Anar Bulud: "Bu sənətə
nəsə demək üçün gəlmişəm"
"Atamın arsuzu ilə yola
çıxsam, uğur qazana
bilmərəm"
Bulud kimi asta-asta, aram-aram yeriməyi, irəliləməyi sevir.Aktyor olmaq onun uşaqlıq arzusudur desəm, bəlkə də yanılaram. Atası Cəlilabad Xalq Teatrının rəhbəri Buludxan Buludov bu sənətdə sözünü demək üçün əlindən gələni edib. Ömrünün çoxu ailə qayğıları və sənət arasında var-gəl etməklə keçib. Bütün bu çətin proseslərə şahidlik edən oğlu Anar Bulud isə qarşısına məqsəd qoyub -"Onun kimi olmayacaq". Anarın arzuları, istəkləri və ən əsası, hədəfləri var. Bu hədəfə çatmaq üçün üzərində çalışır və məqsədə gedən yolun zəhmətdən keçdiyini düşünür. Anar Bulud Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsində Xalq artisti Firəngiz Mütəllimovanın kursunu bitirib. Zirzəmi teatrı olan "Şah Mat”ın yaranmasında iştirak edib, bu teatrın repertuarındakı bir çox tamaşalarda sözünü deməyi bacarıb. Viktor Hüqonun "Edam məhkumunun son günü","Gülən adam",Gilyermo Fiqeyredonun "Ezop", Kobo Abenin "İstehkam", Osvaldo Draqunun"Zəncirlənmiş adam" tamaşalarında rol alıb. "Şah Mat” teatrı ilə yanaşı, Azərbaycan Dövlət İrəvan Dram Teatrında çalışıb, burada Elçinin "Akvariuma xususi sifariş", İftixar Piriyevin "Eşqin tikan dairəsi" tamaşalarında çıxış edib.
- Karantin
günləriniz necə keçir?
-Karantin günlərim Cəlilabadda
dövlətimizin qoyduğu qaydalara əməl edərək keçir. Evdə qalırıq,
zamanımızı yaxşı dəyərləndirməyə
çalışırıq. Bəzən əkinçiliklə məşğul olur,
əkib-becəririk. Şair olmasam da, hərdən
cızma-qara edirəm.
- Adətən, bu sahədə çalışan valideynlər
övladlarının onların sənətlərini davam etdirməsini istəmirlər. Sizin atanız rejissor və
aktyor olaraq, ixtisas seçiminizə hər hansı
münasibət bildirdimi?
- Əksinə, atamaktyor
olmağımı çox istəyirdi. O,
hər zaman məni dəstəkləyib.Ondan
çox şey
öyrənmişəm. Atamdan fərqli olaraq, anam bir
qədər etiraz etmişdi.
- Aktyorluq
kənardan hər nə qədər
parıltılı görünsə də, əslində,
real mənzərə tamam
başqadır. Bəlkə bu
parıltı sizin gözlərinizi
qamaşdırıb?
-Bu sənəti seçərkən
o parıltının aldadıcı olduğunu bilirdim. Aktyor ailəsində böyüdüyümə
görə atamın qayğılı,çətinliklərlə
dolu keşməkeşlihəyatının
müəyyən hisəssinə şahidlik
etmişəm. Yəni, bu sənətin
parıltısına aldanıb gələnlərdən deyiləm.Həmişə
aktyor sənətinin necə məşəqqətli
sənət olduğunu anlamışam. Mənim
aktyor olma səbəbim
başqadır. Bu sənətə nəsə
demək üçün gəlmişəm.
Özümü yalnız aktyor
kimi görürəm. Ancaq
bu o demək deyil ki, təkcə aktyorluğu bacarıram. Bəlkə başqa sənətdə daha
uğurlu ola bilərəm.
Yeri gələndə usta,
bağban kimi də
çalışa bilərəm. Aktyorluq
mənim yaşam tərzimdir.
- Atanızın yolu ilə gedirsiniz? Yoxsa sizin istiqamətiniz tamam fərqlidir?
-Genetik xüsusiyyətlər
atadan övlada keçir. Bu danılmaz
faktdır. Ancaq mənim istiqamətim
tamamilə fərqlidir. Əgər atamın yolu
ilə getsəm, bacardığım qədər
çalışaram ki, onun
etdiyi yanlışlıqları etməyim.
Aktyor kimi daha uğurlu bir nəticəyə, mövqeyə gəlməyə
çalışaram.
- Hesab
edirsiniz ki, atanız aktyor kimi o
qədər də uğur qazanmayıb?
- Mənim üçün
atam uğurlu aktyor və rejissordur. Sadəcə,
öz potensialını kifayət qədər
realizə edə bilmədi. Belə ki, bir müddət aktyorların əsas problemi olan ailə
qayğısı onu sənətdən uzaq saldı. Geniş ailəmiz
olub və bu ailəni
saxlamaq üçün
o, həm dülgər kimi
çalışıb, həm də sevdiyi
sənəti ilə məşğul olub.
Atalarımız doğru deyib
ki, "bir əldə
iki qarpız saxlamaq olmaz". Atam gah sənəti atıb, görüb
olmur, evdə ailə çətin vəziyyətdə
qalıb, gah da işini. Ancaq inanıram ki, o böyük
sənətkar ola bilərdi. Ən
azından, onunƏməkdar artist Şövqi Hüseynov kimi tələbəsi var.
- "Şah Mat” Teatrında
"Edama məhkumun son
günü" tamaşasındasəhnəyə
siqaretləçıxmışdınız.Zərərli vərdişlərin
səhnədə qadağan
olunmasının özəl teatra
aidiyyatı yoxdurmu?
- Əlbəttə ki, səhnədə
zərərli vərdişləri göstərmək, onun PR-nı aparmaq
qadağandır. Ancaq baxır necə və
hansı şəkildə. Tutaq ki, səhnədə iki nəfər
söhbət edir və aktyorlardan
biri bekarçılıqdan siqaret yandırıb çəkirsə, təbii
ki, bu yaxşı hal deyil. Belə olduqda siqaretin istifadə
edilməsi qınaq obyektinə çevrilə bilər. Rejissor səhnədə o
siqareti aktyorun
ifası iləgöstərib nəsə
çatdırırsa, deməli, rejissor bununla fikrini izah edir.
- Təhsilinizi başa vurduqdan sonra nə üçün
atanızın rəhbərlik etdiyi Cəlilabad
Xalq Teatrına geri
dönmədiniz?
- Yola çıxanda
qarşıma məqsədlər qoymuşdum.
O məqsədə çatmaq üçün mübarizə aparmalı, öz gücümə nələrsə etməliydim.
Təbii ki, bu qərarı
tək vermədim. Atamla da
məsləhətləşdim, onun
razılığı ilə paytaxtda
çalışmalı oldum.
- Atanız sizi bura göndərməklə
başından edib?
-(gülürük) Elə
deməzdim. Atamın zamanında edə bilmədiklərini etmək
üçün burdayam.
Onun arzuları vardı. Həmin
arzuları mənim reallışdırmağımı istəyir.
Elə bunun üçün
də mənə sərbəstlik verib. O da Cəlilabadda az iş görməyib. Bölgədə Xalq teatrı yaratmaqheç
də asan məsələ deyil.
- Atasının arzularını gerçəkləşdirmək üçün yola çıxan aktyor...
- Bu tək onun
deyil, mənim də arzum
idi.Bu sənətdə söz
sahibi olmaq, insanlara nəyisə çatdırmaq istəyi
məndə daha çox
idi. Atamın arsuzu ilə
yola çıxsam, uğur
qazana bilmərəm.
- Sizə elə
gəlmirmi ki, hər bir
övlad öz valideyninin taleyini
yaşayır?
- Tale anlayışını qəbul etmirəm.
Guya insanın alnına yazılıb ki, bu, sənin qismətin olacaq. Absurddur. Bugün atdığımız hər bir
addımın sabah davamı var. Çalışıram, bu
gün elə addım atım ki, sabah onun
peşmanlığını çəkməyim. Düzgün iş görüm ki, sabah əməllərim məni doğru ünvana gətirib
çıxarsın. Çünki bilirəm,
bugün etdiyim səhv
sabah yolumu kəsəcək.
Həyat bumeranqdır, bu gün
bumeranqı atırıqsa, sabah onun geri dönüşü
olacaq.
- Atalar
və oğullar hər zaman
müzakirə mövzusu olub.
Atalar oğulları
bəyənməyib, oğullar
da ataları. Sizdə necədir?
- Ata-oğul kimi münasibətlərimiz
çox yaxşıdır. O, mənim üçün dəyərlidir.
Ancaq söhbət sənətdən
gedəndə çox
zaman mübahisə edirik. Mən ürəyimin dərinliyində
bilirəm ki, o, sənətkardır. Amma sənət
baxımından bir-birimizi
anlamırıq, qəbul
etmirik.
- Sizcə, aktyorunşansı olmalıdır,
yoxsa potensialı?
- Elə aktyor var ki, onun
yaraşığı var,
xarici görünüşü
ona şans gətirir və önündə bir çox qapıları açır. Sanki o xarici görkəminə görə baş rolları oynamaq üçün yaradılıb.
Bu şans məsələsidir
və hər aktyora qismət olmur. Ona bəxt lazımdır.
Elə bir bəxt ki,
rejissor səni görən kimi bütün tamaşalarda,
filmlərdə əsas
qəhrəman kimi görsün. Biri də var ki,
qəhrəman fakturası
olmayan ancaq kifayət qədər nəzəri və praktiki üstünlüklərə
malik aktyor var. Ona potensial da
lazımdır ki, rol veriləndə onun öhdəsindən
yaxşı gəlsin.
- Sizə də elə gəlir ki, Anar Bulud baş
rolları oynamaq üçün bu sənətə gəlib?
- Bilmirəm. Mənim üün rolun
fərqi yoxdur. Hər hansı obrazı canlandıranda mən bu oyunumla nə
deməyə çalışdığımın
fərqinə varmağa
çalışıram. Oyundan çox özümün insan kimi tamaşaçıya
nə aşıladığım
önəmlidir. Bu məni daha çox xoşbəxt edir. Belə yanaşma ilə
işə başlayanda
əsas, ikinci və üçüncü
dərəcəli obraz
olmur.
- "Şah Mat” teatrı
potensialınızı göstərmək
üçün sizə
hansı imkanları yaradır?
-"Şah Mat” Teatrında
çalışanlar mənim
məsləkdaşlarım və dostlarımdırlar. Burada mən,
sən, o söhbəti
yoxdur. Burada biz anlamı var.Misal üçün, əgər
burada mənə hansısa rol verilirsə,o rol ürəyimə yatmırsa,mən bundan imtina da edə
bilərəm. Nəinki imtina
etmək, hətta hər hansı bir əsər təqdim edib məsləhətləşədə bilirik.Çatdırmaq istədiyimiz
ideya və fəlsəfəni özümüz
seçə bilirik.
Dövlət Teatrında isə
bu, mümkün deyil.
-
Azərbaycan Dövlət
İrəvan Teatrında
gənc aktryorların
potensiallarını realizə
etmələri üçün
imkan yaradılıbmı?
- 7 aydır ki, İrəvan Teatrında çalışıram. Orada yaradıcı
mühit var. Gənclərə
də potensiallarını
nümayiş etdirmək
üçünkifayət qədər
imkan və şərait yaradılır.
Mənim orada ilk rolumdan sonra ikinci rolumun əsas qəhrəman olması da buna bariz nümunədir.
Dərbənd Dövlət Azərbaycan
Dram Teatrında İftixar
Piriyevin"Eşqin tikan
dairəsi" əsərində
əsas qəhrəmanı
canlandırdım. Bu tamaşa da kifayət qədər uğurlu alındı.
- Gənc aktyor olaraq hədəfləriniz
nələrdir?
- Gələcəyin nələr
gətirəcəyindən hamımız xəbərsizik.
Sadəcə öz üzərimdə
çalışıb, daha
çox baza toplamağa çalışıram
ki, gələcəkdə
özümü realizə
edə bilim. Zamanın nələr göstərəcəyini
və nələr gətirəcəyini bilmək
olmur. Bəlkə
elə bir hadisə baş verdi ki,
mən yolumu, səmtimi dəyişdim, başqa yerlərdə oldum. Buna görə
də nəyisə öncədən dəqiq
proqnozlaşdırmaq olmur.
- Sizcə, səhnə çərçivələri,
yoxsa sərbəstliyi
sevir?
- Tamaşaya rejissor səhnə həlli verir. Aktyorlar isə rejissora
tabedir. Rejissor əsəri oxuyur
və onu necə görürsə,
o cür də səhnələşdiririr. Rejissor öz işində dəsti-xəttini nümayiş
etdirir və aktyor da ona
bu işdə yardımçı olur.
- Aktyor rejissorun verdiyimizandankənara
çıxa bilərmi?
- Yazılmış qanuna görə buna icazə yoxdur. Çünki rejissor o mizanlarla öz sözünü və fikrini ifadə edir. Əgər aktyor əlavə
impozivələr edirsə,
bu onun gücünün
zəif olması anlamına gəlir. Məşqlərdə fikrini bildirə
bilərsən ki, bu mizan məni
qane etmir və ya rejissorla
fikir mübadiləsindən
sonra müəyyən
ortaq qənaətə
gəlmək olar. Tamaşa zamanı çıxırsan
və özünə
uyğun nələrsə
edirsənsə, bu, aktyorun xeyrinə deyil. Təbii ki, aktyor tamaşaları da var ki,
burada rejissor quruluşu çox da önəm daşımır,tamaşa
aktyorun üzərində
qurulur. Misal üçün "Hicran" tamaşasında
elə də rejissor işi yoxdur. Burada əsas yük
aktyorların üzərinə
düşüb. Aktyorlar
da peşəkar, sənətdə sözlərini
demiş insanlar olduğu üçün
möhtəşəm bir
iş ortaya çıxarıblar.
- Ancaq tarixə nəzər yetirdikdəgörürük
ki, öncədən planlaşdırılmış ssenaridən çoxfilmlərdə və
tamaşalardaaktyorun ani
hərəkəti və
ürəyindən gələn
sözü daha çox marağa səbəb olur.
- Bu çox nadir hallarda baş verir. Qeyd etdiyiniz məsələ bişmiş tamaşalarda
daha çox baş verir. Belə ki, aktyor həmin
obrazı o qədər
oynayıb ki, artıq əsəri tam dərk edib, obraz onun canına
hopub. Onda aktyor obrazı
özününküləşdirir və içindən gəldiyi kimi canlandırır. Ancaq bu düzgün deyil, yəni yazılmamış
qanundur.
Xəyalə Rəis
Kaspi 2020.- 21 may.- S.10.