ATƏT PA da münaqişəyə
ədalətli qiymətini
verməlidir"
Eldar İbrahimov:
"Lenmarkeri də bir o qədər qınamaq olmur"
Azərbaycan ATƏT Parlament Assambleyasının
(PA) işində həmişə
fəal iştirak etməyə çalışır.
Azərbaycan həqiqətlərini
yaymaq, Dağlıq Qarabağ məsələsi
ilə bağlı ədalətli mövqe formalaşdırmaq ATƏT PA-dakı
nümayəndə heyətinin
əsas vəzifələrindən
hesab olunur. Nümayəndə heyətinin
üzvləri mütəmadi
olaraq Dağlıq Qarabağ münaqişəsi
üzrə məruzəçi
Qoran Lenmarkerin məruzəsinin müzakirəyə
çıxarılmasına da çalışırlar.
Bu yaxınlarda ATƏT PA-nın
Dublində növbəti
konfransı keçiriləcək.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə
heyətinin üzvü,
millət vəkili Eldar İbrahimov deyir ki, konfransda
Azərbaycanın işğal
olunmuş ərazilərindəki
yanğınlarla bağlı
məsələni yenidən
gündəmə gətirməyə
çalışacaqlar.
-
ATƏT PA-nın budəfəki
yaz konfransının gündəliyində hansı
məsələnin müzakirəsi
dayanır?
- Qeyd edim ki,
hələlik yaz konfransının gündəliyi
ilə bağlı rəsmi məlumat əldə etməmişik.
Qeyri-rəsmi olaraq əldə etdiyimiz məlumata görə,
Dublin konfransında Avropada və ümumiyyətlə,
dünyada ekoloyi durum, ekoloyi çirklənmə və
bütövlükdə ekoloyi təhlükəsizlik məsələsi
ilə bağlı müzakirələrin açılması
nəzərdə tutulur. Nəzərinizə çatdırmaq
istəyirəm ki, bir müddət öncə Moldovada
keçirilən parlament seçkiləri zamanı təmsil
olunduğum ATƏT PA Müşahidə Missiyasının rəhbəri
- həmin şəxs eyni zamanda Dublin konfransının təşkilatçısı
olan ATƏT PA İqtisadiyyat, Elm, Texnologiya və Ətraf
Mühit Komitəsinin sədridir - ilə qeyri-rəsmi söhbətlərimiz
zamanı yaz konfransı ilə bağlı fikir mübadiləsi
aparmışdım. Orada olarkən ATƏT PA rəsmisi mənə
yaz konfransında ekologiya məsələsi ilə
bağlı müzakirələrin aparılacağı ilə
bağlı qeyri-rəsmi məlumat vermişdi. Bu yerdə bir
məqamı da diqqətə çatdırmaq istərdim ki, hələ
bu ilin fevralında ATƏT PA-nın Vyana sessiyasındakı
çıxışım zamanı bu məsələyə
toxunmuşdum. Çıxışımda demişdim ki, ermənilər
işğal etdikləri ərazilərin ekologiyasına dəhşətli
zərbələr vurublar. Onlar Azərbaycanın 65 min hektar
torpağını, 15 min hektar meşəsini
yandırıblar. Bundan əlavə, zəhərli radioaktiv
tullantılar işğal olunmuş ərazilərdə
basdırılır. Ermənilər Kür və Araz
çaylarını da çirkləndirirlər. Həmçinin
təklif etmişdim ki, ATƏT PA-nın bu ilin mayında
Dublində keçiriləcək toplantısında bu məsələlərə
toxunulsun. Bundan başqa təklif etmişdim ki, ATƏT PA
bütün bunları dəqiqləşdirmək
üçün həmin iclasa qədər münaqişə
bölgəsinə nümayəndə heyəti göndərsin
və monitorinq aparsın. Biz istəyirik ki, ermənilərin
Azərbaycanın işğal olunmuş ərazilərində
törətdiyi cinayətlər ATƏT PA üçün
hazırlanan məruzədə obyektiv şəkildə öz
əksini tapsın. Məruzəçi, daha doğrusu,
sözügedən komitənin koordinatoru Qoran Svilanoviç də
bizim bu təkliflərimizi normal qarşılayaraq demişdi
ki, bu məsələlərin məruzədə əksini tapması
üçün monitorinq keçirilməsinə ehtiyac var.
-
Artıq Dublin konfransına
bir aydan da az vaxt
qalır. Belə olan təqdirdə, həmin vaxta qədər məruzəçi
faktları dəqiqləşdirmək
üçün regiona
səfər edə edəcəkmi?
- Bu
barədə dəqiq
bir söz deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, məruzəçi fikrimizi dəstəklədi.
Ancaq eyni zamanda onu da
qeyd edim ki, yaz konfransı
zamanı təşkil
olunacaq müzakirələrdə
bir daha bu məsələni gündəmə gətirməyə
çalışacağıq və çalışıb
öz sözümüzü
deyəcəyik. Bir sözlə, əvvəl-axır
bu məsələ ilə bağlı ATƏT
PA öz ədalətli
sözünü deməlidir.
-
Yeri gəlmişkən,
ATƏT PA-nın yay sessiyası nə vaxt keçiriləcək?
- Sessiya iyun ayında
Litvanın paytaxtı
Vilnüs şəhərində
keçiriləcək. Məlumat
üçün qeyd edim ki, Vyanadakı
iclasda həmin sessiyanın gündəliyinin
müəyyənləşdirilməsi ilə bağlı da qısa müzakirələr
aparılmışdı. Parlamentarilər
sessiyada hansı məsələlərin müzakirə
olunması ilə bağlı fikirlərini də bildirmişdilər.
Amma o zaman gündəlik təsdiqlənməmişdi
və indi də yay sessiyasında
konkret hansı məsələnin müzakirə
olunacağı ilə
bağlı dəqiq məlumatımız yoxdur.
-
Eldar müəllim, necə hesab edirsiniz, heç olmasa, ATƏT PA-nın Vilnüs sessiyasında Qarabağ münaqişəsi
ilə bağlı məsələnin konkret rəsmi müzakirəsi, daha doğrusu, ATƏT PA sədrinin xüsusi nümayəndəsi Qoran Lenmarkerin hazırladığı
"başıbəlalı" məruzənin müzakirəsi
gözləniləndirmi?
- Bilirsiniz, Qarabağ məsələsi daim bizim gündəmimizdədir.
Mən özüm şəxsən 1996-cı ildən
bu yana 13 ildir ki, Azərbaycanın
ATƏT PA-dakı nümayəndə
heyətində təmsil
olunuram və hər dəfə bu məsələni gündəmə gətirməyə
çalışıram. Eyni
zamanda, bu illər ərzində Azərbaycanın ATƏT PA-dakı
nümayəndə heyətinin
digər üzvləri
də hər zaman Qarabağ məsələsini avroparlamentarilərin
diqqətinə çatdırmağa
çalışırlar. Yəni
ötən dövr ərzində ATƏT PA-nın,
onun komitələrinin
elə bir toplantısı, konfransı,
sessiyası olmayıb
ki, bu məsələni
gündəmə gətirməyə,
müzakirəyə çıxarmağa
cəhd etməyək,
çalışmayaq. Biz hər
zaman bu məsələdə Azərbaycanın
birmənalı mövqeyini
ortaya qoymağa çalışmışıq. Lakin təəssüflər
olsun ki, hələ də ATƏT
PA bu məsələyə
öz obyektiv, real siyasi-hüquqi qiymətini
verməyib. Təcavüzkarla
təcavüzə məruz
qalanı, işğalçı
ilə işğala məruz qoyulanı, konkret olaraq, öz rəsmi qərarında göstərməyib.
Daha doğrusu, Ermənistanın işğalçı,
təcavüzkar bir dövlət olduğunu rəsmən bəyan etməyib... Hər dəfə də məruzəçinin belə
bir fikri olub ki, hazırladığı
məruzəni yalnız
o halda rəsmi müzakirəyə təqdim
edə bilər ki, Qarabağ məsələsinin tənzimlənməsi
ilə məşğul
olan vasitəçilər
- ATƏT-in
-
Məqamı düşmüşkən,
ola bilərmi, nə vaxtsa ATƏT PA-nın növbəti konfranslarından və yaxud sessiyalarından biri Azərbaycanda keçirilsin?
- Bu
məsələ istisna
deyil. Biz hər zaman ATƏT PA-da, onun bu və
ya digər tədbirlərində olarkən
bu barədə də söhbətlər,
müzakirələr aparırıq,
təşəbbüslər edirik. Yəni demək istəyirəm ki, orada da
bizim bu yöndəki təşəbbüslərimizə
müsbət yanaşılır.
Ancaq bununla belə, bu barədə
indidən dəqiq bir fikir yürütmək
də olmur. Konkret demək olmur ki, bu
tədbirlərdən hansı,
nə vaxt Azərbaycanda keçiriləcək.
Lakin nə vaxtsa bu tədbirlərdən
birinin Azərbaycanda da keçirilməsi istisna deyil. Bir sözlə, Azərbaycan ATƏT PA-nın
istənilən tədbirinə
istənilən zaman ev sahibliyi etməyə
hazırdır və qadirdir.
İlham
QULİYEV
Kaspi.-2009.-29 aprel.-S.5.