Xan əmi belə oxuyardı...
O,Cabbar Qaryağdıoğlunun imtahanından necə çıxıb? O, muğam və təsnifləri, xalq və bəstəkar mahnılarınıxüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalar qatırdı. "Mahur-Hindi”,"Bayatı-Qacar”, "Qatar” muğamı, "Qarabağ şikəstəsi”, "Arazbarı”, "Heyratı” zərbmuğamları, təsniflər onun ifasında səslənəndə, dinləyicilər "Xanın ifasıdır...”deyə pıçıldayırdılar. Qarabağməclislərinin yetirməsi Əsil adı isə İsfəndiyar olub. Şuşaşəhərində, Qarabağ xanlığının banisi Pənahəli Xanın nəvəsi Məhəmməd bəyCavanşirin nəticəsi Aslan ağa Cavanşirin ailəsində dünyaya gəlib. Anası Bəyimxanım da Cavanşirlər sülaləsindən idi. AtasınınŞuşada evi olmaqla yanaşı, Xanbağı yaxınlığındakı Ballıca kəndində böyükmülkü, qoyun sürüləri, at ilxısı, geniş otlaqları, un dəyirmanı və meyvəbağları vardı. Aslan ağa təsərrüfat işlərinə rəhbərlik etməklə yanaşı, ovovlamağı və hərdən peşəkar səviyyədə olmasa da, tarda çalıb zümzümə etməyixoşlayırmış. Ermənilərin 1905-1907-ci illərdə, eləcə də 1918-ci ildə Qarabağdatörətdikləri iğtişaşlar zamanı Aslan ağanın Şuşadakı evi və Ballıcadakı mülküdəfələrlə yandırılmış və təsərrüfatı talan edilmişdi. Bu səbəbdən də sonradanmüflisləşmiş Aslan ağa ailəsi ilə birlikdə Ağdama köçmək məcburiyyətində qalır.Sonradan Allahyar adlı oğlu və Rüxsarə adlı qızı doğulur.
İsfəndiyarın anası Bəyimxanım erkənvəfat etdiyindən, uşaqlar xalaları Zümrüd və Sədətbəyimin qayğısı ilə böyüyür.İsfəndiyarın təlim-tərbiyəsinə, təhsilinə əmiləri Baxış ağa, Azadağa, Rəhim ağa və dayıları Əbülhəsən bəy, Yusif bəy dəyaxından diqqət göstərirlər. İsfəndiyar Şuşadakı Realnı məktəbində təhsil alır,təbiət elmlərini öyrənir, fars və rus dillərindən müəyyən anlayışa malik olur.Ədəbiyyata, o cümlədən poeziyaya meyli olduğundan, mütaliə edər, şeir oxumağıxoşlayarmış. Əsasən də Füzuli poeziyasına marağı daha geniş olmuş və dahişairin qəzəllərini təhlil edərək, dərindən dərk etməyə çalışarmış. İsfəndiyarınatası və əmiləri mütərəqqi fikirli insanlar olduğundan, tez-tez evlərindəədəbi-musiqili məclislər təşkil edər və bu tədbirlərə Qarabağın say-seçməziyalıları, muğam, poeziya aşiqləri toplaşarmış. Bu məclislərdə qrammofonsəslənər, şeir oxunar, ara-sıra tanınmış xanəndələr dəvət olunub, muğam dəsgahıifa edərmişlər. Bu mühitdə böyüyən İsfəndiyarda kiçik yaşlarından musiqiyəböyük maraq yaranır. Çox keçmədən onun bu marağı diqqət çəkir və atası onatar alaraq məşğul olmasını tövsiyə edir. Bir müddət tar çalmağı öyrənənİsfəndiyar, sonradan bu sənəti qardaşı Allahyara öyrədir. Allahyar bu sənəti davametdirməklə, gələcəkdə Azərbaycanın məşhur tarzənlərindən biri kimipüxtələşərək, uzun illər qardaşı ilə çiyin-çiyinə fəaliyyət göstərir.
İsfəndiyarda geniş diapazonlu,məlahətli səsin və xanəndəliyə həvəsin olması çox erkən nəzərə çarpdığından,Aslan ağa oğlunu yeniyetmə çağlarından dövrünün tanınmış xanəndələrindənolan İslam Abdullayevin (Segah İslamın) şagirdliyinə verir. İsfəndiyarustadından xanəndəlik sənətinin incəliklərini, muğam və təsnifləri, eləcə dəbir sıra el havalarını öyrənə-öyrənə Segah İslamın dəvət aldığı musiqiməclislərində iştirak edər, müəlliminin izni ilə öyrəndiyi muğamlardanoxuyaraq, tədricən tanınmağa başlayır. Artıq o, öz ustadı ilə yanaşı 19-cu və20-ci əsrlərin görkəmli muğam ifaçıları – Cabbar Qaryağdı, SeyidŞuşinski, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Məşədi Məmməd Fərzəliyev vədigər ustadların ifasını dinləyir, onlardan muğamatın ən mürəkkəb şöbə vəguşələrini öyrənib, hafizəsinə həkk etməyə və ifasınızənginləşdirməyə müvəffəq olur. İsfəndiyarnecə "Xan” oldu?
1918-ci ilin yazında Ağdamın Novruzlukəndində, Qarabağın o dövr üçün mütərəqqi fikirli ziyalılarının, şair vənasirlərinin və eləcə də məşhur sənət adamlarının dəvət aldığı mötəbər birməclis qurulur. Segah İslam həmin məclisə gənc şagirdi İsfəndiyarla birlikdəgəlir. Məclisdə elm-ədəbiyyat sahəsində yeniliklərdən söz açılıb, xanəndələrinifasında muğam dəsgahları dinlənildikdən sonra İslam Abdullayev pəncərəninönündə o dövr üçün yenilik sayılan qrammofon cihazını görür. Məclis əhliƏbülhəsən Xanın valına qulaq asmaq istəyir. İsfəndiyar vala çox həyəcanla qulaqasır və oxunanları sakitcə zümzümə edir.Bu, Segah İslamın diqqətindən yayınmır. İfa başa çatdıqdan sonra ustad xanəndəməclisdəkilərə şagirdini təqdim edərək, onun da gözəl səsə malik olduğunu deyir. "İsfəndiyar, sən də belə oxuya bilərsənmi?” -deyəndə, "Bir də qulaq assam oxuyaram” cavabını verir. Məclisdəkiləri maraqbürüyür və val bir də səsləndirildikdən sonra gənc xanəndə üzünü tarzənətutaraq, "başla” işarəsi verir. Tarın, kamanın xoş sədaları altında"Kürdü Şahnaz” muğamı səslənir. İsfəndiyar peşəkar xanəndə tərzində, eyniləƏbülhəsən Xanın oxuduğu kimi "Şahnaz”ı ifa etməyə başlayır. İsfəndiyar ifasınıbaşa vurub, qavalı dizinin üstünə qoyur. Bu zaman məclisi alqış sədalarıbürüyür. Heyrətə gəlmiş qonaqlardan - "Bu ki, əsl xanəndədir. Bu, Xanınoxumasından heç seçilmədi. Bu uşağın böyük gələcəyi var. Əsl Xan elə budurki...” tərifləri eşidilir. Məclisdəkiqonaqlardan kim isə gəncin adını bir də soruşanda Segah İslam məclisdəkilərəüzünü tutub: "Hörmətli ağalar, xanəndə və sazəndələr, bildiyiniz kimi, xanəndəƏbülhəsən xalq içindən çıxmış sadə bir rəiyyət nümayəndəsi olub. İran Şahı onunsənətini yüksək qiymətləndirib, ona Xan titulu, böyük mülk, var-dövlət hədiyyəedərək onu İran xanəndələrinin Xanı - Əbülhəsən Xan İqbal adlandırıb. Bugün bu gənc oğlan Əbülhəsən Xanın ifasını olduğu kimi təkrarlaya bildiyiüçün qoy bu gündən o da olsun bizim Xan, Azərbaycan xanəndələrinin xanı, XanŞuşinski”. Hamı ustadın bu təklifini razılıq və sevinclə qəbul edir.Sonra Xan məclisdəkilərin xahişi ilə daha bir neçə təsnif və muğam ifa edir.Həmin gündən sonra hamı Qarabağda yeni, Xan adlı çox istedadlı birxanəndənin yetişməsindən danışaraq, onu tezliklə görüb və səsinidinləməyə tələsirdi. O dövrdən etibarən Xan Şuşinski musiqiçilərdənibarət dəstə yaradaraq el şənliklərində müstqil iştirak etməyə başlayır.
Gələcəyin xanəndəsi sənsən!
1919-cu ildə Xan Şuşinski hərbixidmətə cəlb edilir. Sonradan onu tanıyan hərbçi zabit, onun öz sənətiilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsasgətirərək, Xan Şuşinskini hərbi xidmətdən azad edir. Xanəndə birmüddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdəçıxışlar edir. 1920-ci ilin mayında baş vermiş Gəncə qiyamından sonra yenidənQarabağa qayıdaraq, Ağdam şəhərində məskunlaşır və el şənliklərində, toy-düyünlərdəiştirak edərək yaradıcılığını davam etdirir. Xan Şuşinski müstəqillikdönəmində, eləcə də sovet hakimiyyətinin ilk illərində dəfələrlə erməniquldurlarının qəfil hücumlarına məruzqalır, yeri gələndə sərrast atıcılıq qabiliyyəti və ehtiyatlı davranışıhesabına düşmən gülləsindən qurtulur, ən qəddar qaçaq - yolkəsənləri beləsəsinin, sənətinin sehri ilə ram edərək, özünün və yoldaşlarınınhəyatını xilas edir.
1934-cü ildə Bakıda keçirilən dövləttədbirinin bədii hissəsində o dövrün tanınmış incəsənət xadimləri, o cümlədənCabbar Qaryağdıoğlu ilə yanaşı, Xan Şuşinski də çıxış edir. Konsertin sonundaCabbarın ifasında "Heyratı” zərb muğamı elan edilir. Cabbar Qaryağdıoğluxanəndələrə müraciət edib, onunla birgə ifa etmək istəyəni səhnəyə dəvət edir.Xanəndələr Cabbarla yarışmaqdan ehtiyatlanıb, boyun qaçırsalar da, gənc xanəndəXan Şuşinski tərəddüd etmədən ustad sənətkarın təklifini qəbul edir. O vaxtlarCabbar Qaryağdıoğlu sənətinə xüsusi maraq göstərən ölkə rəhbəri Mir Cəfər Bağırovtamaşaçıların içərisindən bu sənət yarışmasını diqqətlə izləməyə başlayır.Xanəndələr muğamın şöbələrini növbə ilə oxuyaraq öz məharətlərini nümayişetdirirlər. İfanın sonuna yaxın gözlənilmədən Cabbar Qaryağdıoğlu səsini ziləçəkərək "Şikəsteyi fars” şöbəsi oxumağa başlayır. Cabbar "Şikəsteyi fars”ıoxuyub, zil notda estafeti Xana ötürür. Xan Şuşinski özünü itirmədən həminyerdən "Şikəsteyi fars” şöbəsini oxuyub, bir qədər də zil notlarda "Qazağı” şöbəsinəkeçərək şaqraq zəngulələrlə gəzişmələr edib, muğamın başlanğıc pərdəsindəayaq verir. Salonu alqış sədaları bürüyür. Cabbar Qaryağdıoğlu tarzən QurbanPrimovun təəccüblü və sual dolu nəzərlərlə ona doğru baxdığını görüb deyir: "Qurban,dədəmin goru haqqı Xana qıymazdım, dedim bir imtahan eləyim, görüm nə edir?”Sonra əlini mehribancasına Xanın kürəyinə vurub, hamının eşidəcəyi səslə ucadandeyir: "Əhsən sənə, gələcəyin xanəndəsi sənsən!”
Elə həmin ildə Xan Şuşinski Tiflis şəhərindəkeçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasındamüvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülür. O, digər ölkələrdə dəAzərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edir.
Xan Şuşinski 1939-cu ildə M.C. Bağırovun sərəncamıilə 24 saat müddətində Ağdamdan Bakı şəhərinə köçürülür. Bakıya köçdükdən sonraXan Şuşinski doğma el-obası ilə əlaqəni pozmur, vaxtaşırı Ağdamdakı evinəbaş çəkməklə yanaşı, yay istirahətini bir qayda olaraq Qarabağınsəfalı yaylaqlarında keçirir. 1960-cı ildən isə Şuşa şəhərinin "Çöl qala”məhəlləsində həyət evi alaraq, sonrakı illərdə mütəmadi olaraqməzuniyyətə daim Şuşaya gedir.
Xan Şuşinski bəstəkar mahnılarının da mahir ifaçısıkimi tanınıb. "Şuşanın dağları”, "Qara göz” mahnılarını yüksək zövqlə oxuyub.
X.Şuşinski 1960-cı
ildə Azərbaycan DövlətFilarmoniyasının nəzdində
"Muğam studiyası” yaradır və
gənc xanəndələrə muğamınsirlərini
öyrədir. O, həmçinin Azərbaycan
Dövlət Musiqi Məktəbində dərs
deyir.Dost-tanışları, həmkarları və yetirmələri
onu "Xan əmi”
çağırırdılar. İndi dəsənətindən
söz düşəndə "Xan belə oxuyardı...” deyə böyük sənətkarı
ehtiramlaanırlar... Xan Şuşinski 1979-cu ilin
18 martında vəfat edib. Bu
gün onun
anımgünüdür.
Təranə Məhərrəmova
Kaspi 2020.- 18 mart.- S.15.