“Xocalıya
Ədalət”
Beynəlxalq kampaniya bir sıra
ölkələrdə reallaşdırılıb
"Xocalıya Ədalət" Beynəlxalq
məlumat-təşviqat
kampaniyasının və
kampaniyanın internet saytı www.yusticeforkhoyaly.org
<http://www.yusticeforkhoyaly.org> - un dünyanın aparıcı mərkəzlərində təqdimatının keçirilməsi davam edir. Qeyd edək ki, "Xocalıya Ədalət" (Yustice for Khoyaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilib. 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması; bu cinayətə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün Xocalı soyqırımı ilə bağı həqiqətlərin geniş beynəlxalq ictimaiyyətə çatdırılması və bu sahədə effektiv təşviqatın aparılması məqsədlərini daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı bu həftə ərzində dünyanın müxtəlif paytaxtlarında keçiriləcək. Eyni zamanda, təqdimatı keçiriləcək www.yusticeforkhoyaly.org <http://www.yusticeforkhoyaly.org> internet saytı "Xocalıya Ədalət" kampaniyasının virtual aləmdə yayılması və kampaniyanın həyata keçirilməsinin sistemləşdirilməsi məqsədlərini daşıyır və geniş ictimai iştirak üçün nəzərdə tutulub.
DƏ-İKGF-nin katibliyinin yaydığı məlumata görə, son iki gün ərzində kampaniya və onun internet saytının təqdimatı bir sıra ölkələrdə reallaşdırılıb.
Belə ki, 24 fevral tarixində Londonun İmperial Hərbi Muzeyində Britaniya Parlamentinin üzvü Mayk Henkokun, dövlət qurumlarının,
o cümlədən Xarici İşlər Nazirliyinin rəsmilərinin,
Londonda akkreditə olunmuş səfirliklərin
nümayəndələrinin, Qafqaz regionu üzrə ixtisaslaşmış
tədqiqat mərkəzlərinin
təmsilçilərinin, media
nümayəndələrinin və Azərbaycan və Türk icmalarının üzvlərinin
iştirakı ilə
"Xocalıya Ədalət"
beynəlxalq kampaniyasının
və kampaniyanın www.yusticeforkhoyaly.org
<http://www.yusticeforkhoyaly.org> internet
saytının təqdimatı
keçirilib. Təqdimatı kampaniyanın Böyük
Britaniya üzrə yerli koordinatoru xanım Britt Montimer edib. Elə həmin gün
"Xocalıya Ədalət"
beynəlxalq kampaniyasının
startı çərçivəsində
Azərbaycan-Amerika Şurasının
təşkilatçılığı ilə ABŞ-ın Hyuston şəhərində
kampaniyanın və onun internet saytının təqdimat mərasimi keçirilib. Tədbirdə yerli ictimaiyyət və həmçinin Azərbaycan və Türk diaspor nümayəndələri iştirak
edib.
Fevralın 25-də isə
Dünən həmçinin Səudiyyə
Ərəbistanının aparıcı
mətbuat zallarının
biri olan "Riyad Palace" da ölkənin ictimai-siyasi dairələri, beynəlxalq
təşkilatlar və
İslam Konfransı Təşkilatının katibliyinin
nümayəndələrinin, Riyadda akkreditə olunmuş nümayəndəlik
və səfirliklərin
təmsilçilərinin və
KİV-lərin iştirakı
ilə www.yusticeforkhoyaly.org
<http://www.yusticeforkhoyaly.org/> internet saytının
təqdimat mərasimi
baş tutub. Tədbir çərçivəsində Xocalı faciəsi ilə bağlı fotosərgi təşkil olunub və film nümayiş etdirilib.
HACIYEV K.
Kaspi.
-2009. -26 fevral. -S.1, 2.