Özəl telekanallar fəaliyyətlərini
bazar iqtisadiyyatına uyğunlaşdırmalıdır"
Nuşirəvan Məhərrəmli:
"Hər şeyi dövlətdən ummaq doğru deyil"
Milli
Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən
Azərbaycanın efir məkanında milli qanunvericiliyin tətbiqi
cəmiyyət tərəfindən birmənalı
qarşılanmır. Son vaxtlar şuranın xarici radiostansiyaların FM
tezliyində yayımına
qadağa qoyması və türk teleseriallarının Azərbaycan
dilində verilməsi
ilə bağlı tələbi geniş müzakirələrə səbəb
olub. Bütün baş verənlərə
baxmayaraq, MTRŞ efir məkanında Azərbaycan
qanunvericiliyinin tətbiqində
israrlıdır. Müsahibimiz
MTRŞ sədri Nuşirəvan
Məhərrəmlidir.
- Nuşirəvan
müəllim, ABŞ-ın ölkəmizdəki səfiri
"Azadlıq" və "Amerikanın səsi"
radiolarının Azərbaycanda yayımı ilə
bağlı dövlətlərarası sazişin layihəsini
təqdim etdiyini bildirmişdi. Hazırda bu məsələ ilə
bağlı vəziyyət nə yerdədir?
-
Azərbaycanda xarici telekanalların yayımı dövlətlərarası
müqavilə ilə tənzimləndiyindən bu məsələdə
dövlətin rəyi lazımdır. Biz Milli Televiziya və
Radio Şurası olaraq məsələ ilə bağlı təkliflərimizi
vermişik. Ümumilikdə, MTRŞ xarici radiostansiyaların Azərbaycanda FM tezliyində
yayımında maraqlı
deyil. Bu, qurumun mövqeyidir. Ancaq dövlətin bu yayımın lazımlılığı ilə
bağlı mövqeyi
olarsa, təbii ki, biz məsələyə
baxa bilərik.
- Azərbaycanda həm də Böyük Britaniyanın
"BBC" radiosu yayımlanır.
Britaniya hökumətindən
"BBC"-nin yayımı
ilə bağlı hansısa təklif almısınızmı?
-
Bizə hələlik yalnız "Amerikanın səsi"
ilə bağlı müraciət daxil olub. Böyük
Britaniyadan isə indiyə qədər hər hansı təklif
gəlməyib.
-
MTRŞ tərəfindən televiziyalarda reklamların verilməsilə
bağlı xüsusi qaydaların müəyyən ediləcəyi
bildirilir. Bu qaydalar özündə nəyi ehtiva edəcək?
- Bu qaydalarda reklamla bağlı məsələlərin
daha da dəqiqləşdirilməsi əksni tapacaq. "Televiziya və radio yayımı haqqında", "Reklam
haqqında" qanun və reklamla bağlı beynəlxalq tövsiyələr əsasında
reklama qoyulan ümumi qaydaları müəyyənləşdirəcəyik. Yəni dəqiq məlum olacaq ki, nəyi necə
vermək lazımdır.
Həmin qaydalarda uşaqlarla bağlı, cəmiyyətin ayrı-ayrı təbəqələri,
eləcə də dillə bağlı məsələlər sistemləşdirilib
aydın şəkildə
telekanallara göndəriləcək.
- Hazırda telekanalların reklamla bağlı müəyyən
narazılıqları var.
Reklam vermək istəyənlərin sayı
kifayət qədər
olmadığından maliyyə
çətinlikləri yaranır.
Yeni qaydalar bu məsələlərə
nə dərəcədə
təsir göstərəcək?
- Bu məsələ
yalnız telekanalların
maliyyə problemləri
ilə əlaqəli deyil. Bu, bütün
dünyada qəbul edilmiş variantdır. Bununla biz özümüzdən
Amerika açmırıq.
Sadəcə, Avropa dövlətlərində olan
praktikanı tətbiq
edirik. Demək istəyirəm ki, bunların hamısı xarici ölkələrdə
var. Nəzərə almaq lazımdır ki, teleradio elə
bir sahədir ki, orada daimi
inkişaf gedir. Biz də praktikada
qarşılaşdığımız məsələləri qanuni
yolla həll etmək üçün bu təklifləri etmişik.
-
Məlumata görə, MTRŞ kabel televiziyaların
inkişafı ilə bağlı müxtəlif tədbirlərin
həyata keçirilməsini planlaşdırır. Belə
bir addımın atılması hansı zərurətdən
yaranıb?
-
Burada söhbət peyk antenaların
yığışdırılmasından getmir. Biz bu məsələlərə
qarışmırıq. Sadəcə, insanlar özləri
görəcəklər ki, kabel televiziyası daha səmərəlidir,
daha keyfiyyətlidir. İnsanlar kabel televiziyasına daha ucuz
qiymətə baxa biləcəklərsə, onda seçim edəcəklər.
Yəni bir neçə peykə daxl olmaqdansa, insanlar bir kabel
şəbəkəsinə ayda 9 manat ödəməklə
60-70 kanala baxa biləcəklər.
-
Ekspertlər televiziya sahəsində kadrların
hazırlanması məqsədilə Televiziya
Akademiyasının yaradılması ideyası ilə
çıxış edirlər. Bu təklifin
reallaşdırılması mümkündürmü?
- Belə bir təklif həmişə olub. Milli
Televiziya və Radio Şurası bunu çox müsbət
qarşılayır. Çox istərdik ki, belə bir
akademiyanın fəaliyyəti reallaşsın. Bizim şura
özü də bunu edə bilərdi. Amma bu, yalnız bizim
istəyimizdən asılı olan məsələ deyil. Əslində,
bu, birbaşa təhsillə bağlı məsələdir. Azərbaycanda
Mədəniyyət və İncəsənət Universiteti,
Bakı Dövlət Universiteti, eləcə də bir sıra
özəl universitetlərin nəzdində belə təhsil
sahələri yaradıla bilər. Hazırda Azərbaycanda
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurası var. Mümkündür ki, bu şuranın xəti
ilə, QHT-lər vasitəsilə belə bir akademiya yarıdılsın.
Biz isə bu işdə lazımi kömək göstərməyə
hazırıq.
-
Dublyaj məsələsində dövlət telekanallara
hansı yardımı göstərə bilər?
- Hər şeyi dövlətdən
ummaq doğru deyil. Əgər bazar iqtisadiyyatı şəraitində
yaşayırıqsa, hər kəs özünü bazar
iqtisadiyyatının qanunlarına
uyğunlaşdırmalıdır. Məhz bu baxımdan özəl
telekanallar da fəaliyyətlərini bazar iqtisadiyyatı şəraitinə
uyğunlaşdırmalıdır. Biz xoş məram
nümayiş etdirmək istədik ki, mərkəzləşmiş
dublay redaksiyası yaransın, bununla daha keyfiyyətli məhsulları
tamaşaçılara çatdıra bilək. Çox təəssüf
ki, kanallar buna getmədilər, hər biri dedi ki, öz dublyay
redaksiyamız var, onun imkanlarından istifadə edəcəyik.
Artıq bu, onların hüquqları olduğundan seçimlərinə
normal yanaşırıq. Amma məsələ
orasındadır ki, insanlar bəzən dublyayın keyfiyyətindən
narazı qalırlar və biz bu
narahatçılığı bölüşməliyik. Buna
baxmayarq, insanların seçim hüquqları var. Hansı
kanal filmləri daha yaxşı dublyay edirsə, o kanalın
filmlərinə baxacaqlar. Belə halda bütün kanallar
öz üzərlərində işləməli olacaqlar,
dublyayın keyfiyyətini artırmağı
çalışacaqlar.
-
Xarici ölkələrdə telekanalların reytinqini müəyyən
etmək məqsədilə mükəmməl texnologiyalardan
istifadə olunur ki, bütün telekanallar bunun nəticəsini
qəbul edir. Azərbaycanda telekanalların reytinqi hansı
metodlarla müəyyən edilir?
-
Əslində, bizdə də eyni şeydir. Hazırda Azərbaycanda
"ACD" və "Siar" adlı şirkətlər
reytinq müəyyənləşdirməklə məşğul
olurlar. Amma təbii ki, hələ bu mexanizmlərin üzərində
işləmək lazımdır. Azərbaycan bu sahədə
yeni işlər görəcək. Ancaq bunun zamana ehtiyacı
var. Təbii ki, biz də bu işi beynəlxalq səviyyəyə
çatdıracağıq. Biz də bəzən reytinqdə
verilən nəticələri qəbul etmirik. Çünki bəzi
hallarda elə olur ki, şou xarakterli verilişlərin reytinqi
hər yerdə yüksək olur. Bilirsiniz, bəzən reytinq
ölçmə cihazlarını elə evlərə qururlar
ki, onlar yalnız cəmiyyətin bir təbəqəsini təmsil
edir. Ona görə də alınan nəticə hamı
üçün eyni ola bilməz. İndi biz də bu məsələ
üzərində işləyirik.
-
Türkiyə teleseriallarının dublyajla verilməsi ilə
bağlı cəmiyyətdə fikir müxtəlifliyi
yaranıb. Hətta millət vəkilləri tərəfindən
müxtəlif təkliflər səsləndirilir. Bu məsələyə
yenidən qayıdılması mümkündürmü?
-
Biz bütün məsələləri qanun çərçivəsində
həll etməyə çalışırıq. Dövlət
orqanı olduğumuzdan fəaliyyətimizin əsasında Azərbaycan
qanunvericiliyi durur. Qanunvericilik bu işi necə təsbit edirsə,
biz o formada işimizi quracağıq.
QULİYEV İlham
Kaspi.-2009.-24 fevral.-S.6.