Türkiyə mövqeyimizi nəzərə
almalıdır"
Fazil Qəzənfəroğlu
Bakıda keçiriləcək
partiyalararası konfransdan
maksimum yararlanacaqlarını
düşünür
Son günlərin əsas müzakirə mövzularından biri Türkiyə-Ermənistan münasibətləridir. Hər iki tərəfdən gələn nikbin bəyanatlar fonunda yaxın vaxtlarda Türkiyə-Ermənistan sərhədlərinin açılacağı gözlənilir. Türkiyə hökumətinin bu mövqeyi Azərbaycanda ciddi narazılıqla qarşılanır. Artıq ölkə rəsmiləri Türkiyənin atacağı bu addımın iki qardaş respublika arasında münasibətlərə mənfi təsir göstərəcəyi barədə proqnozlarını səsləndiriblər. Bəziləri hesab edirlər ki, Ermənistanla münasibətlərin normallaşdırılması Türkiyə ictimaiyyətinin deyil, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının mövqeyidir. Bu baxımdan parlamentdə təmsil olunan 5 siyasi partiya Tükiyə-Azərbaycan münasibətləri ilə bağlı birgə konfransın keçirilməsi üçün qardaş ölkənin 4 köklü siyasi partiyasının təmsilçilərinə müraciət edib. Türkiyədəki siyasi partiyalara birgə görüşün keçirilməsi ilə bağlı müraciət edənlərdən biri də Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğludur.
-
Fazil bəy, son dövrlər Türkiyə-Ermənistan
sərhədlərinin açılacağı
barədə fikirlər
daha çox gündəmi məşğul
etməkdədir. Sizcə bu
fikirlər nə dərəcədə əsaslıdır?
- Hər halda bunlar ciddi məsələlərdir.
Həm Ermənistan rəsmiləri,
həm Türkiyə rəhbərliyində təmsil
olunan şəxslərin
açıqlamaları göstərir
ki, bu istiqamətdə
ciddi proseslər getməkdədir. Hər iki
tərəf münasibətlərin
bərpasında maraqlı
olduğunu büruzə
verir. Belə bir şəraitdə
Azərbaycan da bu prosesi ciddi
şəkildə izləməlidir.
Biz çalışmalıyıq
ki, bu prosesdə
ölkəmizin maraqlarına
zidd addımlar atılmasın. Amma tutaq
ki, Türkiyə ilə Ermənistan sərhədləri açmaq,
münasibətləri tam bərpa
etmək barədə
razılıq əldə
edərlərsə belə,
biz müstəqil bir dövlət kimi özümüzün taktikamızı
ağıllı şəkildə
qurmalıyıq. Yəni elə
etməliyik ki, istənilən halda bu prosesdən zərərlə çıxmayaq.
Onu da nəzərə almalıyıq ki, Türkiyə müstəqil
bir dövlətdir.
Yəni
biz Türkiyənin siyasətini
müəyyənləşdirmək və yaxud dəyişmək
imkanlarına sahib deyilik.
Eyni zamanda, burada Türkiyənin üzərinə
bu formada getməyimizin də mənası yoxdur. Lakin biz hər halda baş verənlərdən
zərərlə çıxmamağın
yollarını tapmalıyıq.
-
Türkiyə-Ermənistan sərhədlərinin
açılacağı ilə
bağlı fikirlər
reallaşarsa, o zaman iki qardaş dövlət olan - Azərbaycanla Türkiyə
arasında nələr
yaşana bilər? Eyni zamanda, burada
Türkiyənin özünün
maraqlarına hansı
zərbələr dəyə
bilər?
- Mən hesab edirəm ki, Türkiyənin maraqlarını
Türkiyədə bizdən
daha yaxşı bilirlər. Bizim bu məsələdə
Türkiyəni öyrətməyimizə
onların heç bir ehtiyacı yoxdur. Eyni zamanda, əgər
Türkiyə öz maraqlarını düşünərək
belə bir addım atarsa, Azərbaycan da öz maraqlarını nəzərə alaraq, müvafiq addımlarını
atmalıdır. Amma bu addımlar heç də Türkiyəyə arxa çevirməkdən
ibarət olmamalıdır.
Çünki bizim onsuz da düşmənlərimiz
həddindən artıq
çoxdur. Bu baxımdan, biz bu məsələnin üzərində
bir qədər fərqli düşünməliyik.
-
Sizcə Azərbaycanın
bu məsələdə
atacağı addımlar
nədən ibarət
ola bilər?
- Məncə, bunu söyləmək bizim üzərimizə düşmür.
Bu, daha çox
Azərbaycan hökumətinin
atacağı addımlardan
asılıdır. Əgər mən
özüm hakimiyyətin
siyasətini müəyyənləşdirsəydim,
o zaman fərqli bir addım atardım. Bir daha qeyd edirəm, bunu indiki hakimiyyət özü müəyyən
etməlidir.
-
Necə hesab edirsiniz, Türkiyə-Ermənistan
sərhədləri açılarsa,
bu, Ermənistan-Azərbaycan
münaqişəsinin həllinə
də hansısa mənfi təsirlər göstərə bilərmi?
- Mənim fikrimcə, sərhədlərin açılmasının
Dağlıq Qarabağ
probleminin həllinə
mənfi təsir göstərməsi ehtimalı
azdır. Düzdür, Ermənistan sərhədlərin
açılması ilə
dünyaya çıxış
imkanı əldə edir. Amma Türkiyə də
yaxşı anlayır
ki, Dağlıq Qarabağ məsələsi
həll edilmədən
Ermənistana münasibətlərdə
nəyəsə nail olunması
çətindir.
- Bəs Türkiyəni Ermənistanla
sərhədləri açmağa
vadar və ya təhrik edən addımlar hansılardır?
- Türkiyəni buna getməyə təhrik, məcbur edən bir sıra səbəblər
var. Ortalıqda Avropa Birliyi məsələsi
var. Avropa Birliyi neçə illərdir ki, Türkiyədən Ermənistanla sərhədləri
açmağı tələb
edir. Bundan başqa, Türkiyə
hökuməti bütün
qonşularla sıfır
problem siyasəti yürütməkdədir.
Yəni rəsmi
-
Yeri gəlmişkən,
sizin partiya da daxil olmaqla,
parlamentdə fəaliyyət
göstərən 5 siyasi
təşkilat Türkiyə-Azərbaycan
münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilməsi məqsədilə
Türkiyənin dörd
siyasi partiyasına - Ədalət və İnkişaf, Millətçi
Hərəkat, Cümhuriyyət
Xalq və Demokratik Sol partiyalarına
müraciət ünvanlayıb.
Bu baxımdan bilmək istərdik ki, bu tədbirin
keçirilməsi ilə
bağlı məsələ
nə yerdədir?
- Bu məsələ, yəni konfransın keçirilməsi məsələsi daha çox Türkiyədən, sözügedən partiyalardan asılıdır. Qeyd edim ki, biz bununla bağlı artıq Türkiyə parlamentində fəaliyyət göstərən partiyalara müraciət etmişik. Əgər onların razılığı olarsa, bu konfrans mütləq keçiriləcək.
- Həmin partiyalardan bu dəvətə
ilkin reaksiya necədir?
- Mənim bildiyim qədər reaksiya müsbətdir. Ancaq onu da qeyd edim ki, mən xaricdən yenicə qayıtmışam, son vəziyyətlə bağlı dəqiq məlumatım yoxdur. Ona görə də çox güman ki, yaxın bir-iki gün ərzində bu məsələylə bağlı dəqiq məlumat əldə edə biləcəyəm.
- Əgər bu tədbir baş tutarsa, hansı
məsələlər
üzrə
müzakirələrin açılması nəzərdə
tutulur?
- Bu
tədbirdə bir sıra məsələlər
üzrə müzakirələrin
açılması nəzərdə
tutulur. Biz çalışacağıq ki,
bu tədbir, bu müzakirələr vasitəsilə Türkiyə
ictimaiyyətinə, ictimai
rəyinə, həmin
ölkənin siyasətini
formalaşdıran partiyaların
mövqeyinə müəyyən
mənada təsir göstərə bilək.
Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdirsə, müəyyən
addımları atarkən
bir-birimizin mövqeyini
nəzərə almalıyıq.
Quliyev, İ.
Kaspi.-2009.-7 aprel.-S.6.