Beynəlxalq Muğam
Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli
adına Respublika Uşaq
Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin
təşkilatçılığı ilə Beynəlxalq Təmənnasız
Xeyirxahlıq İfadəsi Günü
münasibətilə “Yer üzünün
günəşidir – xeyirxahlıq!” adlı tədbir keçirilib.
F.Köçərli adına Respublika Uşaq
Kitabxanası respublikamızda bütün
uşaqların, o cümlədən, sağlamlıq imkanları məhdud
uşaqlar da daxil olmaqla yeni
təhsil sisteminə uyğun şəkildə
ədəbiyyatın kompleks təbliğini
həyata keçirir. Tədbirin
keçirilməsində əsas məqsəd, yüksək insani keyfiyyətlərdən olan
xeyirxahlığın gələcək nəsillərə təlqin
etməklə cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə
təkan verməkdir.
Tədbirdə
Azərbaycan Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Mədəniyyət,
Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri,
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə
Yardım Fondunun prezidenti Ahmet Tecim, uşaq yazarlarından
Sevinc Nuruqızı, Gülzar İbrahimova, Elvira Məmmədova,
Mehriban Nağıyeva, Qəşəm İsabəyli və.s
iştirak ediblər.
Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Səbinə Əliyeva
çıxış edərək tədbirin vacibliyini qeyd
edib, bütün uşaqların humanist ruhda xeyirxahlıq
ideyaları ilə böyüməsini arzu edib.
Dünya
Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti Hacı Quliyev, Gəncliyə
Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış edərək
tədbirin əhəmiyyətindən danışıb və
təşkilatçılara təşəkkürlərini
bildiriblər.
Tədbirin
sonunda, çıxış edən F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar
mədəniyyət işçisi Şəhla Qəmbərova
tədbirin əhəmiyyətini vurğulayaraq gələcəyimiz
olan uşaqların xeyirxahlıq ideyaları ilə humanist
ruhda böyüməsi üçün onlara daima dəstək
göstəriləcəyini bildirib.
“Renessans” xorunun
ifasında dövləti himninin səslənməsilə
başlayan tədbirdə uşaqlar
üçün maraqlı konsert proqramı təqdim olunub.
Belə ki, T.Quliyevin
“Bakı haqqında mahnı”, V.Adıgözəlovun “Bayram süitası”, C.Velazqezin
“Besame mucho”, M.Babayevin “Sən gələndə” və digər
mahnılar səsləndirilib.
Kaspi 2020.- 18 fevral.- S.12.