Ümidini itirmişlərin ölkəsi
Ermənistan sürətlə çökür
Yaxın bir il ərzində
Ermənistanda qiymətlərin
sürətlə artacağı
gözlənilir. Bu ölkənin Milli Bankı ölkədə ümumdaxili məhsul istehsalının orta səviyyədən aşağı
olacağını proqnozlaşdırır.
"Armenia Today"in məlumatına görə, qurumun idarə heyətinin toplantısında bildirilib
ki, milli valyutanın, yəni dramın devalvasiyasının
ixrac olunan məhsullara təsiri mayda əhaliyə satılan təbii qazın bahalaşmasına
gətirib-çıxara
bilər. Bununla belə, gələn ay inflyasiya səviyyəsinin
daha 5 faiz artacağı gözlənilir.
Bu isə öz növbəsində
ərzaq və gündəlik tələbat
mallarının bahalaşmasına
səbəb olacaq. Tikinti sektorunda və mənzil bazarında da qiymət artımı qaçılmazdır.
O cümlədən vurğulanır ki, Ermənistanla İran arasında dəmiryolu çəkilsə belə, onun iqtisadi effektivliyi sıfıra bərabər olacaq. Bunu Ermənistan Milli Konqresinin nümayəndəsi, iqtisadçı Vaaqn Xaçatryan deyib. O, bu layihənin həyata keçiriləcəyinə belə şübhə ilə yanaşdığını vurğulayıb. Müxalifət nümayəndəsi qeyd edib ki, bu gün Ermənistanın dəmiryoluna nəzarət edən Rusiya şirkəti belə bu layihədə maraqlı deyil. Onun fikrincə, layihənin iqtisadi səmərəsizliyi bir necə faktorla əlaqədardır. İlk olaraq, yolun Ermənistan hissəsində keçəcəyi ərazinin relyefi çox mürəkkəbdir. Dəmiryolunun kommersiya tərəfinə gəldikdə isə, V.Xaçatryan belə deyib: "Təsəvvür etmirəm ki, dəmiryolunun istismarını doğrultmaq üçün dəmiryolu ilə nə daşına bilər. Qızıl və ya daha qiymətli bir şey". Xatırladaq ki, İranda iki ölkənin nazirləri səviyyəsində İran ilə Ermənistan arasında dəmiryolunun inşası barədə memorandum imzalanıb. Dəmiryolunun uzunluğu 470 km olacaq. İlkin qiymətləndirmələrə görə, layihənin inşası 1 milyard dollardan baha başa gələcək.
Ümumiyyətlə isə dünya maliyyə böhranı Ermənistanı əməlli-başlı çökdürüb. Artıq ölkə mətbuatı ilə yanaşı, Qərb kütləvi informasiya vasitələrində də bu məsələ geniş şəkildə şərh edilir. Məsələn, Fransa qəzetlərində dərc olunan məlumatlarda göstərilir ki, bu ölkədə insanlar iş yerlərini itirir, şəhərlər sürətlə boşalır. "Armenia Today" "Aykakan yamanak" qəzetinə istinadən yazıb ki, son aylar dünyada yaşanan maliyyə böhranı fonunda Ermənistanda vəziyyət ürəkaçan deyil. İqtisadiyyatı tamamilə Moskvadan tənzimlənən Ermənistanın düşdüyü vəziyyət çox acınacaqlıdır. İllərdir uğurlu xarici siyasəti ilə öyünən Ermənistana indi heç bir dövlət yardım etmək istəmir. Onun özünə tərəfdaş seçdiyi ölkələrin Yerevana nə ilə kömək edəcəkləri sual doğurur. Məsələ ondadır ki, Ermənistanın geniş xarici sərmayəni cəlb edən təsərrüfat infrastrukturu və təbii ehtiyatları yoxdur.
Ermənistanın iqtisadi mənzərəsini dərindən təhlil edən Qərb yurnalistlərinin qənaətincə, nə qədər ki bu ölkə qonşuları ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq. Qeyd olunub ki, Azərbaycan və Türkiyə tərəfindən qapıları bağlanmış Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin MDB üzrə ən aşağı həddə olması təəccüb doğurmur. Hazırda Ermənistana yönəldilən xarici investisiyaların həcmi ildə cəmi 100-130 mln. dollar təşkil edir ki, onun da yarıdan çoxu xaricdə yaşayan erməni biznesmenlərinin payına düşür. Ermənistanın müstəqil dövlət olduğu 18 il ərzində ölkəyə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan "Aykakan yamanak"ın eksperti hətta Yerevanın strateyi tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır.
Ermənistan rəsmiləri ölkənin xarici siyasəti, hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özünüaldanışla məşğul olduqlarının fərqindədirlər. Ermənistan başa düşür ki, məhz Azərbaycan və Türkiyə ilə münasibətləri qurmadan getdikcə daralmaqda olan böhran və iflas çevrəsindən çıxa bilməyəcək. Son günlər Ermənistanın rəsmilərinin dilindən səslənən çıxışlar, o cümlədən XİN başçısının Türkiyə və Azərbaycana iqtisadi əməkdaşlıq təklif edən bəyanatı siyasi-diplomatik burulğanda qalan Yerevanın isterik davranışından xəbər verir. Bu isteriyadan qurtulmağın isə bircə yolu var - Ermənistan bir dövlət kimi gələcəyini göz önündə tutaraq indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Onsuz da bu siyasətin Ermənistana praktik olaraq heç nə vermədiyi gün kimi aydındır.
Yeri gəlmişkən, Fransanın "LE DELTW" qəzetinin
son sayında müəllifi Anait Şahnazarova olan "Nəyə görə insanlar Masisdən gedirlər?" başlıqlı
məqalədə Ermənistanın
üzbəüz qaldığı
reallıqlardan bəhs
edilir. İndi ermənilər Azərbaycan
mətbuatının "yalan
və böhtan" yazmasından şikayət edə bilməyəcəklər, çünki
Ermənistan şəhərlərinin
yavaş-yavaş ölü
ərazilərə çevrildiyini
məhz fransalı erməni yurnalist də təsdiqləyir. Müəllif konkret olaraq Masisdən bəhs edir. Masis əhalisinin təqribən 29 min nəfər olduğunu vurğulayan müəllif
bu şəhərdə
rəsmi olaraq 1427 işsizin qeydə alındığını yazır.
Lakin A.Şahnazarova reallıqda bu rəqəmin üç dəfə böyük olduğunu bildirir. Masis meri Saşa
Akopyan yurnalistə müsahibəsində şəhərin
problemləri barədə
açıqlamalar verib.
Mer şəhərdə
işsizliyin aradan qaldırılmasının yolunu
işləməyən müəssisələrin
yenidən işə salınmasında görür.
Masisdə yerləşən konserv zavodunun suriyalı iş adamı tərəfindən
alındığını, lakin yeni sahibin
zavodun fəaliyyətini
indiyədək bərpa
etmədiyini vurğulayan
S.Akopyan əlavə edir ki, mal-qara
saxlayaraq bazara yağ, pendir və ət çıxarmalarına baxmayaraq,
əhali başqa yerdə həyatını
qurmağa cəhd etməyə meyillidir.
Amma mer yaranmış vəziyyətdən
necə çıxmağın
yolunu göstərmir.
Bunu onun yerinə A.Şahnazarova edir və müsahibəni
bu cümlə ilə bitirir: "İndi Masisdə yeni kilsə tikilir. Şəhər sakinlərinin bir çoxunun arzuları reallaşacaq və insanlarda gələcəyə
inam peyda olacaq". Beləliklə,
problemləri kilsə
tikməklə həll
etmək! Həyatdan ümidini itirmişlərin
məkanına çevrilmiş
Ermənistana, görünür,
bundan sonra çox sayda kilsə tikmək lazım olacaq.
Nuriyev Azər
Kaspi.-2009.-21 aprel.- S.1, 2.