Zəfər Paradı dünya
mediasında
"Bakıda
keçirilən parad yeni
geosiyasi ittifaqın yaranmasından xəbər
verir”
Müstəqillik tariximizin ilk Zəfər Paradı kimi
tarixə düşən 10 dekabr
paradı tək regionda deyil,
bütün dünyada
geniş rezonans doğurub. Dünyanın əksər nüfuzlu telekanalları, informasiya
agentlikləri, qəzetləri Zəfər Paradını geniş şəkildə
işıqlandırıblar.
Postsovet məkanında daxil olan ölkələrdən Ukrayna mətbuatı qələbəyə həsr olunmuş Zəfər Paradını geniş işıqlandırıb. "RBK-Ukrayna”, "Ukrinform”, UNIAN, "İnterfax-Ukrayna” informasiya agentliklərinin, "Gordon”, "Segodnya”, "Dialog”, "Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda, 1+1, "Ukrayna 24”, TCN, "Pryamoy” telekanallarında yayımlanan reportajlarda paradının möhtəşəmliyi haqqında fikirlər yer alıb. Məlumat və reportajlarda Zəfər Paradında Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. "Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə məlumatlarda prezidentə istinadla qeyd olunur. Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.
Moldova mətbuatı Azərbaycanda keçirilmiş Zəfər Paradına dair məlumata rus və rumın dillərində geniş yer verib. Moldovanın nüfuzlu "Tribuna”, "Noi”, İPN, "Newsmaker”, AVA "Stiri” və "Deschide” xəbər agentliklərinin rəsmi internet səhifələrində yayımlanan məlumatlarda, müharibədə şəhid olan azərbaycanlıların sayı qədər - 2783 türk əsgərinin və Ərdoğanın da paradda iştirak etdiyi, Azərbaycan və türk əsgərlərinin həm müasir hərbi geyimlərdə, həm də simvolik olaraq Qafqaz İslam Ordusunun hərbi formasında xalqların qardaşlığını və əbədi birliyini əks etdirən ortaq yürüş etdiyi qeyd edilib, paradda Azərbaycanın müasir hərbi texnikası, ordumuzun məğlub etdiyi düşməndən ələ keçirilmiş qənimətin bir hissəsinin nümayiş olunduğu bildirilib.
Qırğızıstanın "goldenbridgenews.com”, "turkelpress.com”, "turkelpress.info”, "ahiskapress.com” və "vatanpress.com” portalları Vətən Müharibəsindəki qələbəyə həsr olunmuş paradı və prezidentlərin çıxışlarını işıqlandırıb. "Goldenbridgenews.com” portalı, həmçinin türk dilində "Azərbaycanın Qarabağdakı qələbəsi Zəfər Paradı ilə bayram edildi” və "Azərbaycanın qürur günü: Qarabağ zəfərinin bayramı” sərlövhəli məqalələr də dərc edib. Yazılarda qeyd olunub ki, Azərbaycan və türk əsgərlərinin qatıldığı paradda ölkəmizin müharibədə istifadə etdiyi hərbi texnika, silah və sursatlar, raketlər, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş olunub.
Gürcüstanın əsas
aparıcı kütləvi informasiya vasitələri
də paraddan silsilə materiallar
yayıblar. "Report.ge”, "palitranews.ge” informasiya
portalları paraddan videomateriallar da təqdim ediblər. "Report ge.”
portalı paradı bütünlüklə yayımlayıb.
"24news.ge” informasiya portalı Zəfər Paradı ilə əlaqədar fotosessiya təşkil edib. Bundan başqa,
"aktual.ge”, "report.ge”, "dalgatv.ge”, "kavkasia.net”,
"palitranews.ge”, "24news.ge”, "gaxa.ge” və
digər agentliklər
də parada yer ayırıblar. Ümumilikdə Zəfər Paradı
ilə əlaqədar
qonşu ölkənin
informasiya portallarında,
televiziya və radioda Azərbaycan, rus, ingilis və
gürcü dillərində
50-dən çox material yayımlanıb.
Rusiyanın dünyaca məşhur
"Kommersant” qəzeti
Bakıda keçirilən
paradı böyük
hadisə kimi qələmə verib.
Paradı izləyən qəzetin
əməkdaşında ən
böyük təəssüratı
ermənilərdən qənimət
kimi götürülən
texnika nümunələri,
eləcə də məhv edilən texnikaların nömrələrindən
ibarət olan lövhə yaradıb.
"Lövhədə "Qarabağ Azərbaycandır”
kəlməsinin quraşdırılması
ən böyük bir hadisə idi”. "Moskovski
komsomolets” isə yazır ki, Bakıda keçirilən
hərbi paradda nümayiş etdirilən hərbi texnika müasirliyi ilə seçilib. "Belə bir texnika
heç Türkiyədə
yoxdur” deyə qəzetə açıqlamasında
ekspertlər bildiriblər.
"Novoe vremya”
isə rusiyalı tarixçi Andrey Zubovun fikirlərini dərc edib. "Bakıda keçirilən
parad Ermənistan üzərində qələbədən
çox, yeni geosiyasi ittifaqın yaranmasından xəbər
verir”. "Qazeta
ru.” isə yazır ki, paradda Azərbaycan Silahlı Qüvvələrinə
məxsus zirehli texnikanın hərəkəti
və düşməndən
qənimət kimi götürülmüş texnikaların
nömrələrindən hazırlanmış
"Qarabağ Azərbaycandır”
lövhəsi böyük
bir hadisə idi. Türkiyə prezidentinin üzü
həmin vaxt təəccüb və heyrət içində idi. Bundan əlavə Rusiyanın
NEWS.RU, EXO MOSKVI, 360 telekanalı prezidentlər İlham Əliyev və Ərdoğanın paradda səsləndirdiyi fikirlərdən
sitatlar təqdim ediblər. "Asoşieyted Press” qələbə
paradında Türkiyəyə
məxsus pilotsuz uçuş aparatlarının
nümayiş etdirilməsinə,
komandoslarının hərəkətinə
toxunub. Eləcə də, prezident
İlham Əliyevin Türkiyənin Azərbaycana
verdiyi dəstəyə
görə təşəkkürünü
- "bir millət iki dövlət” ifadəsini xüsusi vurğulayıb.
Qardaş Türkiyənin əksər
telekanalları Zəfər
Paradına geniş yer veriblər. "Yeni safak”da dərc
olunan "Tarih tekerrür etti: Türk askeri 100 yıl sonra yeniden Bakü'de” başlıqlı məqalədə
parada yer ayrılıb. "Milliyet” də dərc edilən "Azerbaycan'da tarihi gün! Cumhurbaşkanı Erdoğan şehitliği
ziyaret etti. "A HABER” "Azerbaycan-Karabağ
Zaferi ve vefa!!?” başlıqılı
yazıda paraddan bəhs edilib. "Sözçü” qəzetində dərc edilən "Azerbaycan’da tarihi gün” başlıqlı məqalədə
də hərbi paradda yer ayrılıb. "Sabah” qəzetində dərc edilən "Nuri Paşa’nın evlatları
Bakü’ye döndü!”
başlıqlı məqalədə
də diqqəti çəkir. "Nuri Paşa 12 minlik Qafqaz İslam
Ordusu ilə Bakını işğal edən bolşevik və erməni qüvvələrini dəf
etdi. Cəmi 28 yaşında idi.
İndi yaşındakı igid insanlar Bakı küçələrində Can Azərbaycanın igid kişiləri ilə çiyin-çiyinə yeriyirdilər.
İki Baş Komandan Ərdoğan və Əliyev onları birlikdə salamladı.
102 il əvvəl
Qafqaz İslam Ordusunun Bakıya yürüşünü izləyin.
Görəcəyiniz yeganə fərq
görüntünün ağ-qara
olmasıdır. Bakı küçələrində
qələbə yürüşündə
Kiprdə yunan dəstələrinə, PKK-ya
və İraqdan Suriyaya qədər apardığımız hərbi
əməliyyatlara qatılan
Bolu 2-ci Komando Briqadasının bayrağını
görəndə, duyğu
keçirməmək mümkün
idimi? Ruh eynidir, birlik
eynidir, istiqamət eynidir.
Bu gün
Qafqaz İslam Ordusunun şəhidləri
Bakıda azərbaycanlı
qardaşları ilə
çiyin-çiyinə, "Şəhidlər Stansiyası”nda
- Milli Məclisin qarşısında uzanırlar. Təəssüf ki, bu şəhidlik
SSRİ dövründə əyləncə
məkanı kimi istifadə edilmişdir”, -
deyə məqalədə
bildirilir. Türkiyə mediasında dərc olunan məqalələrdə
bildirilir ki, müharibənin ilk günündən
Azərbaycanın yanında
olan Türkiyə zəfər paradında da ən yüksək
səviyyədə təmsil
olundu.
"Azadlıq radiosu”nda dərc olunan məqalədə Berlində yerləşən Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun təhlilçisi Daria İsaçenkonun fikirlərinə yer verilib. O yazır ki, hələ bu ilin martında Türkiyənin müdafiə naziri Hülusi Akar bildirmişdi ki, Türkiyənin Yaxın Şərqdə, Qafqazda, Balkanlarda və Aralıq dənizi hövzəsində iddiaları var və bu iddialar təmin olunmalıdır. Onun sözlərinə görə, Türkiyə Rusiya ilə rəqib olacaq gücdə deyil, amma Rusiyanın da Türkiyəyə kompromis etməsi, onu özünə cəlb etmək istəyi ilə bağlıdır, başqa sözlə, Rusiya Türkiyəni Qərbə qarşı özünə tərəfdaş görür: "Eyni şəkildə Türkiyə də Rusiyanın maraq dairəsinə girdi. S-400-lər, ticarət, təbii qaz”.
Ekspert Nadir Devlet bildirir ki, Türkiyə ilk dəfə olaraq İHA və SİHA-ları bu müharibədə sınaqdan keçirdi. Türkiyə həm də Azərbaycan əsgərlərini NATO təlimləri ilə hazırladı: "Türkiyə ilə Azərbaycanın genişmiqyaslı hərbi təlimləri bu yay Tovuz hadisəsindən sonra intensivləşdi. Qarabağda sentyabrın 27-dən başlanan müharibədə Türkiyə liderləri həm siyasi, həm də mənəvi mənada sona qədər Azərbaycanın yanında olacaqlarını dedilər. Azərbaycan Türkiyədən son müasir silahlar aldı, amma Türkiyə Azərbaycanın silah aldığı yeganə ölkə deyil”.
"Amerikanın
səsi” radiosu da paraddan geniş
reportaj təqdim edib. "Dekabrın 10-da Bakıda "Zəfər
Paradı” keçirilib.
Paradın 44 gün davam
edən savaşın
zəfərlə başa
çatmasına həsr
edildiyi deyilib. Azadlıq meydanında paradlar çox keçirilib.
Ancaq bu paradın xüsusi önəmi var.
Bu, Zəfər Paradıdır.
Hərbi əməliyyatlarda
Azərbaycan Ordusunun peşəkarlığını vurğulayan İlham Əliyev, əməliyyatlar
nəticəsində Cəbrayıl,
Füzuli, Zəngilan,
Qubadlı rayonları,
Suqovuşan qəsəbəsi,
Hadrut qəsəbəsi,
Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun
bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi və strateji yüksəkliklərin azad
edildiyini bildirib.
İndoneziyanın nüfuzlu kütləvi informasiya vasitələri də Zəfər Paradını geniş işıqlandırıb. "Dunia.rmol.id”, "aceh.tribunnews.com”, "serambinews.com”, "foto.tempo.co”, "sinarpost.com” və digər saytların yaydıqları informasiyalarda, "Serambion TV” telekanalında yayımlanan reportajda Zəfər Paradının möhtəşəmliyi haqqında ətraflı məlumatlar yer alıb.
Azər NURİYEV
Kaspi 2020.- 12 dekabr.- S.8.