Ərazi bütövlüyündə
güzəşt olmayacaq
BMT Təhlükəsizlik
Şurasında Dağlıq
Qarabağla bağlı
açıq müzakirələr
keçirilib
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
yalnız Azərbaycanın
beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığı, suverenliyi
və ərazi bütövlüyü prinsiplərinə
hörmət əsasında
həll edilə bilər. AzərTAc-ın məlumatına görə, bunu Azərbaycanın BMT yanındakı
daimi nümayəndəsi
Aqşin Mehdiyev Təhlükəsizlik Şurasında
keçirilən açıq
müzakirələrdə bəyan
edib. O vurğulayıb
ki, Ermənistanla Azərbaycan arasında silahlı münaqişə
ölkəmizin, demək
olar ki, beşdə bir hissəsinin işğalı
və hər səkkiz azərbaycanlıdan
birinin qaçqın və məcburi köçkünə çevrilməsi
ilə nəticələnib.
Ermənistanın addımları
dövlətlərin ərazi
bütövlüyü və
digər beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozmaqdadır. ATƏT çərçivəsində
aparılan, çox vaxt ardıcıl olmayan nəticəsiz vasitəçilik səylərinə
baxmayaraq, Azərbaycan
hələ də münaqişənin siyasi
yolla həllinin tərəfdarıdır.
A.Mehdiyev diqqətə çatdırıb ki, Azərbaycanın hüdudları daxilində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi yalnız sülh şəraitində mümkün ola bilər. Bu statusun davamlı işğal şəraitində axtarılması səyləri beynəlxalq hüquqa ziddir. Münaqişənin vasitəçiliklə həlli prosesinin uğurlu olması üçün bir sıra vacib addımlar atılmalıdır. Başlıcası, hərbi işğal amili aradan qaldırılmalı və Ermənistan hərbi birləşmələrini zəbt etdiyi Azərbaycan ərazilərindən çıxarmalı, məcburi köçkün düşən əhali doğma yurd-yuvalarına qayıtmalı, bunun ardınca isə bölgənin bərpa və iqtisadi inkişaf prosesi başlamalıdır. BMT Baş Məclisinin müvafiq qətnaməsində də əksini tapan bu addımlar Azərbaycanın beynəlxalq hüquq çərçivəsinə uyğun konstruktiv güzəştlərə hazır olduğunu nümayiş etdirir. Bu prosesin müvəffəqiyyəti hər iki tərəfin konstruktiv yanaşması və beynəlxlaq icma ilə vasitəçilərin fəal töhfəsindən asılıdır. Lakin Ermənistanın güç hesabına ələ keçirdiyi torpaqların suverenliyinin dəyişdirilməsi niyyəti siyasi həll ümidlərini puça çıxarır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, ərazi bütövlüyündə heç zaman güzəştə getməyəcək.
Azərbaycan nümayəndəsindən sonra çıxış edən Ermənistanın BMT-dəki nümayəndəsi BMT-nin münaqişədə vasitəçiliyini lazımsız hesab edib. Onun sözlərinə görə, vasitəçilik səylərinin həyata keçirilməsində müvafiq mexanizm regional təşkilatlar olmalıdır. Qeyd edək ki, aprelin 21-də BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyinin qorunmasında münaqişələrin vasitəçiliklə həlli mövzuzunda iclas keçirib. BMT-in üzvü olan dövlətlərinn nümayəndələri təşkilatın baş katibi Pan Gi Mununun vasitəçilik səylərinin və buna dəstək ola biləcək fəaliyyət növlərinin genişləndirilməsinə həsr edilən hesabatı ilə tanış olub, mövzu ilə bağlı BMT-nin mövqeyi barədə baş katibin siyasi məsələlər üzrə müavini Linn Paskodun çıxışını dinləyiblər.
K.HACIYEV
Kaspi.-2009.-23 aprel.-S.3.