Məhv olan ailənin ümidi
"Buddenbroklar”
alman yazıçı-filosof
Tomas Mannın ilk romanıdır.
Roman 1901-ci ildə, yəni müəllif hələ 26 yaşında
ikən nəşr olunub. 26 yaşlı
bir müəllifin təxmin edilən istedadının fövqündə
dayanan bu roman işıq üzü gördüyü gündən
geniş müzakirələrin
mərkəzində dayanır.
1929-cu ilə kimi Mann adından bir neçə romanla yenidən bəhs etdirsə də, ona Nobel mükafatını da məhz "Buddenbroklar” qazandırır. Mükafata
kimi keçən 28 il ərzində
akademiya Toman Mannın yaradıcılığını
dərindən izləyib.
Müəllif "Buddenbroklar”-dan mövzu və bəşərilik aspektlərindən daha ağırçəkili nümunələr
də yaradıb. Lakin, görünür, bu roman onun istedadının ilk sənədli sübutu kimi qiymətləndirilib.
Mann Nobeli elə yaradıcılıq yolunun
başlanğıcında alan müəllif kimi səciyyələndirilə
bilər.
Almaniyanın köklü burjua ailələrindən Buddenbrokların
dörd nəsil ailə münasibətləri,
iş prinsipləri, nikah mənfəətləri,
dəyişən düşüncə
və inancları, məhəbbət macəralarına
işıq tutan və dövrün ictimai-mədəni, sosial-iqtisadi
mühitinə daha yaxın planda baxmaq imkanı verən roman 1835-1877-ci illəri
əhatə edir. Bu illər ərzində
baş verən tarixi hadisələr də - Avstriya-Prusiya müharibəsi, Almaniyanın
birləşməsi, Alman
İmperatorluğunun yaranması
və s. – romanda öz əksini tapır.
Romanın əvvəllərində oxucu əsas mövzu barəsində çaş-baş qalır.
Müəllif XIX əsr Lübek
ictimaiyyətinə aid bir
ailənin o qədər
realist təsvirini verir
ki, oxucuda sənədli roman, hansısa
tarixi dövrün
"açarı”nı axtarırmış
hissi formalaşır.
Hətta
müəyyən obrazların
müəllifin həyatındakı
real insanlar üzərində
yaradıldığı faktını
bilməyən oxucu da adları dəyişdirilmiş real qəhrəmanların
hekayəsini oxuduğunu
düşünür.
Roman yeni
evlərinə köçmüş
Buddenbrok ailəsinin verdiyi təmtəraqlı
ziyafətin təsviri
ilə başlayır.
Ailəsinin bir əsrlik taxıl ticarətini uğurla davam etdirən, öz adına
şirkət quran ağsaqqal İohan Buddenbrok və ikinci həyat yoldaşı Antoniet bu evdə yeni
həyata başlamağın
sevinci içərisindədirlər.
Oğlanları, konsul
rütbəli İohan
III, əsərdə Cin
adı ilə fərqləndirilir, də
xanımı Elizabetlə
qurduğu nikahdan olan övladları – Tomas,
Kristian və Antoni – ilə burada onlarla yaşayacaq. Romanın sonrakı hissələrində
cütlüyün Klara
adlı bir övladlarının da olduğu anlaşılır.
Klara bütün roman ərzində
sadəcə adı çəkilən və ya kölgə rolu ifa edən
obrazdır. Cin və
Elizabetin övladlarının
təlim-tərbiyəsi ilə
İda Cunqman adlı dayə məşğul olur.
Nahar sırasında İohan Buddenbroka gələn məktubla oxucu yaşlı biznesmenin ilk evliliyindən Qothold adlı, uzaqda yaşayan və ailəsi ilə görüşməyən oğlu
olduğunu öyrənir.
Hamı yaşlı İohanın
Qotholdla ailənin nüfuzuna və nikah siyasətinə zidd bir qadınla
ailə qurduğu üçün münasibətləri
kəsdiyini düşünür.
İohan
özü də bu səbəbin arxasına sığınsa
da, əsas səbəb Qotholdun anası ilə bağlıdır. Yaşlı Buddenbrok
sevimli xanımını
Qotholdu dünyaya gətirərkən itirdiyi
üçün onu həmişə sevgilisinin
ölüm səbəbi
kimi görür.
Patriarxal idarəçilikdə, hər şeyin bir adamın arzusuna bağlı olduğu ailədə böyüyən uşaqlar da bu tərzi mənimsəyib. Onlar ailə başçısının iradəsinə qarşı gələ bilmirlər, lakin özlərini üstün gördükləri bütün situasiyalarda öz iradələrini göstərməkdən də çəkinmirlər. Təkəbbürlü Toninin orta sinifdən olan Hermanın arzularına verdiyi kinayəli qarşılıq, həqarətli tərz buna bir nümunədir. Kristianın məsuliyyətsiz, əyləncəyə meylli tərzi də yuxarı sinif burjua ailəsi üçün olduqca xarakterikdir. Ailənin digər və əsas göstəriciləri isə Tomasın üzərində cəmlənib. Tomas çalışqan, maraqlı, məsuliyyətli tərzi ilə ailə üzvlərinin və ətrafdakıların rəğbətini qazanıb. Hətta ailənin maddi imkanlarına baxmayaraq, öz təhsil haqqını ödəməyi qarşısına məqsəd qoyur və iş üçün Amsterdama yollanır.
Ailə ağsaqqalı və xanımının vəfatından sonra Cin mirasa sahib çıxır. Lakin mərhəmətli, dindar obrazı ilə seçilən oğul Buddenbrok atasının səhvini düzəldir və ögey qardaşı Qotholdun payına düşən mirası ona verir. Cinin bu jesti belə qardaşları yaxınlaşdırmır. Hətta romanın sonrakı hissələrində Qothuldun qızlarının rəftarı Cinin ailəsində ciddi narazılıqlara səbəb olur. Ailənin hər iki qolunda qadınların vəziyyəti arzuolunmazdır. Təkəbbürlü Toninin ailənin mənfəətləri naminə üzərinə düşəni icra etmə zamanı gələndə, atasının təkidi ilə Bendiks Qrunlik ilə evlənmək məcburiyyətində qalır. Bendiks bütün varlığı ilə Tonini narahat etsə də, nikah reallaşır və bu evlilikdən Erika dünyaya gəlir. Nikahdan sonra Toninin Bendiks haqqında ailəsinə çatdırdığı şübhələrin doğru olduğu ortaya çıxır. Bendiks həddindən artıq borcu olan müflisləşmiş Qrunlik ailəsinin Toni ilə maddi imkanlarından yararlanmaq ümidi ilə evlənən nümayəndəsidir. Qrunliklər Erikanın doğumuna kimi bu vəziyyəti idarə edir və daha sonra açıq-aşkar Buddenbroklardan borclarının ödənməsi üçün kömək istəyirlər. Ailə başçısı Cin Buddenbrok isə bu istəyi birmənalı şəkildə geri çevirir və Toni ilə qızını öz yanına gətirir. Nəhayət, 1850-ci ildə Bendiksin idarə etdiyi Qrunliklər tamamilə iflas edir və Toni qanuni şəkildə boşanır. 1850-ci illərin siyasi-iqtisadi çevrilişləri və yenidənqurmalarından Buddenbroklar ailə biznesini qoruyub, itkisiz çıxara bilir. 1855-ci ildə Cin şirkəti və ailəni oğlu Tomasa əmanət edib, dünyasını dəyişir. Tomas əvvəlcə qardaşı Kristianı da yanında işə götürür. Lakin zamanla Kristianın yüngül, əyləncə axtaran, qeyri-ciddi rəftarının, zəif xarakterinin həm ailənin, həm də özünün nüfuzuna xələl gətirdiyini görən Tomas onu şirkətdən uzaqlaşdırır. Tomasın nəzərində qardaşı insanlarda səfeh təəssüratı oyadır. Çevrəsində onun nüfuzuna xələl gətirən insanlar isə hər addımda Tomasa mane olur. Onlardan biri – Amsterdamdan olan musiqiçi Gerda Arnoldsen isə üçüncü nəslin patriarx Buddenbrokun həyat yolları kəsişir və taleyini onunla birləşdirir. Bu nikahdan isə Buddenbrokların sonuncu nəslinin yeganə nümayəndəsi Hanno doğulur.
Üçüncü nəsildə artıq uğursuzluqlar və ölümlər bir-birini izləyir. Cinin qızı Klara atasının rəğbət bəslədiyi riqalı din adamı ilə ailə qurur və toydan qısa müddət sonra vərəm xəstəliyindən dünyasını dəyişir. Toni isə ikinci dəfə ailə həyatı qurur. Onun ikinci həyat yoldaşı Münhenli iş adamı Alois Permaneder təkəbbürlü Buddenbrok ailəsinin həyat tərzinə uyğun yaşamasa da, Toni şansını sınamaq istəyir. O, ekstrovert, hamı ilə səmimi münasibət quran nə ailəni, nə də Tonini xoşbəxt edə bilir. Bayernin adətlərinə uyğunlaşa bilməyən Toni Lübekə geri qayıtmaq xəyalları quran ərəfədə ərini qulluqçulardan birinə təcavüzə cəhd edərkən tutur və ondan boşanır. Alois Tonini geri qaytarmaq üçün çox məktub yazıb, peşman olduğunu desə də, cəhdləri nəticəsiz qalır. Toni bir daha ayrılmamaq şərti ilə Lübekə qayıdır.
Tomas isə getdikcə dəyərini itirən və kiçilən, borcu çoxalan ailə şirkətini qorumaqda çətinlik çəkir. Yeni dövrün qaydaları ilə ayaqlaşa bilməmək, digər tərəfdən ailədə üst-üstə gələn itkilər, ayrılıqlar, əmisi Kristianı xatırladan oğlu Hannonun ağılsızlığı Toması dərin kədər və ümidsizliyə qərq edir. Erika isə taleyin ironiyasından xilas ola bilmir və uğursuz evlilikdən Elizabet adlı bir qızı dünyaya gəlir. Həbsdən çıxdıqdan sonra da onun yoldaşı geri qayıtmır. Lakin 1870-ci illərdə ailənin məhvinin fonunda bir çox bədbəxt hadisə baş verir – Cinin xanımı Elizabet və ailə başçısı Tomas Buddenbroklar dünyasını dəyişir. Tomasın ölümü ailənin məhvini daha sürətləndirir. Müəllif bu ailənin məhvində xarici təsirlərin heç bir rol oynamadığını Tomasın ölümü ilə göstərir. Ailə üzvlərinin incəsənətə meyllənməsi, yer dəyişmələri, intizamdan uzaqlaşmaları, uğursuz evlilikləri, keçirdikləri fiziki-psixoloji xəstəliklər bu tənəzzülün əsas səbəbləri idi. Ölümlər ailə üzvlərini sayını azaldıb, ailəni kiçiltdikcə Buddenbroklar nüfuz və mövqe üstünlüyünü də itirirlər.
Toni
ilə qızı Kristian və Hannonun payını verməklə, evi və şirkətin qalanını gənc
iş adamı Herman Hagenstoma satırlar. Kristian
Tomasın sağlığında evlənməsinə icazə
vermədiyi Alin ilə evlənsə də,
çox qısa zaman sonra xəstəliyə düçar
olur. Hanno isə
atasının ölümündən cəmi iki
il sonra tipoid xəstəliyindən
dünyasını dəyişir. Gerda isə Amsterdama qayıdır. Toni, Erika və Elizabet Buddenbroklardan son nümayəndələr
olur. Həyatının geri qalanını
səfalət içində
keçirən Toninin
yeganə ümidi bu nəhəng ailənin nə vaxtsa bir gün
cənnətdə yenidən
qovuşacağıdır.
Mənbə: "suppersummary.com”
İngilis dilindən tərcümə
edən: Elcan Salmanqızı
Kaspi 2020.- 2-4 may.- S.9.