Yeni iş yerlərinin
80 faizi regionlarda açılıb
Azərbaycan neft ehtiyatlarından istifadə
ilə bağlı
tam düzgün yol seçib
Dünən "Gülüstan" sarayında Azərbaycanda
"Regionların sosial-iqtisadi
inkişafı" Dövlət
Proqramının (2004-2008-ci illər) icrasının yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda prezident
İlham Əliyev də iştirak edib. Tədbirə həmçinin dövlət
və hökumət rəsmiləri, rayon icra hakimiyyətlərinin başçıları
da qatılmışdılar.
Konfransda 2004-2008-ci illər ərzində Azərbaycanda "Regionların
sosial-iqtisadi inkişafı"
Dövlət Proqramının
icrası yönündə
görülən işlər
müzakirə olundu.
Tədbirdə çıxış edən
prezident İlham Əliyev bildirdi ki, "Regionların sosial-iqtisadi inkişafı"
Dövlət Proqramı
vaxtından əvvəl,
daha böyük həə və uğurla icra olunub. "Bu, tarixi bir nailiyyətdir" - deyə prezident vurğuladı. Dövlət başçısı bildirdi
ki, 2004-cü ildə başlanan bu proqramın uğurla gerçəkləşdirilməsi artıq insanların həyat şəraitində,
şəhər və
kəndlərin abadlaşan
simasında, çəkilən
yollarda, qurulan infrastrukturda - bütövlükdə
sosial sahədəki müsbət dəyişikliklərdə
özünü təsdiqləməkdədir.
Prezident Azərbaycan iqtisadiyyatını
neft, qaz amilindən asılılığının
azaldılması istiqamətində
böyük işlər
görüldüyünü, regionların inkişafına
diqqət ayrıldığını,
sahibkarlığa böyük
dəstək verildiyini
bildirdi.
Ölkə başçısı bildirdi
ki, Azərbaycanda elə bir sahə
yoxdur ki, bu proqram oranı
əhatə etməsin. İlham Əliyev
proqramın icrası nəticəsində Azərbaycanın
texniki imkanlarının
gücləndiyini, böyük
tikinti layihələrinin
daxili imkanlar hesabına aparıldığını,
bu işlərin görülməsi üçün
ortaya ciddi siyasi iradə qoyulduğunu, maliyyə nizam-intizamının yaradıldığını
bildirdi. Prezident dedi ki, bu
proqramın nə dərəcədə böyük
əhəmiyyəti olduğunu
görmək üçün
təkcə bir neçə statistik rəqəmə diqqət
yetirmək kifayətdir:
"Son 5 ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə artıb. Adambaşına düşən gəlir
5500 dollara çatıb.
Sənaye istehsalı
2,5 dəfə artıb və sənayeləşmə prosesi
çox geniş vüsət alıb. 766
min yeni iş yeri açılıb ki, onlardan 546 mini daimi iş yerləridir. Bunun nəticəsində yoxsulluğun səviyyəsi
kəskin şəkildə
aşağı - 49 faizdən
13,2 faizə düşüb. Büdcə xərclərimiz 12 dəfədən çox
artıb. Valyuta ehtiyatlarımız
bu gün 18 milyard dollardan çoxdur".
Prezident
dedi ki, bu illər ərzində
elektroenergetika sahəsinə
xüsusi diqqət göstərilib. Belə ki, respublikanın
müxtəlif bölgələrdə
9 elektrik stansiyası tikilib ki, onların
ümumi gücü 1
000 MVt-dan çoxdur.
Bu il daha
2 elektrik stansiyasının
istifadəyə veriləcəyi,
onların gücünün
600 MVt təşkil edəcəyi gözlənilir.
Daha iki elektrik stansiyası
isə tikilməkdədir.
Eləcə də ölkənin
85 faizdən çox ərazisində qazlaşma
prosesi başa çatdırılıb. Bu
rəqəmin 92-93 faizə
çatdırılması qarşıya məqsəd
qoyulub. Qısa müddət ərzində
8 rayona, o cümlədən
Naxçıvan Muxtar
Respublikasına qaz verilib. Nəticədə əhalinin eneryi
təminatında ciddi
dəyişikliklər yaradıb.
Dünyada neft və qazla zəngin ölkələrdə təbəqələşmənin
sürətlə getdiyini, iş yerlərinin az olduğunu bildirən dövlət başçısı Azərbaycanda
bunun tam əksinin göründüyünü bildirdi.
O qeyd etdi ki, Azərbaycan neft ehtiyatlarından istifadə ilə bağlı tam düzgün
yol seçib. Belə ki, iqtisadiyyatın real sektoruna vəsait qoyulur, ölkədə neft gəlirləri ədalətli bölünür,
bu sahədə şəffaflıq təmin
olunur. Prezident şəffaflığın daha da gücləndirilməsi
üçün müəyyən
işlərin görüldüyünü
də nəzərə
çatdırdı. O qeyd etdi ki,
son 17 ildə iqtisadiyyatda
özəl sektorun payı 85 faizə çatıb. Ölkədə
son beş ildə
minimum əməkhaqqının 8,3 dəfə, minimum pensiyanın
4 dəfə artdığını
xatırladan dövlət
başçısı bu
müddətdə 1600 məktəb,
yüzlərlə tibb
ocağı, 8 müalicə-diaqnostika
mərkəzinin tikildiyini,
8 müalicə-diaqnostika mərkəzinin
tikilməkdə olduğunu,
10-dan çox olimpiya idman kompleksinin inşa olunduğunu, mədəniyyət ocaqlarının
təmir edildiyini vurğuladı. Beş il əvvəl
Azərbaycanda bir dənə də olsun çadır şəhərciyinin qalmayacağına
söz verdiklərini xatırladan İlham Əliyev dedi ki, artıq ölkədə çadır
şəhərciyi yoxdur.
O, həmçinin Azərbaycanda
4 aeroportun tikilərək
istifadə verildiyini, bunun ölkənin strateji maraqlarına cavab verdiyini bildirdi.
Prezident Azərbaycanın tanker donanmasının
maksimum təmin edildiyini, bu müddətdə ölkədə
taxıl istehsalının
300-400 min ton artdığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan özünün ərzaq təhlükəsizliyini də
təmin edib.
Prezident
dünyada hökm sürən maliyyə böhranının Azərbaycanda
az hiss olunduğunu
qeyd edərək dedi ki, bu
təsir daha da azaldılmalıdır.
Bəzi ölkələrin
maliyyə böhranı
ilə əlaqədar
beynəlxalq təşkilatlara
kredit üçün
üz tutduqlarını
qeyd edən ölkə başçısı
bunun müəyyən
asılılıq yaratdığını,
həmin ölkələrin
müstəqil siyasət
yürüdə bilmədiklərini
dedi. "Kredit
ayrılması barədə
Azərbaycana da müraciətlər olub"
- deyə ölkə prezidenti vurğuladı.
Prezident
onu da bildirdi
ki, regionların sosial-iqtisadi inkişafı
layihəsi qarşıdakı
beş ildə
də davam etdiriləcək. "Qarşıdakı beş
il ərzində Azərbaycan planlaşdırılmış
infrastruktur layihələrini
başa çatdırmalıdır.
Bunun üçün bütün
imkanlar var" - deyə İlham Əliyev vurğuladı.
O qeyd etdi ki, hazırda qarşıdakı beş il üçün proqramın
hazırlanması istiqamətində
iş aparılır.
Həmin
proqram yaxın vaxtlarda təsdiqlənəcək.
"Proqram çox
konkretdir" - deyə
prezident vurğuladı.
Onun sözlərinə göər,
yeni proqramın əsas məqsədlərindən
biri qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq. Qarşıdakı illərdə elektrik
eneryisi, qazlaşdırma
sahələrində bir
çox infrastruktur proqramlar həyata keçiriləcək. İçməli su təminatı, meliorasiya və suvarmaya böyük diqqət ayrılacaq.
Bu istiqamətdəki vacib
layihələr içərisində
Oğuz-Qəbələ-Bakı su kəmərinin, Samur-Abşeron kanalının,
"Taxtakörpü" su
anbarının tikilməsi,
Kür və Araz çaylarında təmizləyici qurğuların
qurulması ilə bağlı məsələlər
də var. Dövlət
başçısının sözlərinə görə,
Azərbaycan öz su təhlükəsizliyini
təmin etməlidir.
Sutəmizləyici qurğuların qurulması
proqramının birinci
mərhələsi çərçivəsində
400 min nəfər təmiz
su ilə təmin olunacaq. Proqram çərçivəsində
ümumilikdə 800 min nəfərin
təmiz su ilə təchiz olunması nəzərdə
tutulur. Çay, kanal olan istənilən yerdə sutəmizləyici qurğular
qurulacaq. Meliorasiya və
suvarmaya böyük vəsaitlər ayrılacaq.
Yeni proqramda ekologiya məsələləri də
vacib yer tutacaq.
Konfransda
çıxış edən
iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirdi ki, son beş
il ərzində Azərbaycan regionlarının
inkişafına yatırılan
dövlət sərmayələri
altı dəfə artıb. "2004-cü illə
müqayisədə 2008-ci ildə
ölkə regionlarının
inkişafına yatırılan
sərmayələr altı
dəfə artaraq 3,9 mlrd. manata çatıb"
- deyə nazir vurğuladı. Onun sözlərinə görə,
regionlara qoyulan sərmayələr ümumi
dövlət sərmayələri
həcminin 83 faizini təşkil edib: "Bütün bölgələrdə
yeni müəssisələr
yaradılıb. Ölkənin bütün regionlarını
əhatə edərək
27 500 müəssisə açılıb
ki, bunun da 40 faizi regionların
payına düşüb".
Nazir əlavə etdi ki, son 5 ildə ölkədə açılan 766 min yeni iş yerinin 80 faizi regionların payına düşüb.
QULİYEV İ.
Kaspi.-2009.-24 fevral.-S.2.