Pandemiya teatrı, yaxud teatrda pandemiya  

Biz artıq dörd aydır ki, pandemiya dövründə yaşayırıq. Bu, bizim hamımız üçün hər mənadahəm fiziki, həm psixoloji baxımdan bir sınaq, bir dərsdir! Bu dərsdən, sınaqdan necə çıxacağımız isə bizdən asılıdır. Bütün bəşəri sınaqlar təkcə insanın deyil, eyni zamanda, onun yaratdığı bütün bəşəri dəyərlərin, o cümlədən, elm mədəniyyət sahələrinin sınağıdır, onların immunitet dərəcəsinin sınağıdır. biz bu gün bunun əyani şahidləriyik. Bizə cəmisi dörd ay bəs etdi ki, hansı sahənin qədər inkişaf etdiyini, yaxud etmədiyini görək, sınaqlara qədər dözümlü (dözümsüz) olduğunu bilək.

Teatrın canlı sənət olması fikri təzə deyil. Amma teatrın canlılığını şərtləndirən başlıca amil olan tamaşaçı həmişə təzədir, həmişə müasirdir, teatrla eyni zamanda məkanda yaşayandır.Tamaşaçı tamaşaya kənardan baxan, teatrın periferik orqanı yox, onun elə bir üzvi tərkib hissəsi, orqanıdır ki, onsuz teatrın mövcudluğu mümkün deyil. Bir sözlə, tamaşaçı yoxdursa, teatr da yoxdur. Tamaşaçısız teatr adicə bir binadır. Sözsüz ki, söhbət canlı tamaşaçıdan gedir. Bununla bağlı, çox məşhur bir əhvalat var. Yəqin ki, bunu çoxları bilir. Görkəmli rus aktrisası Mariya Savina Berlində qastrolda olarkən imperator Vilhelm onun tamaşasına baxmaq istəyir. Alman imperatoru sanki aktrisaya hörmət əlaməti olaraq tamaşaya tək baxacağını bildirir. Savina isə cavab verir ki, "Əlahəzrət, əmr ediniz, salonu, heç olmasa,zabitlərlə doldursunlar. Hətta imperatorun özü olsa belə, mən bir adam üçün oynaya bilmərəm”. Çox maraqlı tarixçədir, deyilmi?! Teatr sənətinin mahiyyətini qədər dəqiq açır. teatr üçün tamaşaçının demək olduğunu əyani şəkildə isbatlayır.

Bu gün pandemiya ilə əlaqədar, bütün bəşəriyyətin həyatı təhlükədədir. Sosial izolyasiya şəraitində yaşayan cəmiyyət həyatı, az qala, iflic vəziyyətinə düşüb. İqtisadiyyat, mədəniyyət, sosial sfera çox ağır günlər yaşayır. İncəsənət sahəsində isə ən ağır vəziyyətə düşən yəqin ki, teatrdı. Çünki, teatrın obyekti insandı, subyekti , aləti insandı, məhsulu da, yaradanı da insandı, yaratdığı da. Bu yerdə, teatrın yalnız canlı deyil, həm kollektiv sənət olduğunu xatırlatsaq, onda vəziyyətin qədər acınacaqlı olduğu daha aydın görünər. Sosial təcridolma şəraitində yaşayan cəmiyyətdə hansı kollektiv sənətdən canlı tamaşaçıdan danışmaq olar?!

Cəmiyyət bu gün dünyaya yalnız internet vasitəsi ilə baxır, yalnız sosial şəbəkələr vasitəsi ilə nəfəs alır. Bu gün, təəssüf ki, canlı ünsiyyəti virtual ünsiyyət, canlı sənəti virtual sənət əvəz edir. Daha doğrusu, əvəz etməyə çalışır. Teatrlar öz tamaşalarını internet vasitəsi ilə paylaşırlar. Zamanla ayaqlaşmağa, teatrı yaşatmağa çalışırlar. Amma buna dərəcədə nail olurlar ya dərəcədə nail ola bilərlər? Bu, qədər davam edəcək? Səhnəyə yeni tamaşalar qoyulmayırsa cari repertuarlarındakı tamaşaların sayı sonsuz deyilsə,teatrlar buna qədər davam gətirəcək? Yaxud, eyni tamaşaları təkrar-təkrar göstərəcəklərsə, bu, tamaşaçılar üçün qədər maraqlı olacaq? Göründüyü kimi, sual çoxdur.

Burada başqa vacib məsələ odur ki, internet istifadəçilərinin, yəni potensial tamaşaçıların böyük bir qismi, xüsusən orta yaşlı nəsil, heç virtual sənət həvəskarları deyil, canlı sənəti sevənlərdir. Gənc nəsil isə internetdə daha çox əyləncə xarakterli məhsullara üstünlük verir. Lap, tutaq ki, virtual tamaşaçı auditoriyası ilə bağlı heç bir problem yoxdu... onda canlı teatrın taleyi necə olacaq? Əgər bizi öz canlılığı sayəsində 2500 il ərzində diktatorların qılıncından, inkvizisiyanın alovundan, kilsələrin məscidlərin təqibindən, texnogen sənətlərin təzyiqindən qurtularaq varlığını, mahiyyətini qoruyan teatr maraqlandırmırsa, onda gəlin, proqramçılara robot-aktyorlar, robot-rejissorlar sifariş verək, qoy,onlar oynasınlar Şah Edipi, Medeyanı, Hamleti, Otellonu.., biz virtual olaraq baxaq özümüzçün. Amma bu, adını qoyursunuz, qoyun, axı, teatr olmayacaq. Yəqin yadınızdadır, neçə illər əvvəl şahmatçı-robot hazırlamışdılar, dünyanın məşhur şahmatçıları ilə bir-iki partiya da oynadı. Axırı oldu, hanı həmin şahmatçı-robot? Yoxdu! Gec olsa, başa düşdülər ki, şahmatı canlı insan yaradıb canlı insanlar üçün yaradıb. Bəli, məşq üçün kompüter şahmat proqramları var bu faydalıdı, amma şahmatı canlı insanlar oynamalıdır.

Məşhur alman filosofu Haydeqqer hesab edirdi ki, bizim üçün şeylərin varlığı onların mövcudluğunda deyil, faydalılığındadır. Bu mənada, virtual teatrın faydalılıq əmsalı qədərdir? Əgər o canlı olmayacaqsa, onu digər, texnogen, vizual sənətlərdən fərqləndirəcək? Demək olar ki, heç ! Əvəzində isə teatr öz mahiyyətindən uzaqlaşmaq təhlükəsi qarşısında qalacaq. Çünki bu, teatr sənətinin poetikasına, estetikasına uyğun olmayacaq!

Pandemiya dövründə teatrı yaşatmaq naminə virtual, onlayn teatr formatından istifadə etmək çıxış yolu deyil. Çünki pandemiya dövründə teatr olmur. Çünki pandemiya özü bir teatrdır - bütün bəşəriyyətin faciə janrında oynadığı (oynadıldığı) tamaşadır. Amma pandemiya həm bir karnavaldırhamını bir dərd ətrafında birləşdirən karnaval! Elə bir karnaval ki, burada kasıb-varlı, böyük-kiçik, vəzifəli-vəzifəsiz, qadın-kişi bölgüsü, təbəqəsi yoxdu, bu bəla qarşısında hamı eyni təbəqə, eyni sinifdə birləşib. Yəni, gün bütün bəşəriyyət, demək olar ki, ibtidai icma quruluşundakı kimi, təksinifli cəmiyyətdə yaşayır. buradaca xatırladım ki, teatr quldarlıq quruluşundaikisinifli cəmiyyətdə meydana gəlib. Bu isə o deməkdir ki, təksinifli cəmiyyətdə TEATR olmur! Ona görə təkrar edirəm: PANDEMİYA DÖVRÜNDƏ TEATR OLMUR. Amma PANDEMİYA DÖVRÜNDƏ TEATR heç ÖLMÜR. Çünki min illərin sınaqlarından qalib çıxan Teatr ÖLÜMSÜZDÜR!

 

Vidadi Qafarov

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Kaspi  2020.- 23 iyul.-S.11.