizə yadigar qalan
mahnılar, romanslar və digər janrlarda sənət inciləri bədii-estetik
dəyərinə görə bu gün də çox qiymətlidir.
Bəstəkarın Dövlət Radiosunun
"Qızıl fond»unda
qorunub saxlanan və
müxtəlif sənətkarlar tərəfindən ifa olunan əsərləri
həmişə xüsusi şövqlə
dinlənilir. Həmin əsərlər müxtəlif konsertlərdə,
ədəbi-musiqili verilişlərdə tez-tez
səsləndirilir. Qəmbər Hüseynli
deyirmiş ki, bəstəkar
hər hansı janrda yeni
əsər yaradarkən, onun
ünvanını - kimlər üçün
yazdığını qabaqcadan nəzərə
almasa, özünü
dinləyici yerində təsəvvür edib,
ona "yad"
gözlə baxmasa, həmin əsərin
müvəffəqiyyətinə tam əmin
ola bilməz.
Qəmbər Hüseynli çox cavan - 45 yaşı olanda dünyasını dəyişib. Bəstəkarın məzarı Gəncə şəhərinin mərkəzində yerləşən məktəblilər bağındadır. Xatirə günlərində, eləcə də ayrı-ayrı vaxtlarda yüzlərlə məktəbli, yaradıcı ziyalılar bəstəkarı yad edirlər. Hazırda Gəncənin mərkəzi küçələrindən biri bəstəkarın adını daşıyır. Gəncə Məktəblilərinin Mərkəzi Yaradıcılıq Evindəki «Cücələrim» mahnı muzeyi də ziyarətgaha çevrilib. Muzeydə bəstəkarın əlyazmaları, əsərləri, şəkilləri və ona həsr olunmuş məqalə və kitabçalar toplanıb. Hər il bəstəkarın doğum günü (16 aprel) və xatirə günü (avqust) muzeydə insan əlindən tərpənmək olmur. Musiqisevərlər Azərbaycanın musiqi xəzinəsəinə dəyərli töhvələr verən bəstəkarı anmağa gəlirlər...
Təranə Məhərrəmova
Kaspi 2020.- 17 aprel.- S.6.