Yeni dramaturqların meydana gəlməsi
və teatra yol
tapmasını hədəfləyən müsabiqə
İsmayıl İman: "Yeni nəsli ənənəvi
mövzu və problematika
o qədər də maraqlandırmır”
Azərbaycan Teatrının yaranmasından
147 il keçir.
147 yaşlı teatrımızın ən
başlıca problemlərindən
biri müasir, yeni dram əsərlərinin
yazılmaması və
yazılan əsərlərin
də səhnəyə
yol tapa bilməməsidir. Amma deyəsən
bu məsələ də həllini tapmağa başlayır.
Belə ki, "Yeni dudman" Müasir Dramaturgiya Müsabiqəsi
ilə səhnədə
yeni əsərlər
izləmək imkanı
əldə edəcəyik.
Müsabiqənin adı
bu il
150 illik yubileyi dövlət səviyyəsində
qeyd edilən görkəmli yazıçı-dramaturq
Əbdürrəhim bəy
Haqverdiyevin "Köhnə
dudman” əsərindən
götürülüb. Müsabiqənin ideyası da bu paradoksda – "yeni” və arxaik
"dudman” sözlərinin
vəhdətindədir. Layihə ilə daha yaxından tanış olmaq və bu
ümidverici müsabiqənin
şərtlərinə bələd
olmaq üçün
müsabiqənin bədii
rəhbəri, dramaturq
İsmayıl İmanı
redaksiyamıza dəvət
etdik. Müsahibimiz bizimlə söhbətində
müsabiqənin Mədəniyyət
Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və
"British Council Azərbaycan”ın dəstəyi ilə keçirildiyini bildirdi.
O, "Yeni dudman” Müasir Dramaturgiya Müsabiqəsinin yazarların
və pyes yazmaq, yazdığı pyeslərin səhnə təcəssümünü görmək
istəyində olan insanların arzularına uyğun olduğunu dilə gətirdi.
- "Yeni
dudman" müsabiqəsi
hansı zərurətdən
yarandı? Ümumiyyətlə, belə bir layihənin
hazırlanmasına ehtiyac
var idimi?
- Bu müsabiqə
pyes yazmaq istəyən, özündə
dramaturji potensialı görən və əsərinin səhnələşdirilməsini
istəyən insanlar üçün yaranan şansdır. Tez-tez mətbuatda, tədbirlərdə
rejissorlarımız "yeni
əsərlər yazılmır",
"yeni müəlliflər
yoxdur" kimi fikirlər səsləndirirlər.
Pyes yazan müəlliflər isə bildirirlər ki, onlara əsərlərini
teatra təqdim etmək üçün şərait yaradılmır.
Belə çıxır ki, müəlliflərlə teatrlar
arasında koordinasiya problemi mövcuddur. "Yeni dudman"
müsabiqəsi bu problemin aradan qaldırılmasını hədəfləyir.
- İstərdik,
bu layihə ilə bizi yaxından
tanış edəsiniz.
- Bu müsabiqə yeni dramaturqların meydana gəlməsi və teatra yol tapması
üçün gözəl
vasitədir. Müsabiqənin əsas məqsədi
teatr sənətinin populyarlaşdırılması, ilk növbədə, yeni pyes müəlliflərinin
aşkar edilməsi, habelə Azərbaycan teatr ənənələri
kontekstində, ölkədə
baş verən yenilikləri əks etdirən çağdaş
dram əsərlərinin yazılmasıdır.
"Yeni dudman”
Müasir Dramaturgiya Müsabiqəsi tədris proqramını, dramaturgiya
müsabiqəsini və
pyeslərin teatrallaşdırılmış
oxunuşunu özündə
ehtiva edir. Tədris proqramı çərçivəsində
aprel-may aylarında yerli və xarici
mütəxəssislər iştirakçılar
üçün teatr
sənətinin müxtəlif
problemlərinə həsr
olunmuş mühazirələr
oxuyacaq, dram təlimçiləri
isə dram əsərinin
yazılma metodları
haqqında praktiki seminarlar aparacaqlar. Teatr haqqında mühazirələri
rejissorlar, dramaturqlar, teatr tənqidçiləri
və teatrşünaslar
oxuyacaqlar. Praktiki ustad
dərslərini (drama-treninqləri)
isə peşəkar dramaturqlar aparacaq. Dramaturgiya ilə bağlı treninqlər nəzəriyyə,
ümumi və fərdi söhbətlər,
əks-əlaqə üzərində
qurulmuş təcrübi
tapşırıqlar üzrə
intensiv məşğələlər
formasında keçiriləcək.
Təlimlərin yekununda iştirakçılara
öz pyeslərini yazmaq üçün müəyyən vaxt veriləcək. Onlar peşəkar
dram təlimçiləri ilə
sıx əlaqədə
mətn üzərində
işləyəcəklər. Dramaturgiya müsabiqəsi mərhələsində
iştirakçılar öz
pyeslərini müsabiqəyə
təqdim edəcəklər.
Onu da qeyd edim
ki, pyeslər müsabiqəyə üç
dildə – Azərbaycan,
rus və ingilis dillərində təqdim oluna bilər. Bu isə
həm Azərbaycan, həm rus, həm
də ingilisdilli müəlliflərin müsabiqəyə
qatılmasına imkan
yaradır. Oxunuş və
quruluş üçün
pyeslərin tərcümə
variantından istifadə
ediləcək. Üçüncü mərhələdə, müsabiqənin
yekununda təqdim edilən pyeslərin teatrallaşdırılmış oxunuşu və müzakirəsi təşkil
olunacaq. Münsiflər heyəti əsərləri
qiymətləndirəcək və festivalın üç qalib pyesini seçəcək.
Uğur qazanmış pyeslərin
2021-ci ildə dövlət
sifarişi ilə teatrlarda tamaşaya qoyulması nəzərdə
tutulur. "Yeni dudman” Müasir
Dramaturgiya Müsabiqəsinin
iki ildən bir təşkil olunması planlaşdırılır.
- Yaş məhdudiyyəti varmı?
- 16 yaşdan 50 yaşa qədər hər bir Azərbaycan vətəndaşı bu layihədə iştirak edə bilər.
- İştirakçılar
mövzu seçimində
sərbəst olacaqlar?
- Biz iştirakçılara
hansı mövzuya müraciət edə biləcəklərini deməyəcəyik.
Bacardığımız qədər müəlliflərə
çərçivə qoymayacağıq.
Yəqin
ki, müsabiqəyə
qatılan iştirakçılar
aktual mövzulara toxunacaq. Çünki yeni nəsli
ənənəvi mövzu
və problematika o qədər də maraqlandırmır, onlar aktual mövzulara meyllidirlər. Nəticədə onlarla yeni pyes
yazılaraq, teatr ictimaiyyətinin diqqətinə
təqdim ediləcək.
Ən uğurlu üç pyes isə səhnə
həllini tapacaq.
Tamaşalar 2021-ci ildə səhnələşdiriləcək.
Əsas yaradıcı
proses isə 2020-ci ildə görüləcək.
- Sizcə, bu layihə teatr üçün yeni nəfəs ola biləcəkmi?
- Əlbəttə,
müasir əsərlərin,
gündəmdə olan
problemlərin teatra ayaq açması üçün gözəl
zəmin yaranacaq.
- Layihənin şərtlərində qeyd
olunur ki, pyesi tamaşaya qoyulan şəxslər burada yenidən iştirak edə bilməz. Düşünürsünüz
ki, yenə eyni insanlar qalib
olar?
- Biz istərdik ki, bu sahəyə yeni simalar gəlsin.
Ola bilər ki,
hansısa müəllif
indiyə qədər
heç zaman pyes yazmayıb. Fərqli sahələrdə çalışıb,
ancaq özündə
belə bir potensial hiss edir. Bu layihədə olan
tədris proqramı onları doğru istiqamətdə yönəldəcək.
- Ustad dərslərində, yəni
treninqlərdə kimlər
iştirak edəcək?
- Müsabiqədə xarici ölkələrdən olan
4 nəfər tanınmış
mütəxəssis ustad
qismində çıxış
edəcək. Onları yaxın
zamanda elan edəcəyik. 5 xarici, 2 yerli mütəxəssisimiz isə
ümumi olaraq teatra aid mövzularda mühazirə oxuyacaqlar.
Treninqlər 5 günlük nəzərdə
tutulub. İştirakçılar ustadlardan pyesin
yazılma qaydalarını
öyrənib, bilavasitə
praktiki işə tətbiq edəcəklər.
Yay tətilində onlar öz pyeslərini yazacaqlar. Payızda isə yenidən
təlimçilərlə görüşəcəklər. Yekunda hazır pyeslər müsabiqəyə təqdim
olunacaq. Münsif heyətimizin
üzvləri isə üç qalib pyesi seçəcək.
Qaliblərin mükafatı onların
əsərlərinin dövlət
sifarişi yolu ilə tamaşaya qoyulmasıdır. O iştirakçılar
artıq teatrda əsərlərinin səhnə
həllini görə
biləcəklər. Bunun özü
böyük bir addımdır. Çünki hər yazarın əsəri teatr tərəfindən qəbul
edilmir. Misal üçün, mənim pyeslərim dövlət teartlarında
tamaşaya qoyulmayıb.
- Niyə ?
- Bunu teatrlardan soruşmaq lazımdır.
Ancaq bildirim ki, yaxın
vaxtlarda pyeslərimdən
birinin səhnəyə
qoyulması gözlənilir.
Lakin bunun "Yeni dudman"la heç bir bağlılığı
yoxdur.
- Sizin əsərlərinizlə
maraqlanmayıblar?
- Əslində,
maraqlanırlar. Amma o əsərlər
kiməsə maraqlıdır,
kiməsə yox.
- Doğrudanmı,
teatrın təməli
dramaturgiyadır?
- Birinci addım pyes, dramaturji materialdır. Yaxşı dramaturgiya olmadan
yaxşı teatr yaratmaq istəyi təməlsiz bina inşa etmək kimidir.
- Sizcə, teatr üçün ayrıca pyes yazılmalıdırmı?
- Teatra başqa prizmadan yanaşmaq lazımdır. Daha çox xarici
müasir müəlliflərin
pyeslərini oxuyuram.
Onların prinsipi tamamilə
fərqlidir. Yəni,
yazı formatı bir az başqadır. Dünya dramaturgiyası kanonik
formalardan çox uzaqdır.
- Bu gün teatrlarımızın repertuarı
sizi qane edirmi?
- Hər teatrın spesifik xüsusiyyətləri
var. Ancaq buna baxmayaraq, teatrın repertuarı rəngarəng
olmalıdır. Təəssüf ki, bizim teatrlarımızın
repertuarında klassik əsərlər üstünlük
təşkil edir.
Demirəm ki, klassik əsərlər səhnələşdirilməməlidir,
ancaq hər teatrın repertuarında klassik əsərlə yanaşı, müasir dövrdə aktual mövzulardan bəhs edən pyeslər də olmalıdır.
Təkcə klassikaya köklənməyin
tərəfdarı deyiləm.
- Ancaq rejissorlar da deyir ki, klassik
əsəri bu günümüzlə səsləşdirmişik.
Siz bizim teatrlarımızda klassik əsər əsasında hazırlanmış
müasir tamaşa görmüsünüzmü?
- Mən elə müasir bir tamaşa izləməmişəm. Əslində, klassik əsəri rejissor tam yeni formada təqdim edə bilər. Məlum əsərə başqa prizmadan baxmaqla ona müasirlik gətirmək mümkündür.
Ancaq mən yerli teatrlarımızda bununla rastlaşmamışam. Əslində, müasir bir mövzuya toxunub onu gözəl şəkildə səhnələşdirmək
mümkün olduğu
halda, keçmişdən
hər hansı əsərin səhnələşdirilməsi
bir qədər insanları teatrdan uzaqlaşdırır. Gündəmimiz o qədər zəngindir ki, teatr bu
sahədə geridə
qalır. Gənclər üçün teatr toz yığınını
xatırladır və
elə təsəvvür
yaranır ki, teatr köhnənin qalığıdır. Düzdür, teatrların tamaşaçısı
var, ancaq istərdim ki, gənclər daha çox gəlsin.
Xəyalə Rəis
Kaspi 2020.- 11 mart.- S.12.