"İkili standartları qəbul etmək niyyətində deyilik"

 

Bahar Muradova: "Avropa dövlətləri ölkəmizə obyektiv münasibət göstərməlidirlər"

 

"Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyi var: Azərbaycan heç zaman öz maraqlarının ziddinə olan hansısa variantı qəbul etməyəcək, torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bu baxımdan, parlament müzakirələri problemin həllinə təsir göstərən variant kimi görünmür. Doğrudur, bu təklifi verənlər Ermənistanı nümunə kimi göstərirlər ordakı müzakirələr kimi ölkəmizdə müzakirələrin keçirilməsini istəyirlər. Hesab edirəm ki, Ermənistandakı müzakirələr təbiidir. Çünki bu dövlət işğalçıdır hamının tələbləri Ermənistanadır. İşğal dalğası üzərində hakimiyyətə gəlmiş şəxslər dəyişiklikləri etmək iqtidarında olmadıqları üçün məsuliyyəti digərləri ilə bölüşmək istəyirlər. Onlar beynəlxalq hüququn prinsiplərinə əməl etməlidirlər". Bunu YAP-ın internet saytına müsahibəsində Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradovada deyib. O, son vaxtlar Rusiyanın Ermənistana silah verməsi ilə bağlı yayılan məlumatlara da toxunub. Sədr müavini deyib ki, bu məsələdə Azərbaycanın narazılığı təbiidir: " Baxmayaraq ki, Rusiya tərəfi təkzib verib, amma təkzibin verilməsi elə formada oldu ki, bəzi müəmmaların olması barədə cəmiyyətdə fikirlər qalmaqdadır. Nəzərə alsaq ki, Rusiya ilə Ermənistan strateji tərəfdaşdır, Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvləridirlər, istənilən halda münaqişə edən tərəflərdən birinin Rusiyanın hərbi imkanlarından və qüdrətindən istifadə etməsi real görünür. Elə bunun özü narahatlıq doğuran faktdır. Amma biz eyni zamanda, Rusiya ilə tarixi münasibətlərimizə və bugünkü rəsmi əlaqələrimizə nəzər saldıqda, inam qalmaqdadır ki, Rusiya öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyin vacib olduğu qənaətindədir. Çox istərdik ki, araşdırmalar zamanı bu məsələ təsdiqini tapmasın. Amma Rusiyaya məxsus hərbi hissələrin Ermənistanda yerləşməsi, bu hissələrdə ermənilərin çoxluq təşkil etməsi və onların strateji tərəfdaşlığı Azərbaycanı ehtiyatlı davranmağa vadar edir. İnanmaq istərdik ki, Rusiya həm Minsk qrupu çərçivəsində, həm də münaqişə tərəflərini silahlandırmamaq barədə üzərinə düşən öhdəliyə əməl edərək bu kimi addımlardan çəkinəcək. Əks təqdirdə, bu onun sülhpərvər imicinə mənfi təsir göstərəcək".

Sonra B.Muradova Avropa Şurası Parlament Assambleyasının büro iclasında Azərbaycanda "siyasi məhbus" məsələsinin müzakirəyə çıxarılmasından sonra aparılan diskussiyalarla bağlı da mövqeyini açıqlayıb. O vurğulayıb ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvdür: "Amma bizə münasibətin digər dövlətlərlə müqayisədə fərqli olduğunu görməkdəyik. Bu da bizi narahat edir. Təəssüf ki, təşkilat tərəfindən eyni məsələ üzrə müxtəlif yanaşmalar sərgilənməkdədir. Biz bunu açıq şəkildə söyləyirik bunu bizə heç kim qadağan edə bilməz. Avropa Şurasına üzvlük bu ya digər məsələdə Azərbaycanın obyektiv haqqa söykənən mövqeyini açıqlamasına mane ola bilməz. "Siyasi məhbus" adlı qondarma məsələnin yenidən ortaya atılması xüsusi məruzəçinin təyin olunması cəhdlərini qətiyyətlə pisləyirik. İkili standartları qəbul etmək niyyətində deyilik. Hesab edirəm ki, söylədiklərimiz əks tərəfin diqqətinə çatdırılmalı onlar Azərbaycanın mövqeyini nəzərə almalıdır. Yox, əgər belə bir addım atılacaqsa, düşünmürəm ki, bu, insan haqlarının qorunması istiqamətində Avropa Şurasının səyi kimi dəyərləndiriləcək. Əksinə, bu münasibət qərəzli hesab olunacaq".

O əlavə edib ki, Azərbaycan öz həyat normalarını Avropa standartlarına uyğunlaşdırmaq, Avropa dəyərlərinə sahib olmaq istəyir: "Eyni zamanda, iqtisadi əməkdaşlığa da böyük üstünlük veririk. Biz bütün istiqamətlərdə Avropanın bir hissəsi, onun tərkib hissəsi olmaq əzmindəyik bunu da həyata keçiririk. Amma düşünmürəm ki, bu prosesdə qarşımızda əngəl olmalıdır. Azərbaycan öz iqtisadi resurslarını təkcə özü üçün yox, dünyanın maraqları naminə istifadə etməkdə israrlıdır bununla bağlı mövqeyini açıq şəkildə ortaya qoyub. Hesab edirəm ki, bu məsələdə nəzərə almalı tərəf Avropadır. Əgər Avropa dövlətləri Azərbaycanın eneryi imkanlarından yararlanmaqda maraqlıdırlarsa, ölkəmizə obyektiv münasibət göstərməlidirlər"

Sonda B.Muradova martın 18- ölkə Konstitusiyasına əlavə dəyişikliklərlə bağlı keçiriləcək referendum öncəsi vəziyyəti şərh edib. Onun sözlərinə görə, referendum ərəfəsində vəziyyət tam normaldır. Bütün seçki hərəkətləri Seçki Məcəlləsinə uyğun aparılır. Seçkiləri həyata keçirən orqan- Mərkəzi Seçki Komissiyası fəaliyyətini yüksək səviyyədə təkmilləşdirərək üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. "Ötən prezident seçkiləri bunu sübut etdi. Qurum referendumla da bağlı sistemli fəaliyyət göstərir. Yeri gəlmişkən, referenduma çıxarılan məsələlərin lehinə əleyhinə olan tərəflər təşviqat qrupları kimi qeydə alınıblar. Artıq təşviqat kampaniyası dövründə ciddi müzakirələrin gedəcəyini indidən demək mümkündür. Hesab edirəm ki, dəyişikliklərin tərəfdarlarının arqumentləri daha əsaslıdır. Referendum yüksək səviyyədə keçəcək əhalinin əksəriyyəti əlavə dəyişikliklərin lehinə səs verəcək" - deyən B.Muradova əlavə edib ki, YAP-ın təşəbbüsü ilə yaradılan təşviqat qrupu qanunauyğun şəkildə, çevik fəaliyyət göstərir: "Bu kampaniyaya partiyamızın bütün resursları, təşkilati şəbəkəsi cəlb olunub. Hazırda respublikanın bütün bölgələrində təşviqatçılar üçün keçirilən seminarlar növbəti mərhələ üçün əhəmiyyətli baza yaradır. Ümumiyyətlə isə mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyası sahib olduğu sosial baza əldə etdiyi təcrübə ilə istənilən vaxt ciddi siyasi kampaniyalara hazır vəziyyətdədir bu kampaniyaları uğurla həyata keçirmək gücündədir".

 

 

HACIYEV K.

 

Kaspi.-2009.-14-16 fevral.-S.5.