Peyvəndlər arasındakı interval...

 

Ekspertlər bildirir ki, peyvəndin dozaları arasında interval istehsalçı tərəfindən klinik tədqiqatların nəticələrinə əsasən təyin edilir. Bu araşdırmaların nəticələrinə görə, istehsalçı tərəfindən təyin olunan intervala riayət olunarsa, peyvəndin təsiri daha effektiv olar

 

Ölkəmizdə peyvəndləmə prosesi sürətlə davam edir. Azərbaycanda birinci doza peyvənddən 28 gün keçdikdən sonra ikinci doza vurulur. Peyvənd vurulduqdan 14 gün sonra isə immunitet formalaşır. Ekspertlər bildirir ki, peyvəndin dozaları arasında intervallar istehsalçı tərəfindən klinik tədqiqatların nəticələrinə əsasən təyin edilir. Bu araşdırmaların nəticələrinə görə, istehsalçı tərəfindən təyin olunan intervala riayət olunarsa, peyvəndin təsiri daha effektiv olar. Bu səbəbdən, ikinci dozanın müəyyən olunmuş vaxtda alınması vacibdir.

 

İki ay ərzində 70 faiz qoruma

 

Peyvəndlər arasındakı intervallar firmalarına görə dəyişə bilir. "Pfizer az/ BioNTechpeyvəndini ikinci dozası 6 həftə sonra vurulmalıdır. İkinci dozadan 7 gün sonra maksimum qorunma effekti verir. "Modernaüçün interval 4 həftə müəyyənləşib. Maksimum qoruma effekti ikinci dozadan 14 gün sonradır. "AstraZeneca” peyvəndinin ikinci dozası 28 gün sonra vurulur ikinci dozadan 15 gün sonra qorumağa başlayır. Ölkəmizdə ən çox istifadə olunan Çinin "Sinovacşirkətinin istehsalı olan "CoronaVac”ın da intervalı 28 gündür. Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra iki ay ərzində 70 faiz qorumanı təmin etdiyi bildirilir.

 

"Son tarixlərə riayət etmək vacibdir

 

Koronavirus peyvəndlərinin birinci ikinci dozaları arasındakı maksimum intervaldan danışan rusiyalı həkim Boris Çuradze deyir ki, əgər ikinci peyvənd göstərilən müddət ərzində həyata keçirilə bilmirsə, prosedur bir neçə həftə təxirə salına bilər. Həkimin sözlərinə görə, bu, xüsusən sağlamlıq problemləri olduqda edilir: "Pandemiya şəraitində hüceyrə humoral immunitetin hədəflərinə tez bir zamanda çatmaq üçün son tarixlərə riayət etmək vacibdir. Birinci peyvənddən altı ay keçirsə ikinci peyvənd tətbiq edilməyibsə, yenidən peyvənd edilməlidir. Çünki ilk doza artıq öz təsirini itirir”.

 

4 həftədən çox gecikərsə...

 

Mütəxəssislər "Sinovac-CoronaVacpeyvəndinin əzələdaxili olaraq 2 dozada (0,5 ml) istifadə edilməsini tövsiyə edirlər. ÜST birinci ikinci dozalar arasında 2-4 həftə ara verməyi məsləhət görür. İkinci doza birinci dozadan 4 həftədən az müddətdə tətbiq olunarsa, dozanın təkrarlanmasına ehtiyac yoxdur. 28 günə qədər ikinci doza vurula bilər. Amma 4 həftədən çox gecikirsə, peyvənd artıq təsirini itirməyə başlayır. Mümkün olan ən tez vaxtda vurulması mütləqdir.

 

1-ci doza effektini zaman itirir?

 

İnfeksionist Mərdan Əliyev deyir ki, ən geci 56 gün sonra 1-ci doza öz effektini tam itirir: "Birinci doza peyvənddən 28-30 gün sonra ikinci dozanın vurulması məsləhətdir. Peyvəndin ikinci dozasını 56 günə, təqribən 2 aya qədər vurdurmaq olar. Amma bu müddət ötərsə, o zaman ikinci doza yox, yenidən birinci doza vurulur. Çünki birinci doza bu müddət ərzində artıq effektini tam itirmiş hesab olunur. İdeal interval 28 gündür. Əgər peyvəndin qoruyuculuq qabiliyyətinin daha çox olmasını istəyirsinizsə, dozalar arasındakı intervalı aşmamalısınız. Ümumi qayda budur”.

 

Aygün ƏZİZ

 

Kaspi .- 2021.- 11 sentyabr.- S.11.