AŞ PA-nın məruzəçisi
inadından dönüb
Amma Cənubi
Qafqazda mədəni irsin vəziyyətini başqa missiya da araşdıra bilər
Azərbaycan Avropa Şurası Parlament Assambleyasının
(AŞ PA) Cənubi Qafqazda
mədəni irsin araşdırılması ilə
bağlı məruzəçisi,
britaniyalı parlamentari
Edvard Oharanın regiona səfərinin baş tutmasında maraqlıdır. Bu barədə Azərbaycanın AŞ PA-dakı
nümayəndə heyətinin
üzvü, millət
vəkili Rafael Hüseynov
məlumat verdi.
O qeyd etdi ki, Cənubi Qafqaz ölkələrindəki
mədəni abidələrin
vəziyyəti 2001-ci ildən
AŞ PA-nın Mədəniyyət,
Elm, Təhsil Məsələləri
üzrə Komitəsinin
gündəmindədir. Ancaq bir
neçə ildir məruzəçinin regiona
səfəri reallaşmır.
Hətta
bir qədər əvvəl E.Ohara regiona səfər etməkdən imtina etmişdi. R.Hüseynovun sözlərinə görə, artıq məruzəçi inadından
dönüb və regiona səfər etməyə hazır olduğunu bildirib.
Millət vəkili
dedi ki, E.Oharanın regiona səfəri kompleks araşdırmanı əhatə
etməlidir. Məruzəçi həm Azərbaycanın
işğal olunmuş
ərazilərindəki, həm
də Ermənistanda qalan abidələrin vəziyyətini öyrənməlidir.
Eləcə də Gürcüstandakı
Azərbaycan abidələri
və Azərbaycandakı
erməni abidələrinin
vəziyyəti araşdırılmalıdır.
Amma Ermənistan təkid edir ki, E.Oharanın
səfəri Naxçıvan
Muxtar Respublikasının
Culfa rayonundakı erməni qəbiristanlığından
başlasın. Azərbaycan tərəfi
isə araşdırmaların
Dağlıq Qarabağdan,
işğal altındakı
digər rayonlardan başlamasını istəyir.
Bundan əlavə, Azərbaycan istəyir ki, məruzəçi Dağlıq
Qarabağa Ermənistandan
deyil, Azərbaycan ərazisindən getsin.
Çünki Dağlıq Qarabağa
Ermənistan ərazisindən
getmək Azərbaycanın
müstəqilliyinə aşağıdan
yuxarı baxmaq deməkdir. R.Hüseynovun
sözlərinə görə,
bütün bunlar Avropa Şurasının özünün müəyyənləşdirdiyi
prinsiplərə uyğundur:
"Bu baxımdan əgər
cənab Ohara səfərin baş tutmamasının günahını
bizdə axtarırsa, məsələyə düzgün
yanaşmır. Avropa Şurası
daim Azərbaycanın
müstəqilliyini tanıdığını
bildirib. Ermənistanın təcavüzkar olduğu da təşkilatın qəbul etdiyi sənədlərdə əksini
tapıb. E.Oharanın regiona
səfər formatı
da elə olmalıdır ki, o, Cənubi Qafqaz ölkələrinin üçünə
də eyni vaxtda səfər etməlidir".
R.Hüseynov onu da bildirdi
ki, əgər E.Oharanın regiona səfəri mümkün
olmasa, digər bir missiya Cənubi
Qafqazdakı mədəni
irsin vəziyyətini
araşdırmaq üçün
bölgəyə səfər
edəcək. Bu missiya
Avropa Şurasının
baş katibi Terri Devis tərəfindən formalaşdırılıb. Missiyanın tərkibinə müxtəlif
sahələr üzrə
ixtisaslaşmış çoxlu
sayda mədəniyyət
mütəxəssisi daxil
edilib. Millət vəkili hesab
edir ki, regiona məhz bu missiyanın səfər etməsi məqsədəuyğundur. Artıq bu istiqamətdə müvafiq addımlar atılmaqdadır.
İlham QULİYEV
Kaspi.- 2009.- 19 fevral.-
S. 5.