LEVENT SUNER
SƏS
VƏ AKTYOR
(ixtisarla)
Nitq insanın
duyğu və düşüncələrini ifadə
edə bilməsi üçün bədənində
başqa funksiyaları
olan orqanlardan istifadə edərək yaratdığı, bəlkə
də ən böyük möcüzələrindən
biridir. Başlanğıcda sadəcə ünsiyyəti
qurmağa yönəlmiş
olan nitq, sonradan sənətə gətirilmiş, aktyorun bir sənət əsərini ifadə edə bilməsi üçün istifadə
etdiyi əsas vasitələrdən birinə
çevrilmişdir. Görkəmli
yunan dramaturqu Sofokl bunu aşağıdakı
sözlərlə ifadə
etmişdir:
“Dünyanın gözəllikləri
arasında heç biri insan qədər
ecazkar deyildir. Çünki insan nitq sənətini
öyrənmişdir”.
Ünsiyyətin ən güclü yolu olan nitq
vasitəsilə insan sevinc, qəzəb, xoşbəxtlik kimi duyğularını dilə
gətirir. Başqa cür desək,
nitq insanın daxili dünyasının ifadəsidir. Gündəlik həyatımızda səsin
fərqli rənglərindən
istifadə edərək,
ünsiyyəti daha güclü bir hala gətirmək mümkündür. Eyni vəziyyət
aktyor sənəti üçün də keçərlidir. Səs bir
aktyorun (aktrisanın) özünü ifadə edə bilməsi üçün ən güclü silahlardandır.
Aktyor üçün səs gündəlik həyatdan fərqli olaraq, daha dərin bir məna, hər cür duyğunu daşıya biləcək bir azadlıq tələb edir. Aktyor, teatr tamaşasının
əsas tərkib hissəsi sayılan tamaşaçıya səsini
fərqli ölçülü
qapalı məkanlarda,
yaxud da, açıq havada oynanılan tamaşalarda çatdıra bilməlidir
ki, bu da
səs dərslərinin,
səhnə danışığının
vacibliyini ortaya qoyur. Gəlin, aktyorun səsinin yaranmasından başlayaraq,
səhnə danışığınadək
keçdiyi mərhələlərə
birgə nəzər salaq :
Səs necə yaranır ?
Beynin mator korteksindəki bir sıra impluslar istehsal olunur və nitq quruluşlarına
göndərilir. Bu impluslar
bədənin müxtəlif
hissələrində yumşaq
və harmonik hərəkətlərin meydana
gəlməsini təmin
etmək üçün
zamanlanır. Əvvəlcə dodaqlar və burundan ağciyərlərə
qədər olan səs sistemi açılır. Havanın
ağciyərlərə dolmasını
təmin etmək üçün tənəffüs
əzələləri sıxılır
və istənilən
danışıq üçün
lazım olan miqdarda hava ağciyərlərə
yığıldığı zaman tənəffüs sistemi əməliyyatı
tərsinə çevirir:
havanı səs sisteminə göndərərək,
onu ağız və burun yolu
ilə bayıra doğru itələyir. Bununla bərabər qırtlaq, yuxarıya doğru çıxan hava axınının bir qədər qarşını
almaq üçün
səs tellərini qismən bağlayır.
Çevik səs telləri
arasından hava keçən zaman anındaca səs telləri titrəməyə
başlayır. Bu titrəyişlər, yuxarı
səs sisteminə gedən hava axınını hava yığınlarına bölür.
Bu hava yığınları
boğazdakı havanı
hərəkətə keçirir
və səsi yaratmış olur.
Səsin
yaranmasında istifadə
edilən orqanlar :
Qırtlaq – qırtlaq səsin yaranmasında və formalaşmasında böyük
rol oynayır. Qırtlaq dil
kökündən, nəfəs
borusunun başlanğıcına
qədər uzanır.
Bu orqanın uzunluğu
kişilərdə təxminən
44 mm., eni isə 43 mm.
olduğu halda, qadınlarda 36
mm uzunluğunda və
41 mm. enində olur. Onu da qeyd
edək ki, qırtlaq özü də 4 qığırdaqdan
ibarətdir : krikoid qığırdaq
( digər qığırdaqlar
məhz bunun üzərində yerləşir
), troid qığırdaq
( bu qığırdağın
iki qanadı ön tərəfə doğru birləşir və bir çıxıntı
əmələ gətirir.
“Adəm alması” adlandırılan bu çıxıntı xüsusilə
kişilərdə boynun
üst qismində görünə bilir və yuxarıya doğru hərəkət
edir ),
aritenoidlər ( arxada,
krikoid qığırdağın
üst kənarında
yerləşərək, onunla
dönmə hərəkətini
icra edə bilən bir oynaqla bağlantı halındadır. Bu üçbucaqlı
piramida şəklində
olan 2 qığırdaqdan
yaranır ) və epiqlottis (qırlağın girişinin
ön sərhədlərini
yaradır ) .
Səs telləri – səs telləri, səs yastığları, səs
şüaları, səs
lentləri və s. kimi fərqli şəkildə də adlandırılır. Aritenoidlər hərəkət edib fırlandıqları zaman,
səs telləri də hərəkət edir və onlar
özləri də buna kömək edirlər. Səs telləri arasında
normal tənəffüs zamanı
“V” şəklində bir
açıqlıq vardır.
Havanın giriş və
çıxışını təmin edən bu açıqlığa
“səs yarığı
(glottis)” deyilir. Səsin yaranması
üçün səs
tellərinin səs yarığını bağlaya
biləcək şəkildə
yan-yana gəlib gərilməsi və ağciyərlərdən gələn
havanın aradan keçə bilməsi üçün etdiyi təsirlə titrəməsi
lazımdır. Danışıq zamanı istifadə etdiyimiz bəzi səslər, səs tellərinin titrəməsiylə
yaranır. Bu cür səslərə “ötümlü səs”lər
deyilir. “Ötümsüz səs”in
yaranması zamanı isə səs yarığı sanki tərəfləri bir – birindən ayrılmış
üçbucaq şəklində
olur. Hava axını səs
yarığı arasından,
səs telləri titrəmədən, bir maneyəyə rast gəlmədən, səssizcə
keçir. Qırtlağın əzələ quruluşu
sonsuz deyilə biləcək qədər
dəyişkəndir. Bu
əzələlərin ən
vacib vəzifəsi səs tellərinin dəyişik dərəcədə
gərginliyini təmin
etməkdir. Gərginlik
çox olduğunda titrəyiş çox, gərginlik az
olduğunda isə titrəyiş də bir o qədər az olur. Səs tellərinin
gərginliyi, bir – birinə yaxınlıq, ya da uzaqlıq
dərəcəsi, ağciyərlərdən
gələn hava axınının gücünün
və sürətinin
dəyişməsi, insan
səsinin şiddətini
və pərdəsini
yaratmış olur.
Səsi
istiqamətləndirən faktorlar :
Səs, fərdi
və kütləvi rabitənin yeganə olmayan lakin ən
önəmli vasitəsidir. Duruşumuz, davranışlarımız,
geyimlərimiz kimi bir çox faktor bizim şəxsiyyətimiz
haqqında ətrafımızdakılara
müəyyən bir məlumat ötürür.
Lakin biz duyğu, düşüncə
və arzularımızı
ən qısa, təsirli və doğru biçimdə səsimizlə ifadə edirik. Təbii ki, bu bizim seçəcəyimiz
sözlərdən asılıdır.
Məhz bu səbəbdən biz səsimizdən nə qədər doğru istifadə etsək, onu daha təsirli
və duyarlı bir hala sala
bilsək, fikirlərimiz
də bir o qədər təsirli, anlaşıqlı qəbul
ediləcəkdir.
Səs şəxsiyyətimizin güclü ifadəsidir. Bir çox şeyi maskalaya bildiyi kimi, səs həm də bir sıra şeyləri aşkara çıxara, ələ verə bilir. Nitqimizin sayəsində bizlər çevrəmiz tərəfindən hansısa mərtəbədə yerləşdirilirik. Çünki, biz başqaları üçün nə danışırıqsa, məhz oyuq : təhsilliyik, təhsilsizik, güclüyük, zəifik, şəhərliyik, kəndliyik, qərarlıyıq ya da tərəddüd içindəyik və s. kimi haqqımızda ani hökümlər verilir. Səs, sanki, bizim barmaq izimiz kimi bir şeydir. O, həyatımıza damğa vurur, bütün yaşamımız boyu bizi başqaları üçün tanınır hala gətirir.
Səs eşitdiklərimizin, onları necə duyub, qarşıladığımızın və təcrübələrimizin nəticəsində necə istifadə edəcəyimizin qarışıq bərabərliyindən yaranır və aşağıda qeyd olunmuş 4 faktor nəticəsində yönləndirilir :
Çevrə - körpə, danışığı içində böyüdüyü ailədə, ya düşdüyü ortamda öyrənir. Nitq, ya ehtiyaclarımızı çatdıra bilmək, ya da çevrəmizdə duyduğumuz səslərdən necə təsirləndiyimizi göstərə bilməyimiz üçün yaranır. Körpə, danışığı bilinçsiz bir şəkildə, təqlidə söykənərək öyrənir. Uşaq, danışıq səslərini içində olduğu ortamın danışıq dilində öyrənir. Ayrıca, o ehtiyaclarını dilə gətirərkən fərqli, bu ehtiyaclar yerinə yetirilmədiyi zaman isə daha fərqli bir səs pərdəsindən istifadə edir. Bu vəziyyət, sonradan onun öz səsindən necə istifadə edəcəyinə təsir göstərəcəkdir.
Qulaq (eşitmə forması) – burada “qulaq” ifadəsi ilə səsi duymaq və onu təhlil etmək forması nəzərdə tutulur. Bəzi insanlar, səsləri dəqiq eşidir, gözəl təhlil edə bilirlər. “Yaxşı qulaq”a sahib olmaq, səsdəki fərqli məqamları anındaca duymaq deməkdir. Bu isə geniş səs spektrımızın fərqində olmaq və səsimizin bizim üçün nələr edə biləciyini göstərmək üçün bir avantajdır.
Fiziki çeviklik – bu faktoru sadə bir misalla açmağa çalışaq. İnsanlarda əzələ ilə bağlı düşüncə və ondan istifadə tamamilə fərqlidir. Məsələn, içinəqapalı olan bir şəxs, adətən, danışmaqda çətinlik çəkir və çox zaman fikrini fiziki hərəkətdə olmadığı zaman deyə bilir. Müşahidə edilən bu vəziyyət də, öz növbəsində nitqlə bağlantısı olmayan əzələlərə təsir edir və onları yavaşladır. Halbuki, zehni fəaliyyətlə bədən dili bir – birini tamamlamağı bacarmalıdır.
Şəxsiyyət – yuxarıda sadaladığımız 3 faktor sonda şəxsiyyətdə tamamlanır. Uşaqikən kimlərisə təqlid edərək başladığımız yol, sonradan bizim şəxsi səsimizin və nitqimizin formalaşmasına gətirib çıxarır.
Səs ətrafında olan – bitənə son dərəcə həssasdır. Məsələn, şəhər və kənddə yaşayaların nitqi tamam fərqlidir. Şəhərdə danışıq daha sürətli və kəskin olduğu halda, kənddə daha yavaş və melodikdir. Yəni, daha lakonik desək, yaşam tərzi bizim danışıq tərzimizi yaradır.
Bu gün müasir insan duyğu sıxlığı, ruh halının qarışıqlığı içindədir və bu səbəbdən də o, doğumuyla bərabər yaranan, var olan “təbii səs”nin məhsuldarlığından uzaqlaşmış vəziyyətdədir.
Görkəmli Şotland aktrisası, teatr rejissoru, pedaqoqu, eləcə də tanınmış vokal məşqçisi olan Kristin Linklaterə görə, “təbii səs şəffafdır – duyğu və düşüncələrin təsirini birbaşa və anındaca aşkara çıxarır. Eşidilən isə şəxsin özüdür, səs yox.”
Zehni və fiziki məhdudiyyətlər təbii səsi məhv edir ki, bu da özünü izah edə bilməyən, həbs edilmiş bir səsi yaratmış olur. Linklaterə görə, səsi sərbəst buraxmaq üçün insanı sərbəst buraxmaq lazımdır. “Təbii səs”i diqqətəçarpan dərəcədə əngəlləyən və pozan şey fiziki gərginlikdir. Bundan bir dəfə xilas oldunmu, artıq bütün duyğu və düşüncələri ötürə bilərsən. Səsin sərhədi isə şəxsin xəyal gücündən, qabiliyyətindən, ya da təcrübəsindən asılıdır.
Aktyorlarda təbii səsin yaranması üç mərhələdə gerçəkləşir. “Təbii səs”in həyata keçirilməsinin birinci mərhələsi bədən şüurunu yaxşılaşdırmaq, gərginliyini aradan qaldırmaqdır. Bu zaman nəfəs və səsin, düşüncə və duyğunun birgəliyi mütləqdir. Sözügedən mərhələdə, səsin sərhədlərini açmaq üçün çalışmalar aparılır.
Ardı var
Tərcümə
edən:
Sənubər Həşimova,
teatrşünas
Kaspi 2020.- 7 may.- S.12.