Teatr tarixinin saniyə əqrəbi  

Dünyanın ən pessimist filosofu A.Şopenhauer deyirdi ki, qəzet tarixin saniyə əqrəbidir. Zaman XVIII əsr idi. O vaxtlar hələ tarixin milli saniyə əqrəbi saytlar mikrosaniyə əqrəbi olan sosial şəbəkələr yaranmamışdı.

Atatürk isə deyirdi ki, teatr məmləkətin kültür səviyyəsinin aynasıdır. Gözəlim Azərbaycanda peşəkar teatr sənətinin tarixi 1873-cü, milli mətbuatın tarixi isə 1875-ci ildən başlayır. Yəni, Azərbaycanda qəzetçiliklə teatr təxminən yaşıddırlar. Maraqlıdır ki, yaradılışda hər ikisi  - həm teatr, həm mətbuat eyni məqsədə - maarif işinə xidmət edib. Maarifçi-ziyalılar adı ilə ümumiləşdiriyimiz o böyük KİŞİLƏR cəhalətlə mübarizədə iki parlaq işıq yandırmışdılar: Teatr mətbuat. Ancaq bu iki fəaliyyət sahəsi zaman keçdikcə öz ilkin məqsədlərindən iraq düşdülər. Bu gün teatrımız, mətbuatımız o ZİYAnın daşıyıcısı deyil. Amma məni maraqlandıran başqa məsələdir. Əsr yarımlıq tarixi boyu teatr sənətimiz milli mətbuatımız sanki getdikcə bir-birilərindən uzaqlaşan iki fəaliyyət sahəsinə çevriliblər. Bu gün Azərbaycan mətbuatı üçün Azərbaycan teatrı qədər önəmlidir. Görəsən, "qəzetəçilər” "artistləriəqidə döyüşündə məsləkdaş kimi görürlərmi? İnanmıram. Elə teatr xadimlərimizin mətbuata münasibəti birmənalı deyil pisi budur ki, onlar bu fikrə düşməkdə haqsız sayılmazlar. Biri elə mən. Teatra "qızardılmış informasiyamənbəyi İP təminatçısı kimi baxan "ayının dostları”na jurnalist deməyə dilim gəlmir. Axı, teatr sənəti haqqında ümumi məlumatlardan başqa heç bir bilgiyə, intellektual səviyyəyə malik olmayan, teatrın demək olduğunu dərk etməyən, mədəniyyətə incəsənətə yük kimi yanaşan, yuxarıdan aşağı baxan, ən böyük uğuru rəhbərlərinin verdiyi axmaq qərarları dahiyanə tapıntı kimi təqdim etmək olan klaviatura əhlini necə məsləkdaş kimi görə bilərəm ki?

Yenə özümə verdiyim cavabını tapa bilmədiyim başqa bir sual. Necə olub ki, bu qədər yaxın olan iki sahə bu günə qədər demək olar ki, heç vaxt kağız üzərində görüşməyiblər. Azərbaycanda niyə bir dəfə olsa, məxsusi olaraq, teatr sənətinə həsr olunmuş qəzet, jurnal (cəmi bir nömrəsi çıxmış "Teatraljurnalını nəzərə almasaq) olmayıb. Qəliz sualdır əslində, Azərbaycanda teatra əsl münasibəti göstərən bir faktdır. Siz Allah, mənə teatr haqqında dərginin rentabelli olmadığını əsas gətirməyin, guya, o biri qəzetlər qaz-vurub, qazan doldurur. Dövlətin, müxtəlif qurumların, ya da ayrı-ayrı şəxslərin yardımı olmasa, barmaq sayından da az qəzet, bəlkə, özü özünü maliyyələşdirə bilər (o da bəlkə!!!).

Bunları yazmaqda məqsədim nədir? Məqsədim odur ki, artıq 9 yaşını qeyd etdiyimiz "Kaspi” qəzetinin "Teatr” əlavəsinin yaradılmasının hansı miqyasda böyük bir hadisə olduğu haqqında təsəvvür yaransın. Teatr sənətinin "gülhanə parkındakı ceviz ağacına” bənzəyən vaxtlarında – 2011-cü ildə bayaq haqqında söz açdığım o böyük KİŞİLƏRİN yolu ilə - maarifçilik yolu ilə gedən ziyalımız, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov "Teatr” əlavəsinin yaradılması ilə bağlı "Kaspi” qəzetinin o zamankı baş redaktoru Natiq Məmmədliyə müraciət etdi. O da, sağ olsun, Vidadi müəllimin təşəbbüsünə isti yanaşdı və 9 il öncə "Üç əsrin qəzeti” 140 yaşlı qocaman teatra bir səhifəlik "sığınacaq” verdi. Və beləcə, 2011-ci ilin 11 may tarixində tarixin saniyə ərəbi millətimizin kültür səviyyəsini göstərdi. Zaman keçdikcə bu bir səhifə artaraq 4 səhifəyə çevrildi. Qəzetin səhifələri ilə yanaşı, "Teatr” əlavəsinin komandası da böyüdü, sıraları genişləndi, təcrübəsi artdı.

Odur-budur, teatrsevərlər hər həftənin cümə axşamı gününü (əvvəllər "Teatr” əlavəsi cümə günü çıxırdı) gözləyirlər. 9 il teatr jurnalistikasından ötrü çox böyük zamandır. Bu illər ərzində Vidadi Qafarovunonun tələbələrinin fədakarlığı, teatr sevgisi və peşəkarlığı sayəsində "Teatr” əlavəsi böyük rəğbət qazandı. Teatr cameəsində çoxlarının dəstəbazlıq elədiyi zamanda bu Əlavə qərəzsiz, sağlam mövqeyi ilə seçildi. Sərt tənqidi məqalələrimiz də oldu, tərif də, informasiya da, təhlil də, təəssürat da. Ancaq bu yazıları birləşdirən təkcə bir amil var: teatr sənətinə sevgi. Sevgi "Teatr” əlavəsini yaşadan həmin o sehirli iksirdir. Əslində, burada gizli, qeydi-adi bir şey yoxdur. Teatrşünas, teatr yazarı teatrı sevməlidir. Sevmirsə, onunbilgisinin, nə istedadının, nə yazı qabiliyyətinin teatr sənəti üçün qara qəpik qədər dəyəri yoxdur. Bizim teatra münasibətdə bir mövqeyimiz var: Bu teatr bizimdir, aliliyi, bayağılığı, müsbət və mənfi təzahüləri, yaxşı və pis tamaşaları, köhnəsi, yenisi ilə.

Bu qəzetin səhifələrində həm paytaxt, həm də bölgə teatrlarının fəaliyyətinə həsr olunan yüzlərlə yazı, resenziya, müsahibə, portret, reportaj, xəbər dərc olunub. Zaman-zaman dünya teatr prosesinə də müraciət edilib, dünya teatrının ən parlaq simalarının yaradıcılığı, Avropa ölkələrinin teatrlarının fəaliyyəti və teatr prosesi haqqında dəyərli yazılar dərc edilib. Ancaq təbii ki, əsas diqqət Azərbaycan teatrına yönəldilib. Teatr əlavəsinin səhifələrində yaxşı, fövqəladə gözəl yazılar da dərc olunub, nisbətən zəiflər də. "Teatrəlavəsi elə bir platformadır ki, burada professorla universitet tələbəsi yanaşı dayana bilər. Qarşıya qoyulan məqsədlərdən biri məhz yeni istedadlı kadrların teatrşünaslığa cəlb olunması, onların yazı qabiliyyətinin inkişaf etdirilməsidir. Bu qəzetin səhifələrində neçə nəfər qələm tutmağı öyrənib, teatrşünasa, teatr jurnalistinə çevrilib. Bu gün həmin proses davam edir qədər ki, Teatr əlavəsi var, bu missiyasını həyata keçirəcək.

Bayaq "Teatrəlavəsində çalışanları fədakar adlandırdım. Milli teatr məkanında tanıdığım ən fədakar adam Vidadi Qafarov uzun illər təmənnasız olaraq, "Teatrəlavəsinin yaşaması üçün əmək sərf edib. Elə bu əlavənin səhifələrində mütəmadi şəkildə yazılarla çıxış edən Könül Cəfərova, Xəyalə Rəis, Aygün Süleymanova, Niyaz Cəfərov, Nigar Pirimova, Emin Əliyev, Razimə İsmayılova, Dağlar Yusif, Əli Hacılı simvolik qonorar qarşılığında "Teatrəlavəsi (oxu: TEATR) üçün can qoyublar. Bu müəlliflərin hər biri bizim üçün dəyərlidir, onların gördüyü işlərin əhəmiyyəti zaman keçdikcə daha da böyüyür. Bu gün "Teatrəlavəsinin yeni müəllifləri "doğulmaqdadır”. Son illər ərzində Əbülfəz Əmin, Cavanşir Qasımov, Turan Etibaroğlu, "Teatrəlavəsinin müəlliflərinə çevrilməkdədirlər. Bu qəzetin səhifələrində Məryəm Əlizadə, İsrafil İsrafilov, İlham Rəhimli, Aydın Talıbzadə kimi milli teatrşünasıq elminin patriarxlarının da xeyli yazıları çap olunub. bütün bu müəlliflərin qələmindən çıxan yazılar nəticədə Azərbaycan teatrının mənzərəsini yaradır. Bu mənada, Kaspi qəzetinin "Teatrəlavəsi, həm Azərbaycan teatrının ən yeni dövrünün salnaməsidir. Bu illər ərzində qəzetdə dərc olunan məqalələri toplasaq, sanballı bir kitab çıxar.

Bəlkə bu sətirləri oxuyanlar arasında hələ "Teatrəlavəsinin əhəmiyyətini anlamayanlar var. Bilirəm ki, teatrşünaslığı xidmət sferasına, dost məclisinə çevirmək istəyən bir para adamlar "Teatrəlavəsinin prinsipiallığından narahat olurlar. Düşünürəm ki, bu narahatlıq hələ uzun müddət davam edəcək. Çünki "Teatrəlavəsi iki şiş kababa yazan xidmətçi-teatrşünas olmağı şəninə yaraşdırmaz. Neçə ki, "Teatrəlavəsi, var, bayaq adlarını sadaladığım gənclər, hələ gələcəkdə sıralarımızda qoşulacaq yeni müəlliflər var, xidmət edəcəyimiz yalnız bir ünvan olacaq: ƏLAHƏZRƏT TEATR!

P.S.: Sonda Teatrı "Teatrəlavəsini sevdiklərinə, bu əlavənin yaşamasına dəstək olduqlarına görə başda "Kaspiqəzetinin təsisçisi Sona xanım Vəliyeva, baş redaktor İlham Quliyev olmaqla qəzetin bütün əməkdaşlarına şəxsən öz adımdan "Teatrəlavəsinin komandası adından dərin təşəkkürümü bildirirəm.

 

Elçin Cəfərov

Teatrşünas

Kaspi 2020.- 7 may.- S.11.