“Müharibə dövründə 3 gün yuxusuz
qaldığım vaxtlar da
oldu”
Mirsəid Hüsülü: "Minlərlə erməni
səhifəsini vurulduğunu deyə bilərəm”
Müharibə dövründə savaş, həm də informasiya cəbhəsində gedirdi. Bu cəbhədə sosial şəbəkələrin rolu böyük önəm kəsb edir. Hər birimizin qarşısına çıxan məlumatlardan da görürdük ki, düşmən çirkin üsullara əl atırdı, ölkəmizlə bağlı yalan, böhtan dolu məlumatları sosial şəbəkələrdə paylaşırdı. Sosial media ustalarımız könüllü olaraq məhz bu cür yalan məlumatlar yayan səhifələrlə mübarizə aparırdılar. Həmin peşəkarlardan biri olan Mirsəid Hüsülü ilə müharibə dövründə sosial şəbəkədəki fəaliyyəti haqqında danışdıq.
- Mirsəid bəy, müharibə sentyabrın 27-si
başladı. Müharibə dövrünün
sosial mediadakı informasiya
savaşında nə vaxtdan iştirak etdiniz?
- İlk günlərdən prosesi izləyirdim. İnformasiya savaşında ən qızğın dövr, mənim üçün müharibədən bir neçə gün sonra başladı. Mən oktyabrın əvvəlindən artıq aktiv olmağa başladım. Müharibədə hər kəs öz sahəsi üzrə əlindən gələni edirdi. Mən də sosial media peşəkarı kimi bu işdə olmalı idim.
- Əsas işiniz nədən ibarət
oldu?
- Sosial media ustadı sosial şəbəkələrə nəzarət edən, hər bir xəbər mənbəyini yoxlayan, yazılan fikirlərin doğru olub-olmadığını təsdiqləyən, sosial şəbəkələrdə iradları dəyərləndirən, lazım gələrsə, əlində olan bütün imkanlardan istifadə edib sosial biznesi çökdürə bilən və eyni zamanda səhifələrə toplu hücumu təşkil edən şəxsdir.
Öz sahəm üzrə yararlı olmaq üçün çalışdım. Azərbaycanla bağlı sosial şəbəkədə yalan, böhtan tipli paylaşımlar edən, insanlarımızı, ordumuzu, əsgərlərimizi təhqir edən erməni sosial şəbəkə səhifələrinin bağlanmasına çalışırdım.
- Tək idiniz, yoxsa
komanda şəklində işləyirdiniz?
- Tək işləyirdim. Avadanlığım və maliyyə dəstəyim az idi. İstədiyim proqramçılarım yox idi. Mən öz imkanlarımla bu işə qoşuldum. Daha güclü proqram təminatı, daha güclü heyətə sahib olub, gələcəkdə daha böyük işlər görmək istəyirəm.
- Hansı sosial
şəbəkələrdə aktiv fəaliyyət
göstərirdiniz?
- Əsasən
"Instagram” və
"Facebook”a köklənmişdim. Çünki mən sosial media məsələsində o birilərə
nisbətən bu şəbəkələrlə bağlı daha təcrübəliyəm. Bu
sosial şəbəkələrin
ikisini ermənilər
geniş şəkildə
istifadə etdiyi üçün həmin platformaları seçməli
oldum. Bu platformalar üzərində
ölkəmizlə bağlı
həqiqəti əks
etdirməyən məlumatların
sosial şəbəkələrdə
yayılmasına göz
yummaq istəmədim.
Digər
istiqamətlərdə ixtisaslaşan
sosial media ustadları
da ixtisaslaşdıqları
sahələrdə aktiv
idilər. Bəzi sosial
media peşəkarları var
idi ki, mobil
tətbiqlər istiqamətində
ixtisaslaşmışdı. Onlar erməni ordusuna, müharibəyə dəstək
olan erməni biznesmenlərinin mobil tətbiqlərinin ulduzlarını
vururdu. Bu biznesmenlər arasında ən məşhuru Kim Kardaşyan idi ki, o da burdan
öz payına düşən zərəri
götürdü. Bütün bu
olanlardan sonra digər erməni biznesləri çəkindi
və susqunluqlarını
qorumağa vadar oldular.
- Nə
qədər səhifənin
bağlanmasına nail oldunuz?
Bu səhifələrin izləyici kütlələri
nə qədər idi?
- Hər hansı rəqəm səsləndirməyim leqal
olaraq doğru sayılmaz. Müharibə dövründə minlərlə erməni səhifəsinin vurulduğunu
deyə bilərəm.
200-dən tutmuş, 100000-ə
qədər izləyicisi
olan səhifələr
idi. Birincisi, ermənilərin güclü sistemləri yoxdur. Necə güclüdür ki, "Cyber team official” səhifəsini
adi bir sosial
media əməkdaşı vurur. Məsələn, "News Armenian Blog” var
idi. O cür səhifələri vururduq.
Nəyə görə bunu
edə bilirdik? Təbii ki, bu səhifələri
vurmaq üçün
onlar da səbəb yaradırdı.
Yalanlarla
dolu məlumatlar paylaşırdılar, söyüşlərdən
də istifadə edirdilər. Biz onların səhvlərini
bilirdik və ondan necə istifadə etməyi də bacarırdıq.
- Deyirlər
ki, izləyici kütləsi çox olan səhifələrin bağlanmasına nail olmaq
çətindir. Azərbaycanla
bağlı yalan məlumatlar paylaşan səhifələrdən bağlanmasına
nail olmadığınız olurdumu?
- Ermənilərin
güclü sistemləri
yoxdur. Ümumiyyətlə, izləyici kütləsinin
deyil, istifadə etdiyimiz sistemlərin rolu böyükdür.
Bizim işimizə insanlarımızın
informasiya savaşı
istiqamətində etdikləri
yanlışların da
mənfi təsirləri
çox olurdu. Erməni səhifələrinin əksəriyyəti
qıcıqlandırıcı məlumatlar paylaşırdılar.
Onlar sosial mediada hər cür şərəfsizliyi edirdilər.
Bu da bizim
insanlarımıza təsir
edirdi. Təbii ki bu cür paylaşımlara səssiz qala bilmirdilər. Onlar yaxşı
niyyətlə reaksiya
verirdilər. Ya söyüş
yazırdılar, yaxud
da, sadəcə etiraz edirdilər ki, bu zaman
həmin profildə, səhifədə rəy çoxluğu yaradırdılar.
Bu da sosial
media mütəxəssislərinin işinə problem yaradırdı.
Əgər informasiya savaşından
söhbət gedirsə,
belə dövrdə düşmənin bizimlə
bağlı böhtan
dolu paylaşımına
rəy yazmaq, paylaşımı yadda saxlamaq, kiməsə göndərmək düşmənin
səhifəsinin aktivliyinə
xidmət edir. Əgər ölkəmizlə bağlı
neqativ nə isə varsa, sosial şəbəkə
qaydalarına zidd paylaşımdırsa, bunu
bildirə bilər, ya da sosial
media ustadlarına müraciət
edər və biz onları vura bilərik. Amma insanlarımız qıcıqlandırıcı paylaşım
görən kimi girib rəy yazırlar, səhifənin
rəyi nə qədər çox olsa, bir o qədər
trendə düşür.
Siz onun rəyini çoxaltdıqca, bizim gördüyümüz işi
çətinləşdirirsiniz. Erməni səhifəsində bizimlə
bağlı yalan bir paylaşım var idi. Paylaşımı 200 nəfər bəyənmişdi.
Altında olan rəy sayı 2000-i keçmişdi.
Biz o səhifəni bağlaya bilmədik.
Çünki rəy çox
yazılırsa, biz o paylaşımı
şikayət edib səhifəni bağlaya bilmirik. O səhifələri
vurmaq üçün
daha çox data istifadə etməliyik. Bu, bizə sərf
etmir. Çünki
biz bu iş üçün öz datalarımızı istifadə
edirik. 5000 datam
varsa, onun 3000-nini hansısa bir səhifə üçün
yandırmaq effektiv deyil. 5000 data ilə balaca səhifələrdən tutmuş
böyük səhifələrə
qədər daha çoxunu vura bilərəm. Bir datanın
yığılması həddindən
artıq çox vaxt alır. İstəməzdim ki, belə dövrdə rəy yazsınlar, paylaşsınlar.
- Bu səhifələri necə
müəyyənləşdirirdiniz?
- Belə səhifələri müəyyənləşdirmək
çətin olmur. Özləri
özlərini ifşa
edirdilər. O olmadıqda
belə, bizə yazıb səhifələri
sıralama ilə verən qruplar da mövcud idi.
- Səhifələrin
bağlanması, bloklanması
nə qədər vaxt aparır?
- Bu iş həm vaxt aparır,
həm də vaxtında reaksiya vermək, iş görmək lazım idi. Ona görə,
daim iş başında olmalı idik. Demək olar ki, bütün
gün işləyirdik.
Gecələr belə aktiv
olmalıydıq. Dostlarımız olan sosial media ustadları ilə gecələr növbələşirdik.
Bəzən müharibə dövründə
3 gün yuxusuz qaldığım vaxtlar da oldu. Düzü, mən bunu çox
böyük əziyyət
də adlandırmıram.
Cəbhədə döyüşdə iştirak edənlərin bir gününün əziyyətini əvəz
etmir. Amma biz də bu
dövrdə əlimizdən
gələni etməli
idik. Ona görə, gecə-gündüz
işləyirdik. Bir səhifəni
vururdun, başqa səhifə bizə qarşı əks təbliğat işləri
görürdü. Onun da işləməsinə imkan
verməməliydik. Ona görə,
daim aktiv olmaq lazım idi. Bəzən informasiya savaşının
sosial mediadakı hissəsinə mənasız
yanaşanlar da olur. Amma bunun önəmi
böyükdür. İnformasiya
savaşının düzgün
aparılmamağı cəbhədə
daha çox əsgərin ölümünə
səbəb ola,
müharibə ilə
bağlı bizim üstünlüyümüzü kölgə altına sala bilər.
- Vurduğunuz
səhifələri yenidən
qaytarmaları mümkündür?
- Əgər
yaxşı sosial
media ustadları varsa,
sonra qaytara bilərlər. Amma bu, qısa zamanın işi deyil. Hardasa bir həftə
vaxt aparır. Bir həftə də müharibə dövründə
böyük zaman kəsiyidir. İzləyici kütləsi çox olan minlərlə səhifənin bir həftə paylaşım
edə bilməməyi
çox böyük təsir göstərir.
Həm də onlarda elə güclü sosial media peşəkarları
da yoxdur ki, o səhifələrin hamısını qaytara bilsinlər, yaxud bir həftəyə bacarsınlar. Çünki ermənilərin əksəriyyət
sosial media ustadlarının
səhifələrini də
vurmuşduq. Əgər bacarsalar,
elə öz səhifələrini geri qaytarardılar.
- Müharibə
dövründə sosial
şəbəkələrlə bağlı ölkədə
məhdudiyyət tətbiq
olundu. VPN-lə
informasiya savaşı
aparmaq necə idi?
- Təbii ki, işimizə təsiri olurdu. Hər gün yeni VPN yazdırıb üzərində
işləmək bizi
ləngidirdi. Buna baxmayaraq, yenə də davam edirdik.
- Sosial
mediada bu işinizi nə vaxta qədər davam etdirdiniz?
- Azərbaycan həm siyasi, həm də hərbi qələbəni
qazanandan, Prezident İlham Əliyev qələbə xəbərini
verəndən sonra ermənilər arasında
çaxnaşma düşdü.
Sonra artıq biz heç nə etmirdik. Sadəcə,
izləyirdik, özləri
bir-birinin səhifəsini
vururdu, bağlayırdı.
Aygün
Kaspi 2020.- 12 dekabr.- S.12.