Yeji Qrotovsinin "Yoxsul teatr"ı

İncəsənətin hələ istifadə olunmamış imkanlarının dərkini XX əsrin intellektual macərası adlandırmaq olar. Burada biz incəsənətin öz strukturunu və hətta öz funksiyasını dəyişməsinə çalışmasını nəzərdə tuturuq. Bütün incəsənət növləri digər sənət sahələrinin müdaxiləsindən imtina edərək, özlərini təmizləməyə nail oldularöz mahiyyətlərinə uyğun davranaraq, həyati zəruri olmayanlardan imtina etdilər.

Yalnız teatr bunu etmədi. Yeni formaların meydana çıxması üçün o, özünü bir neçə dəfə yenidən qurmağa cəhd etdi. A.Appianın, Q.Kreqin, V.Meyerholdun, G.VaxtanqovunE.Piskatorun həyata keçirdiyi böyük islahatlar məhz bu cəhdlərdən irəli gəlirdi. Amma nəticələr çox cüzi idi. Teatrlar hələ də adi və qəbul olunmuş tərzdə klassikmüasir mətnlərin oxunduğu köhnəlmiş bina kimi qəbul olunurdu. Səhnədə heç bir yeni sənət hadisəsi baş vermirdiburada yalnız digər incəsənət növlərinin icadlarından istifadə etməklə “müasir” görünməyə çalışan köhnəlmiş düsturhibrid üslubların faydasız təkrarı reallaşırdı. Heç bir saflaşmadan, teatrın məğzini inkişaf etdirmək və ya yenidən icad etmək üçün heç bir səydən söhbət getmirdi. Yeni dövrə uyğunlaşan heç bir yeni ifadə vasitəsi mövcud deyildi. Aktyorların oyunu, diksiyası, tamaşaçılarla ünsiyyəti, arxitektura – bunların hamısı İntibah dövrünün centlmenlərini və ya XVII əsrin nəcib insanlarını qane etmək üçün nəzərdə tutulmuşdu. Bu çıxılmaz vəziyyətin içində bir neçə səs islahatlara doğru, bəsit kortəbiiliyə və ya milli formalara qayıtmağa çağırırdı. Onlar yeni istehsal və ifadə vasitələrini tətbiq və tədqiq edəcək eksperimental teatr laboratoriyasının yaradılmasına çağırırdılar. Lakin onların səsini eşidən yox idi: bu çağırışlar ancaq “kağız üzərində inqilablarolaraq qalırdı.

 Çağdaş teatr düşüncəsi yeni teatr anlayışının istiqamətlərini təyin etməyə çalışırdı. Fəqət hələ ki, çağdaş teatrın özünəxas qaydaları yox idi. Nəhayət, 1959-cu ildə gənc polşalı rejissor Y.Qrotovski eksperimentlərini həyata keçirmək üçün Teatr laboratoriyası yaradır. Burada yeni teatr estetikası hazırlayır və “Yoxsul teatr” qavramını ortaya qoyaraq, bir sıra prinsiplər irəli sürür.

Yoxsul teatr” qavramında qəbul olunan tamaşada aktyor mərkəzdir. Qrotovskinin fikrinə görə, aktyorlar üç tipdə olur. Birincisi, ənənəvi teatrdakı kimielementar aktyordur. Sonra, vokalfiziki səhnə effektlərini nizama salıb strukturlaşdıran “süni aktyorun adı çəkilir. Üçüncü tip isə, “arxetipik aktyordurkollektiv qeyri-şüuridən götürülən obrazları çoxalda bilən süni aktyor. Qrotovski üçüncü tip aktyorları hazırlaşdırırdı. Öz aktyorlarına dərs keçərək, Qrotovski teatr laboratoriyasına xas olan müəyyən prinsipləri onlara aşılayırdı: “Aktyorların nöqsanlarından istifadə olunur, onlar gizli saxlanılmır. Aktyorun nöqsanları onun yaxşı xüsusiyyətləri kimi vacibdir. Yaşlı aktyor öz məhdudiyyətlərini vurğulayırsa, Romeo rolunu da oynaya bilər. Yəni əgər o, öz rolunu müəyyən kompozisiyada yerləşdirə bilirsə, sonradan bu rol qocalıqda Cülyetta ilə xatirələrə dalan Romeo roluna dönür”.

Y.Qrotovskiyə görə, aktyorluq özünüdərkdir. Yoxsul teatr”da qutsal aktyor anlayışı vardır. Bu teatrda aktyor özünü nirvanaya varmaq istəyən keşiş kimi tərbiyələndirir. Ruhunun dərinliklərinə enir, oradakı qatları tək-tək açır, maneələrdən keçərək xalis halına dönür. Bədəninin hər nöqtəsini tək-tək öyrənir. Olduqca çətin uzun sürən prosesdən sonra aktyor sanki bir peyğəmbər, bir övliya olur hər tamaşa dini ayin kimi icra olunur. Bu baxımdan, Qrotovskinin teatrı, bir növ, təriqətdir bu təriqətdə şan-şöhrət, pul-para ardınca qaçan aktyorlara yer yoxdur. Aktyorun məqsədi ruhunu bədənini tərbiyələndirməkdir.

Bu teatrda aktyor seyrçilər arasında dolaşır, onlara toxunur, əllərini tutur, gözlərinin içinə baxır. Bütün bunlarda məqsəd klassik teatrlarda olan eyniləşmə problemini aradan qaldırmaq idi. Nədir bu eyniləşmə problemi? Seyrçinin özünü səhnədəki qəhrəmanın yerinə qoyması özünü oyunun içində imiş kimi hiss etməsi. Buna görə , tamaşaçıya qədər yaxın olsan, bu eyniləşmə hadisəsi bir o qədər azalacaq. Sənə toxunan bir aktyor ilə özünü heç vaxt eyniləşdirə bilməzsən, əksinə, araya uçurum girər.

Yoxsul teatr”da digər mühim amil tamaşaçı idi. Tamaşalar xüsusi seyrçi auditoriyasına ünvanlanırdı. Bu maddi, intellektual cəhətdən təsnifatlaşdırmadır. Bu seyrçilər özünü sorğulamağa, özü ilə üzləşməyə hazır olan şəxslər idi. Tamaşaçı sayı da olduqca məhdud ola bilərdi. Səhnə tamaşaçı auditoriyası qavramı aradan qalxdığı üçün hər tamaşada seyrçi aktyorlar fərqli mövqedə olurdular. Seyrçiyə hər dəfə tamaşanın içində fərqli rollar verilirdi. Bəzən elə olurdu ki, aktyorlar tamaşaçılarla eyni məkanda olduqları halda, onlar yoxmuş kimi davranırdılar. Məsələn, “Dəyanətli şahzadətamaşasında seyrçilər taxta divarlarla əhatə olunmuş tamaşa məkanını gizlincə seyr edirmiş kimi görünürdülər. Yəni, bu tamaşada seyrçilər əxlaqi qanunlara riayət etməyən kütlə kimi qələmə verilir, ya da tamaşaçıya kimlərisə gizlincə izləmək fürsəti yaradılırdı.

Teatr labaratoriyasındaki ilk 5 ilini klassika üzərində çalışan Qrotovski sonrakı illərdə klassiklərlə yanaşı mifologiyaya da üz tutur. O, ən dərində olan, şərtsiz qəbul edilən inanclarla üzləşməli olduğumuzu düşünür, ancaq bunun üçün fərqli yanaşma təklif edirdi. Qrotovskiyə görə, hər tamaşa bir müalicə seansıdır, kütləvi şəkildə inkişafdır. Bütün bu səbəblərdən dolayı, seçdiyi mətnlər dağıdılmasına yenidən formalaşdırlmasına ehtiyac duyulantabu”lardır.

Yoxsul teatr”da səhnə adi teatr səhnəsi kimi deyil. Tamaşalar seyrçilərlə aktyorların bir-birinə sirayət etdiyi məkanda oynanılır. Məsələn, “Doktor Faust” tamaşasında qonaq otağı olaraq hazırlanmış bir məkana 3 uzun stol əlavə edilmiş, seyrçi aktyorlar da bu masa arxasında toplanmışdılar. Xüsusi bir dekorasiya yox idi. Hər şey aktyorun yaradıcılığına xidmət edəcək şəkildə təchiz olunmuşdu. Akropolistamaşasında rejissor soba borularını fərqli şəkildə istifadə etmiş, bir səhnədə soba borusu aktyorun evləndiyi şəxs olmuşdu. Bu teatrda aktyordan məkanı atmosferi özünün bütün bədən imkanları hesabına yaratması tələb olunur.

Aktyorlar səhnədə öz musiqilərini yaradırlar. Eşidilən hər səs musiqini yaradır. İniltilər, işgəncəyə məruz qalanların fəryadları musiqi əvəzinə istifadə olunur.

Aktyorlar qrimdən istifadə etmirlər, çünki onlar öz mimikaları ilə ideyanı ifadə etməyi bacarmalıdırlar. Mimikalardan istifadə etməklə qrim sarıdan yaranan boşluğu doldurmağa çalışırdılar. Çox az hallarda, aktyor üz cizgiləri ilə fikri ifadə edə bilmədikdə qrimdən istifadə edilirdi.

Yoxsul teatr”da xüsusi işıq effektlərindən istifadə olunmurdu. Adi işıqlandırma ilə kifayətlənirdilər. Aktyorlar sabit işıq altında rolunu ifa edir, belə olduqda, döşəmədə onların kölgələri əks olunurdu. Digər vacib məsələ tamaşaçıların da işıqlandırılması idi, bu zaman seyrçi tamaşanın bir parçasına çevrilirdi.

Göründüyü kimi, “Yoxsul teatr”da digər teatr vasitələrinə olduqca az müraciət olunur. Yalnız aktyor seyrçi fəal mövqedədir. Digər vasitələr tamaşaya çox az daxil edilir, tamaşa bütünlüklə aktyor üzərində qurulur.

Qrotovskinin araşdırmalarının iki ana mövzusu olub: Teatrı teatr edən bu sənəti digər sənətlərdən fərqləndirən nədir aktyor-tamaşaçı münasibəti. Qrotovski bu suallara cavab tapmaq  üçün aktyoru ön planda tutmuş, teatr sənətini aktyorluq sənəti kimi qiymətləndirmişdir. Bu halda, səhnə tamaşaçı münasibətləri , aktyor seyrçi münasibəti olaraq sərhədlənmişdir. Qrotovski təcrübələri ilə yanaşı inkişaf etdirdiyi nəzəri görüşlərində teatrın funksiyası, mövzusu, forması kimi məsələlərə toxunmuş, daha çox aktyor sənəti ilə bağlı texnikaya dair məsələlərə yer vermişdir.

Y.Qrotovskinin “vəziyyətin təyin edilməsi” haqqında fikirləri A.Artonun təsiri altında formalaşmışdır. A.Artonun  fikirləri sivilizasiyanın, içdən və xaricdən böldüyü insan üzərində durur. Qrotovskinin gəldiyi qənaətə görə, günümüz insanının gerçək mənliyi, onun xarici görünüşü, duyğu və düşüncəsi ilə üst-üstə düşmür: İnsanlar həm sivilizasiyanın inkişafı nəticəsində qazandığı ağlından istifadə, həm də bioloji zövqlərini təmin etmək dilemması arasında qalır. Çünki cəmiyyətin nizam-intizamı insanın təbiətinə zidd olan qaydalar qoymuşdur. Ruh ilə bədənin bir-birindən qopması acı verir. Ağıl ilə instinkt arasında qalan insan tamlığını itirmiş olmağın acısını çəkir, istəklərini və niyyətlərini maskalar altında gizlətməyə məcbur olur. Teatrın vəzifəsi həmin o maskaları atıb insanı gerçək həyata qovuşmaqdır.

Teatr sənəti cəmiyyətə inteqrasiyanı reallaşdırmaq üçün kollektiv şüuraltına enməlidir. Sosial qrup psixologiyasında qrup davranışına təsir edən kollektiv şüuraltına enmək dini və ənənəvi dəyərlərlə qarşı-qarşıya gəlmək deməkdir. Dinlərin və ənənələrin alt qatlarında miflər gizlidir. İnsan mədəniyyətinin özəyi bu miflərlə yoğrulub. Dərindəki mifə çatmaq həmin o sözügedən maskalardan qurtulmaq deməkdir. Çünki günümüz insanı öz bütövlüyünü itirmək həddinə çatdırmış, onun tamlığı parçalanmışdır. Köhnə inancların yerini şübhə, tərəddüd  tutur.  Sosial qrupun içərisində ərimək, universal olmaq üçün miflə bir daha üz-üzə gəlmək lazım olur. Teatrın qutsal məqsədi seyrçini mədəniyyətin alt qatlarında gizlənən dəyərlərlə üzləşdirmək olmalıdır.

Qrotovski  Yoxsul teatr” anlayışı ilə teatr sənətini aktyordan başqa bütün bəzəklərdən arındırmış, aktyorluq anlayışına yeni bir nəfəs gətirmiş, rol oynamağı ayrıca bir həyat kimi qiymətləndirmişdir. Qrotovskinin əsas məqsədi tamaşa ilə həyat arasında duran xətti aradan qaldırıb, tamaşa ilə həyatı bir-birinə calamaq, qaynaq etməkdir. Belə olduqda, insan öz instinktləri ilə harmoniyada olur, təbiətlə bütünləşir və bütün komplekslərindən arıınır. Lakin bu zaman bir təhlükəni gözardı etmək olmaz. Tamaşanın pirimitiv şəkildə həyata qaynaq edilməsi sənət anlayışının özünəməxsusluğunu itirməsinə gətirib çıxara bilər.

Təəssüf ki, “Yoxsul teatr”ın prinsipləri dünyanın çox az teatrında tətbiq edilimişbu prinsipləri həyata keçirən teatrlarda məhdud sayda seyrçiyə xitab olunmuşdur. LakinYoxsul teatrda tətbiq olunan aktyor texnikası aktyorun öz bədənini tərbiyələndirməsi prosesinə ciddi təsir göstərmişdir.

 

Dilşad Əhmədzadə

Tələbə-teatrşünas

Kaspi  2020.- 21 may.- S.11.