Ankarada Azərbaycanın zəfəri
münasibətilə sərgi
Noyabrın
28-də Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən
Ankara Opera və Balet Teatrında zəfər sərgisi təşkil
edilib.
NUHÇIXAN
İnformasiya Agentliyi xəbər verir ki, sərginin təşkilində
məqsəd Azərbaycan həqiqətlərini nümayiş
etdirməkdir.
Sərgidə noyabrın 23-də
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci
xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə
səfərlərini, eləcə də Ağdam
məscidini ziyarətlərini, həmçinin Qarabağda doğulmuş görkəmli şəxsiyyətlərimizin,
Azərbaycanın tarixi yerlərinin füsunkar təbiətini əks etdirən fotolar nümayiş olunur.
Kaspi 2020.- 5 dekabr.- S.15.