Adil Əliyev: "Avropa İttifaqı ölkələrinin parlamentləri ilə əlaqələri genişləndirmək lazımdır" 

 

Müsahibimiz millət vəkili Adil Əliyevdir.

 

- Növbəti parlament seçkilərindən bizi bir il ayırır. Hal-hazırda Azərbaycandakı ictimai-siyasi şəraiti necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etmək lazımdır ki, ölkədə ictimai-siyasi sabitlik hökm sürür. Bu mərhələni Azərbaycan cəmiyyətinin davamlı inkişafının, həm mədəni sosial, həm siyasi-hüquqi sahələrində dinamik inkişafının bir mərhələsi kimi nəzərdən keçirmək olar.

- Siz Nərimanov rayonu 20 saylı seçki dairəsindən Milli Məclisə deputat seçilmisiniz. Seçicilərinizin əsas problemləri nədən ibarətdir bu problemlərin həllinə necə təsir göstərirsiniz?

- Mən ixtisasca hüquqşünasam seçicilərimin sosial hüquqi problemlərinə yaxşı bələdəm. Mənim öz komandam təkliflər paketim var. Təkliflər paketi vasitəsilə mən Milli Məclisdə bu insanların əmək Konstitusiya hüquqlarını müdafiə etməyə çalışıram. Qeyd etmək istərdim ki, bizim seçki dairəmizin aztəminatlı vətəndaşlarının sosial humanitar dəstəyə ehtiyacları var bununla əlaqədar olaraq, tərəfimizdən aztəminatlı seçicilərə sosial yardım göstərilməsi layihəsi hazırlanıb həyata keçirilir. Əsas məqsədimiz seçicilərimizin hüquqi maarifləndirilməsidir. Daha sonra isə biz bu şəxslərə köməklik göstərir, gələcəkdə işlə daha asan təmin olunmaları üçün onların təmənnasız olaraq kompyuter kurslarında iştirakına imkan yaradırıq.

Əlavə etmək istərdim ki, biz mütəmadi olaraq seçicilərlə ünsiyyətdə olur rusdilli əhalinin, xüsusilə Nərimanov rayonu pravoslav slavyanlar icmasının əmək, sosial digər problemlərini həll etməyə çalışırıq.

- Ölkəmiz bir çox beynəlxalq təşkilatın üzvü olmaqla yanaşı, bu gün vətəndaşların hüquq azadlıqları üzrə beynəlxalq konvensiyalara da qoşulub. Sizin insanların hüquq azadlıqlarını müdafiəsi üzrə təklifləriniz nədən ibarətdir?

- Mən hər bir vətəndaşın Azərbaycan Respublikası Konstitusiyasının bizə təqdim etdiyi hüquqlar çərçivəsində hərəkət etməsinin tərəfdarıyam. Özümün seçkiqabağı platformamda qadınların hüquqlarının pozulması, milli-etnik mənsubiyyətlərinə görə vətəndaşların hüquqlarının pozulması hallarının yolverilməz olduğunu qeyd etmişdim. Bu mühüm məsələnin aradan qaldırılması yolunda da biz durmadan çalışırıq. Biz Avropaya inteqrasiya ediriksə, qadınların nəinki məişət sahəsində, həmçinin müasir Azərbaycan cəmiyyətində aparıcı mövqelərini qiymətləndirməli, dərinləşdirməli təmin etməliyik. Bu gün Azərbaycan qadınları müxtəlif rəhbər vəzifələrə öz namizədliklərini irəli sürsələr , çox təəssüf ki, belə faktlar çox azdır. Biz seçici-qadınların Konstitusiya sosial hüquqları sahəsində maarifləndirilməsi istiqamətində fəaliyyətimizi genişləndirmək istərdik.

- "Yeni qonşuluq" siyasəti çərçivəsində Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir. Necə hesab edirsiniz, Azərbaycanın prioritet bazaları necə olmalıdır?

- Zənnimcə, bu məsələdə Azərbaycan məqsədyönlü təmkinli siyasət nümayiş etdirir. Bildiyimiz kimi, Avropa İttifaqı üçün müsəlman dünyası ölkələrinə qarşı münasibətdə ikili standartlarla bağlı yanaşma yad deyil. 50 ildən artıqdır ki, Türkiyə Avropa İttifaqının tamhüquqlu üzvü olmağa çalışır, lakin Avropa dövlətlərindən bəziləri Türkiyənin bu cəhdinə birmənalı yanaşmır. Sözsüz ki, biz bu gün Cənubi Qafqazda lider ölkəyik. Bu, inkişaf prosesinin özünün gedişatı ilə səciyyələnir. Düzdür, bir sıra beynəlxalq qüvvələr maraqlarımıza yad olan məqsədləri bizə zorla qəbul etdirməyə çalışırlar. Lakin bu mümkün olmayacaq, çünki həm Avropa İttifaqı, həm ABŞ, həm MDB ölkələri müstəqil dövlətin lideri - prezident İlham Əliyevin başçılıq etdiyi Azərbaycan Respublikası onun indiki siyasi kursunun enerji strateji əhəmiyyətliliyini yaxşı dərk edirlər. Düşünürəm ki, bu məsələdə Avropa İttifaqı ölkələrinin parlamentləri ilə əlaqələri genişləndirmək lazımdır. Çox təəssüf ki, bu gün Avropa İttifaqının bir sıra ölkələrinin parlamentləri "erməni soyqırımı"nın tanınması məsələsini gündəmə gətirir. Bu prosesdə, şübhəsiz ki, şovinist erməni lobbisi fəal iştirak edir deməli, bizdə Avropa İttifaqının müxtəlif ölkələrinin parlamentləri ilə əməkdaşlıq əsasında formalaşmış adekvat qüvvələr olmalıdır ki, vaxtı-vaxtında lazımi qaydada belə təhlükəli məqamlara reaksiya verə bilək.

- Təəssüflər olsun ki, son zamanlarda bizim ordumuzda sıravi əsgər heyətinin arasında ölüm hallarına tez-tez rast gəlinir. Siz Müdafiə təhlükəsizlik məsələləri komitəsinin üzvüsünüz. Necə düşünürsüz, bu mənfi tendensiyanı hansı yollarla aradan qaldırmaq olar?

- İnsan itkisinə gətirib çıxaran xoşagəlməz proseslər tədqiq olunmalı müqəssirlər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Paralel olaraq, biz əsgərlər içərisində təbliğat-təşviqat işlərini genişləndirməliyik. İlk olaraq, bu profilaktik xarakter daşıyır. Bu gün orduda baş verən bəzi neqativ hallar hər birimizi narahat edir. Biz istərdik ki, hərbi hissələrdə arzuolunmaz anlaşılmazlıqların aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər həyata keçirilsin. Azərbaycanda bu məsələni hüquqi nöqteyi-nəzərdən nizama salacaq hüquqi baza mövcuddur.

 

 

İsgəndər Quliyev 

 

Kaspi.- 2009.- 16 iyul.- S. 6.