Bəstəkarlar İttifaqı
"Eurovision-2009"-la bağlı bəyanat yayıb
Azərbaycan Bəstəkarlar İttifaqı
bu ilin mayında
Moskvada keçiriləcək
"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycan
təmsilçisinin Cənubi
Azərbaycandan olan bəstəkarın mahnısını
oxuması ilə bağlı bəyanat yayıb. Bəstəkarlar
İttifaqından APA-ya
daxil olan bəyanatda deyilir: "Moskvada keçiriləcək
"Eurovision-2009" müsabiqəsində
Azərbaycanın yerli
deyil, əcnəbi bəstəkarın əsəri
ilə təmsil olunmasına Azərbaycan Bəstəkarlar İttifaqının
münasibət bildirməməsi
barədə son vaxtlar
yerli mətbuatda bəzi ittihamlar səsləndirilib. Bununla bağlı bildirmək istəyirik ki, əvvəla nə
"Eurovision-2009" müsabiqəsində
iştirak edəcək
sənətçinin, nə
də onun oxuyacağı mahnının
seçilməsi üçün
ölkə daxilində
təşkil olunan müsabiqələrin münsiflər
heyətində təmsil
olunmaq üçün
bizə müraciət
olunmayıb. Bu səbəbdən
Bəstəkarlar İttifaqı
75 il əvvəl
Azərbaycan peşəkar
musiqi sənətinin banisi dahi Üzeyir
Hacıbəyli tərəfindən
əsası qoyulan nüfuzlu təşkilat olduğu üçün
rəsmi şəkildə
dəvət olunmayan tədbirlərə nümayəndə
göndərmir. Bundan başqa,
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
katibləri, həmçinin,
üzvləri telekanallarda
bu mövzuya kifayət qədər toxunub, rəylərini bildiriblər. Bütün
bunları nəzərə
alaraq, mətbuat vasitələrinin nəzərinə
çatdırmaq istəyirik
ki, nə qədər Bəstəkarlar
İttifaqı musiqi ilə bağlı keçirilən tədbirlərdə,
o cümlədən "Eurovision" müsabiqəsində, təmsil
olunmaq üçün
rəsmi dəvət almayacaq, həmin tədbirlərin məsuliyyətini
daşıya bilməz
və buna cavabdeh deyil".
Kaspi.-2009.-25
fevral.-S.15.