Çalışqan adam
Nəriman Axundov, Əməkdar mədəniyyət
işçisi: "Mən
kinosuz yaşaya bilmirəm"
O, kinostudiyanın ən qocaman işçilərindən biri kimi milli kinomuza töhfələrini verənlərdəndir. Ömrünün 50 ilini kinoya həsr edib. İnzibati işlərdən tutmuş aktyorluğa qədər hər yükü daşıyıb. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Ancaq təqaüddə olmasına baxmayaraq, hələ də işləmək həvəsindən əl çəkməyib. Kinosuz yaşaya bilməməsi də təbiidir. 80 yaşlı Nəriman Axundov bunu həm də sənətə olan böyük sevgisi ilə əlaqələndirir:
- Bakıda anadan olsam da, şəkili
olmağımla fəxr
edirəm. Orada bizim ailəmizi,
nəsil-nəcabətimizi hamı
tanıyır. Atam "bolşevik
Qulam" adı ilə məşhur idi. İndi onun adına
Şəkidə küçə
var. Atam "Nuxa fəhləsi" qəzetinin
yaradıcısı və
ilk redaktoru olub. Xalq artisti, Şərqin ilk
opera yazan qadını,
tanınmış bəstəkar
Şəfiqə xanım
da mənim bacımdır. Orta məktəbi
bitirib, 17 yaşımdan,
Böyük Vətən
müharibəsinin sonlarında
hərbi xidmətə
getmişəm. Bir vətənpərvər
kimi, müharibəyə
könüllü yollanmışam.
Hərbi
xidmətim Kiyev şəhərinin Vasilkov
əyalətində olub.
4-5 ay qulluq etdikdən
sonra sənədlərimi
yoxladıqda məlum oldu ki, yaşım
hərbi xidmətə
çatmır. Ona görə
də məni yenidən hərbi komissarlığa göndərirlər.
6-7 ay hərbi komissarlığın sərəncamında
olduqdan sonra məni Moskva ətrafında, Serpuxov şəhərində 2 saylı
Aviasiya məktəbinə
göndərdilər. Bu
məktəbi bitirdikdən
sonra məni aviatexnik kimi Çita şəhərinə
yolladılar və orada hərbi xidmətdə oldum. Oradan Saratova, sonra isə Bakıya gəldim. Bakıda xidmətim keçmiş Bağırov körpüsü
yaxınlığında keçdi.
Buradakı təyyarələr ağır bombardmançı
təyyarələr idi.
Mən də aviatexnik kimi qulluq edirdim.
Bir neçə aydan sonra Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxıldım. 1951-ci il idi, bir
qədər aviatexniki
klubda işlədim. Sonra Rostov şəhərində mədəni-maarif
məktəbini bitirib
SSRİ-nin müxtəlif
şəhərlərində mədəniyyət sarayları
və evlərinin direktoru vəzifəsində
çalışdım. Ancaq Azərbaycanla əlaqəmi
kəsmirdim.
Unudulmaz bəstəkarımız Tofiq
Quliyevlə tez-tez məktublaşırdım. O mənə
öz mahnılarını
göndərirdi. Mən də
özfəaliyyət kollektivlərinin
üzvləri ilə məşq edir və Azərbaycan mahnılarını, o cümlədən
Tofiq Quliyevin mahnılarını da orada təbliğ edirdim.
1957-ci ildə qohumlarımın
təkidi ilə Azərbaycana qayıtdım. Həmin ildə
"Azərbaycanfilm"də adminstrator kimi işə başladım.
Bununla yanaşı, universitetin filologiya fakültəsinə
qiyabi qəbul olundum. Bir neçə aydan
sonra kinostudiyanın direktor müavini, bir-iki aydan sonra
isə kinofilmlərdə
direktor kimi fəaliyyət göstərdim.
Çoxları işimə qısqanclıqla
yanaşırdı. Cavan bir
oğlanın belə
bir vəzifədə
işləməsi ilə
yaşlı film direktorları
barışmaq istəmirdi.
Amma mən işimlə özümü doğruldurdum.
20-yə qədər bədii filmin direktoru olmuşam.
-
Kinostudiyaya gəldiyiniz
dövrü necə xatırlayırsınız?
- Kinostudiyanın ən qaynar çağları idi. İldə bir neçə
film çəkilirdi. Görkəmli reyissorların hamısı
sağ idi. Həsən Seydbəyli, Şamil Mahmudbəyov, Tofiq Tağızadə və başqa reyissorlar çalışırdı.
Demək
olar ki, kinostudiyanın əksər
reyissorları ilə işləmişəm. Kinoda ilk işim
"Kölgələr sürünür"
filmində oldu. Daha sonra "Koroğlu" filmində çalışdım.
Reyissorların hamısı xətrimi
çox istəyirdi.
Bircə onu demək kifayət edər ki, Rüstəm
İbrahimov kimi sənətkar mənim haqqımda "Çalışqan
adam" filmini çəkib. Bu, film direktorları haqqında çəkilən
yeganə filmdir.
Çəkilişlərin əksəriyyəti gizli kamera ilə
aparılıb. Mənim üçün
fəxrdir ki, film Amerikada və dünyanın bir çox ölkəsində
nümayiş etdirilib.
"Çalışqan adam" filminə görə Avrasiya teleforumunda "Qran pri" mükafatına layiq görülmüşəm.
Moskvada isə həmin filmə görə
"Dom Xonyonkova" tərəfindən
qramota almışam.
-
Deyəsən, həmçinin
filmlərdə aktyor kimi də çəkilmisiniz?
-
"Çalışqan adam",
"Etimad telefonu",
"Dostluq muzeyi",
Elxan Qasımovun
"Biz qayıdacağıq" filmlərində, bir neçə özbək filmində və "Mozalan"da çəkilmişəm.
Rüstəm İbrahimbəyov
"Çalışqan adam"ı çəkəndə
xəbərim yox idi. Ona görə də
film çox təbii alınıb.
-
Film direktorunun missiyasını
müasir kinoda prodüserlərin əvəz
etməsinə necə
baxırsınız?
- İndi hər adam "mən
filmin direktoru olmaq istəyirəm" iddiası ilə çıxış edir.
Amma bu, xüsusi məsuliyyət tələb
edən işdir.
Yəni filmin bütün rəhbərliyi, o cümlədən
maliyyə xərcləri
onun əlində cəmləşir. O, filmin
smeta xərclərini müəyyənləşdirir. Filmin direktoru çəkiliş
qrupunun rəhbəri kimi çalışır.
Amma filmə quruluşçu reyissor cavabdehdir. Bizim işimiz çox çətindir. Müasir kinoda
bu işi icraçı prodüserlər
yerinə yetirir.
Prodüser isə filmə
sponsorluq edir, onun prokatını təşkil edir və s.
- İndiyə qədər neçə filmdə işləmisiniz?
-
20-yə yaxın bədii
və 90-a yaxın sənədli filmin direktoru olmuşam. 8 il Moskvada
kino istehsalı üzrə təşkilatçı
kimi Azərbaycanı təmsil etmişəm. O zaman "Qoskino"nun (Azərbaycan Dövlət Kinematoqrafiya İttifaqı
üzrə) kino ilə bağlı işlərini yerinə yetirirdim. Keçmiş sovetlər ölkəsində
keçirilən festivallarda
bir çox Azərbaycan filmi də göstərilirdi.
Bir sıra filmlərimiz bu festivalların mükafatlarına layiq görülüb. Elə bu
festivalların çoxunda
da təşkilatçı
kimi fəaliyyətim olub.
1963-cü ildə "Azərbaycanfilm" və
"Özbəkfilm"in birgə
istehsalı olan "Təyyarə enməyib"
filmində direktor vəzifəsində çalışmışam. 1971-ci ildə "Özbəkfilm"
kinostudiyasının rəhbərliyi
tərəfindən ikiseriyalı
"Şirəli və
Aybarçin" musiqili
filmində çəkiliş
qrupunun müdiri vəzifəsinə dəvət
olundum. Bu film üç respublika - Azərbaycan, Özbəkistan
və Tacikistan respublikalarının birgə
istehsalı idi. 1979-cu ildə Moskvada
keçirilən - "Sovet
kinosunun 60 illiyi" sərgisinə respublikamız
tərəfindən direktor
vəzifəsinə təyin
edildim. O zaman sərginin keçirilməsi
bəzi səbəblərə
görə baş tutmaya bilərdi. Kinostudiyanın müdiriyyəti məni təcili surətdə Moskvaya ezam etdi. Böyük çətinliklə
üzləşdikdən və
onları dəf etdikdən sonra sərginin baş tutmasına nail oldum. SSRİ respublikaları arasında bu sərgi ən yaxşılardan biri kimi qeyd edildi.
Bakı şəhər partiya komitəsi mənə təşəkkür elan
etdi. Sərgi o qədər valehedici
idi ki, özbəklər,
litvalılar və başqa millətlər bizim sərgini kino lentlərinə həkk edirdilər. Mənim fəaliyyətimə
o zaman ümummilli liderimiz Heydər Əliyev böyük qiymət verdi
və mən indi də onun
sərəncamı ilə
verilən mənzildə
yaşayıram.
-
80 illik yubileyiniz qeyd olundumu?
- Təəssüf ki, nə uzun illər can qoyduğum kinostudiya, nə də kinoittifaq yubileyimi qeyd eləmədi. Nazirlik məni pulla mükafatlandırdı. Amma mən materialist yox, moralistəm. Artıq 80-i haqlasam da, özümü bir çox cavanlardan gümrah hiss edirəm. İndi də bir çoxu işdə onlara kömək etməyimi xahiş edirlər və mən də öz köməyimi əsirgəmirəm. Yenə də işləmək istəyirəm. Amma kinostudiyada mənə uyğun bir iş tapılmır ki, tapılmır. Mən kinosuz yaşaya bilmirəm.
MƏHƏRRƏMOVA T.
Kaspi.-2009.-27 fevral.-S.11.