"Laqeydliyə bəraət yoxdur"

 

Şair İsmayıl Dadaşov: "İnsan ümidini heç nədən üzməməlidir"

 

İsmayıl Dadaşovu bacarıqlı musiqi redaktoru kimi qələmə verirlər. Azərbaycan Televiziyası Radiosu, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası, "Srace" teleradio şirkəti tərəfindən yaradılmış bir çox verilişin filmin uğur qazanmasında bu insan böyük rol oynayıb. Əhməd Orucoğlunun "Pul dəlisi", "Qonşular", "Qayınana əməliyyatı", Marat Haqverdiyevin "Qısqanc ürəklər" s. tamaşaların mahnıları üçün söz yazan şair həm bir çox bədii filmdə qələmini sınayıb. Lakin son illər onun yaradıcılığında durğunluq hiss olunur.

Kommersiya məqsədi ilə mahnı yaradıcılığına yönələn müxtəlif peşə sahiblərinin qafiyə ritm anlaşılmazlığı üzərində yazdığı mətnlər İsmayıl Dadaşovu da ruhdan salıb. Bədii Şura qaydalarının yenidən tətbiqinə ehtiyac duyulduğunu deyən şair başqa çıxış yolu görmədiyini bildirdi: "İndi kimin ürəyi nəyi istəyirsə, onu yazır, oxuyur. Əvvəllər belə deyildi, Bədii Şura var idi mən çox sevinirdim ki, mənim sözlərimə yazılan mahnıları həmin şuraya daxil olan Tofiq Quliyev, İslam Səfərov, Cahangir Cahangirov, Ramiz Mustafayev, Oqtay Kazımi kimi sənətkarlər bəyənmişdilər. Onların hərəsi bir dağ idi. Yəqin zəmanə öz rolunu oynayır. Bu cür sənətkarlarla, peşəkar bəstəkarlarla işləmək insanın qarşısında böyük yaradıcı üfüqlər açır sən dünyanı artıq ayrı cür görürdün. Hər bir bəstəkar, müğənni bir dünyadır. Bizim hərəmizin öz dünyamız var. Yaradıcı insan üçün əsas məqam qəbul olunub sevilməkdir. Sözsüz ki, sən hamının xoşuna gələ bilməzsən, amma tanımadığın insanlar səni sevirsə, bundan böyük xoşbəxtlik ola bilməz, deməli, yaşamağa dəyər. Belə sevgi olmayanda yazmağa, yaratmağa dəyməz. Bu baxımdan xoşbəxtəm ki, sözlərimə yazılan mahnıların əksəriyyəti sevilib".

İsmayıl Dadaşov zahirən sakit görünməyinə baxmayaraq, daxilində üsyan dalğası var. Onun "Dayanın, insanlar, bəsdir, dayanın" şeirinə Siyavuş Kəriminin bəstələdiyi Nazpəri Dostəliyevanın oxuduğu mahnını dinlədikcə bu qənaətə gəlmək olur. Bununla yalana, müharibəyə, savaşlara "bəsdir" deyən şair eyni zamanda düşünür ki, insanı bezdirən yalanlar bitmir: "Yeni yazılan şeirlərimdə bu məsələyə daha dərindən yanaşmışam. Çünki bu gün savaşlar dünyanı cənginə alıb. Amma insan ümidini heç nədən üzməməlidir. Sözünü deməklə yanaşı, bilməlidir ki, müharibələr bir gün bitəcək. Bu gün bombalar atılan ölkələrdə sabah güllər açacaq. Rus yazıçısı Paustovski söyləyib: "İnsanın arzulamaq bacarığını ondan alsalar, mədəniyyətin, incəsənətin, elmin davamına gələcək həyatın gözəllikləri naminə aparılan mübarizəyə son qoyulacaq". Mən isə deyirəm ki, insanların əlindən silahları alsınlar ki, mübarizəyə son qoyulsun. Bu yaşımda hələ uşaq kimi arzular yaratmağa çalışıram. Arzular tükənməzdir, arzularım çoxdur. İnsanı yaşadan da arzulardır. İnsan böyüdükcə arzuları da böyüyür, sevgi böyüyür, ailə böyüyür. Artıq özün üçün yox, balaların üçün, sonra nəvələrin üçün qaçırsan. Elə tələsə-tələsə qaçırıq arzuların ardınca, amma düşünmürük ki, hara qaçırıq. Bu dünya bir sınaqdır, biz isə köçəri quşlarıq. İnsan həyatda laqeyd olmamağı bacarmalıdır. Çünki laqeydlik insanın ruhunu öldürür. Kiçik bir məsələni diqqətinizə çatdırım. Bu il nəşr olunan "Bir dəstə qızılgül" kitabımda ailə üzvlərimə, dostlarıma, mərhum yaşayan sənətkarlarımıza həsr olunan şeirlərlə yanaşı, həmin şeirləri vərəqə köçürən, kompyuter operatoru olan bir xanıma onlardan birini həsr etdim. Bu, insanın mədəniyyətindən irəli gəlir. Laqeydliyə bəraət yoxdur. Nəinki mənə qarşı, başqalarına qarşı da laqeyd olan insanlara pis baxıram. İnsanlara kömək etmək lazımdır".

Şairin son illərdəki mahnı yaradıcılığında nakam sevgilərdən geniş söz açılır. Hüseyn Abdullayevin musiqi həyatı verdiyi kiçik əsərlərin hər biri ayrı-ayrılıqda özünə yer tapıb. Dinləyicilərin rəğbətini qazanan həmin mahnılar eyni zamanda mövzu olaraq danışılırdı. Bəziləri mahnının sözlərinin Hüseyn Abdullayevin, bəziləri isə söz müəllifinin həyatından götürüldüyünü deyir. Həmsöhbətim isə deyir ki, burada canlı varlıqdan söhbət gedə bilməz. İlham pərilərinin onun başının üzərində dalğalandırdığı sözlər əvvəlcə vərəqə, sonra isə musiqiyə köçüb: "Bir az əvvəl adını çəkdiyim "Bir dəstə qızılgül" ən çox sevdiyim şeirlərdən biridir. Burada iki məna var. Həmişə arzum olub ki, "Bir dəstə qızılgül" adlı solo konsertim, diskim kitabım olsun, üçü oldu. Konsertimdə söylədim ki, biz insanlar hər birimiz bir qızılgülük, amma bir yerdə bir dəstə qızılgülük. Həmçinin mənim şeirlərimin hərəsi bir qızılgüldür, kitabsa onların toplusu, yəni bir dəstə qızılgüldür. Dostlarım tərəddüd edirlər ki, yaradıcılıq gecəsindən 6 ilə yaxın vaxt ötüb, tədbiri təzələmək lazımdır. Amma hər şeyin öz zamanı var. Vaxtı yetişəndə gecə keçiriləcək".

 

 

İbrahimova, S.

 

Kaspi.-2009.-27 fevral.-S.16.