“Müqayisəli ədəbiyyatşünaslıq”
jurnalının növbəti sayı
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”
beynəlxalq elmi jurnalının növbəti nömrəsi nəşr
olunub.
Ədəbiyyat
İnstitutunun İctimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildirilib ki, jurnal akademik
İsa Həbibbəylinin “Azərbaycan-Rusiya ədəbi əlaqələri:
ənənələr, reallıqlar və perspektivlər” məqaləsi
ilə açılır. Bu nömrədə “Azərbaycan-Qərb
ədəbi əlaqələri”, “Azərbaycan-türk
dünyası ədəbi əlaqələri”, “Azərbaycan-slavyan
ədəbi əlaqələri”, “Asiya xalqları ədəbiyyatı”,
“Şərq xalqları ilə ədəbi əlaqələr”
və “Resenziya” bölümlərində müxtəlif elmi məqalələr
təqdim olunub. Həmçinin Azərbaycan dili ilə
yanaşı türk, rus, ingilis dillərində yerli və
xarici müəlliflərin məqalələri yer alıb. “Bələdçi”
isə Azərbaycan, rus və ingilis dillərindədir.
Qeyd
edək ki, toplu Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası tərəfindən rəsmi
qeydiyyata alınıb. Jurnalın baş redaktoru AMEA-nın
birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli, baş redaktorun müavinləri
filologiya üzrə elmlər doktorları, professorlar Məmməd
Əliyev, Gülər Abdullabəyova və Bədirxan Əhmədovdur.
Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə
doktoru Mehman Həsənli, məsul redaktoru isə Maral
Poladovadır.
Jurnalın
redaksiya heyətinə Azərbaycan, Rusiya, Çin, Özbəkistan,
Bolqarıstan, Qırğızıstan, Macarıstan,
Çexiya, Cənubi Koreya, Başqırdıstan,
Tatarıstan, Qazaxıstan, Türkmənistan, Ukrayna və
Polşanın alimləri daxildir.
Kaspi
2020.- 22-24 fevral.- S.7.