10 rayonda uşaq forumları keçiriləcək

 

QHT-lər uşaq hüquqlarına dair nativ hesabat hazırlayır

 

Uşaq Hüquqları Konvensiyasına əsasən, sənədi ratifikasiya edən dövlət beş ildən bir BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat verməlidir. Bu, ayrıca maddə ilə konvensiyada təsbit olunub. Uşaq Hüquqları Komitəsi hökumətlərdən aldığı hesabatlarla yanaşı, QHT-lərdən məlumat əldə edir. Bu məlumatın əldə edilməsi mühüm hesab edilir. Ona görə hökumətin hesabatından öncə QHT-lərin hesabatı müzakirəyə çıxarılır. Bir neçə aydan sonra isə hökumətin hesabatın dinlənilir.

Komitənin şərhinə görə, dövlət tərəfindən təqdim edilmiş hesabatların əksəriyyəti daha çox qanunvericilik sahəsində görülmüş işləri təsbit edir, müsbət nəticələr barədə söhbət açılır, problemlərdən az danışılır. Bu da əlbəttə ki, ölkədəki gerçək vəziyyətin mənzərəsini yaratmağa imkan vermir. Ona görə QHT-lər tərəfindən hazırlanmış hesabatlardan uşaqların problemləri barədə ətraflı məlumat almaq mümkün olur.

Azərbaycan hökuməti hesabatı hazırlamağı Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə edib. Hökumətin hesabatı sentyabrda hazır olacaq. Uşaq Hüquqları üzrə QHT Alyansı isə UNICEF-in, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Açıq Cəmiyyət İnstitutunun, Uşaqların Xilası, Dünyaya Baxış, Corc Marşal Fondunun dəstəyi ilə 2005-2009-cu illər ərzində uşaqların vəziyyəti ilə bağlı nativ hesabatı hazırlamağa başlayıb. Bu barədə alyansın koordinatoru Nabil Seyidov qəzetimizə müsahibəsində söylədi:

- İyunun əvvəlindən QHT Alyansında beş işçi qrupu yaradılıb. Hər işçi qrupunda 10-a yaxın ixtisaslaşmış təşkilat cəmləşib. Hər biri öz sferasında tədqiqatlar aparır. Qeyd edim ki, alyansda 85 təşkilat birləşsə , bu prosesdə onlardan 50-si iştirak edəcək. Alyansın işçi qrupları dörd, uşaqların özləri tərəfindən bir hesabat hazırlanacaq. Uşaqların ümumi vəziyyəti ilə yanaşı, üç istiqamətdə ixtisaslaşmış hesabat hazırlanacaq. Azərbaycanda uşaqların sağlamlıq hüquqlarının təmin edilməsi ya uşaqların səhiyyə xidmətlərinə çıxışı, əlilliyi olan uşaqların problemlərinə dair, uşaqların təhsil hüququnun təmin edilməsi təhsil problemlərinə dair hesabat hazırlanacaq. Azərbaycanın 10 rayonunda uşaq forumları keçiriləcək. Forumda müxtəlif müəssisələrə cəlb edilmiş uşaqlar iştirak edəcəklər. Forumlara cəlb edilmiş uşaqlar tərəfindən nativ hesabat hazırlanacaq. Beş hesabat iki - Azərbaycan ingilis dillərində geniş ictimaiyyətə təqdim ediləcək. Hesabatlarda problemin təsvirindən sonra onun aradan qaldırılması üçün təklif tövsiyələr öz əksini tapacaq.

- Hesabatların hazırlanması tədqiqatların araşdırmaların aparılmasını tələb edir. Bu ağır yükü qaldıra biləcəksinizmi?

- Bilirsiniz, əslində, QHT-lər tərəfindən hesabatların təqdim olunması hesabatların yazılması ilə bitmir. Qeyd etdiyiniz kimi, hesabatların yazılması üçün tədqiqatlar, müzakirələr aparılmalıdır. Bir sözlə, geniş ictimai vəkillik kampaniyası həyata keçirilir. QHT Alyansının həyata keçirdiyi layihə çərçivəsində nativ hesabatın hazırlanması yekun məhsul kimi qeyd olunur. Həmin hesabat 6-7 ay ərzində hazırlanacaq. Həmin müddətdə QHT Alyansı Dəyirmi masalar, mətbuat konfransları, rayonlara monitorinq səfərləri, Bakıda müxtəlif müəssisələrdə görüşlər, uşaqların iştirakı ilə forum konfransların keçirilməsini planlaşdırır. Jurnalistlər ekspertlər arasında analitik məqalələr müsabiqəsinə artıq start verilib. Bakıda bölgə telekanallarında televiziya verilişləri hazırlanacaq. Bu mənada uşaq hüquqlarına dair məlumatlandırma, maarifçilik kampaniyası keçiriləcək. Bu da problemlərə cəmiyyətin, dövlətin, beynəlxalq təşkilatların diqqətinin daha çox cəlb edilməsinə xidmət edir.

QHT-lərin hesabatı oktyabrda hazır olacaq. Ekspertlər sentyabrda hazır olması planlaşdırılan dövlət hesabatına nəzər salıb bununla bağlı fikirlərini nativ hesabata daxil edəcəklər. Hesabatlar yanvarın əvvəlində komitəyə təqdim ediləcək. Komitənin qərarı ilə iki ekspert müəyyənləşdiriləcək. Onlardan biri region dövlətlərdən, digəri isə başqa ölkədən olacaq. QHT-lərlə görüş 2010-cu ilin sentyabr-oktyabr aylarında baş tutmalıdır. Bundan iki ay sonra hökumətlə görüş planlaşdırılır.

- Maraqlıdır, nativ hesabatlardan sonra problemlər həllini tapırmı?

- Fikrimcə, nativ hesabatların əhəmiyyəti böyükdür. 2005-ci ildə QHT Alyansı tərəfindən təqdim edilmiş hesabata əsasən, BMT-nin Uşaq Hüquqları Komitəsi 2006-cı ilin mart ayında hökumətə yekun tövsiyələr vermişdi. Təbii ki, tövsiyələrin 70 faizi alyansın tövsiyələri idi. Çünki nativ hesabat BMT-nin ekspertləri tərəfindən yüksək qiymətləndirilib. Hazırda yuvenal ədliyyənin genişləndirilməsi istiqamətində aparılır. Bununla əlaqədar Daxili İşlər Nazirliyi, UNICEF, ATƏT Uşaq Hüquqları üzrə QHT Alyansı arasında əməkdaşlıq memorandumu imzalanıb. Artıq iki ildir Bakının üç rayonunda yuvenal ədliyyə islahatı çərçivəsində proqram həyata keçirilir. UNICEF-in dəstəyi ilə Milli Məclisin dövlət qurculuğu daimi komitəsi yuvenal haqqında qanun layihəsi hazırlayıb. Bundan başqa, hökumət de-institutlaşdırma - uşaqların öz ailələrinə qaytarılması ya nativ ailələlərə verilməsi proqramına imza atıb.

Ötən dəfəki hesabatda əksini tapan uşaq hüquqları üzrə ombudsmanlığın yaradılması məsələsi həllini tapmayıb. Doğrudur, UNICEF insan hüquqları müvəkkilin təsisatının tərkibində ilkin mərhələ kimi uşaq hüquqları mərkəzini yaradıb. Həmin mərkəz uşaq hüquqları ombudsmanının nəzərdə tutduğu vəzifələrini yerinə yetirir. Lakin hazırda qurum ombudsmanlığın yaradılmasına cəhd edir.

 

 

Nigar

 

Kaspi.- 2009.- 14 iyul.- S. 8.