Məlahət Abbasova yeni seriala çəkilir
Türkiyədə yaşayan
azərbaycanlı aktrisa
Məlahət Abbasova bu ölkədə yeni seriala çəkilir. Bununla bağlı APA-ya açıqlama verən Məlahət Abbasova bildirib ki, serial komediya janrındadır və Türkiyənin ATV kanalında yayımlanacaq:
"Elə bu günlərdə yeni serialın çəkilişlərinə başlanılacaq. Yeni serialın təklifini "Sinetel" film şirkətinin prodüseri İbrahim Mertoğlundan almışam. Serialı Türkiyənin tanınmış rejissoru Mustafa Şefki Doğan çəkir. Şefki Doğan hazırda Türkiyə kanallarında göstərilən "Baba ocağı" adlı serialın da rejissorudur". M.Abbasovanın sözlərinə görə, serial "Kız kaçıran" adlanır. Bu serialda azərbaycanlı aktrisanın oynayacağı rolun adı isə Gülgündür. Serialda Türkiyənin tanınmış aktyorlardan Sümer Tilmaç, Oya Aydoğan, Mehtap Bayri ve digərləri rol alıblar. Aktrisa onu da bildirib ki, onun rol aldığı "Konak" filminin də çəkilişləri davam edir. Bu film Türkiyənin "Öykü" film şirkəti tərəfindən çəkilir.
Kaspi.-2009.-9 iyun.-S.16.