"Arşın
mal alan"ın yeni səsi
Anar Şuşalı:
"İnanıram ki,
tamaşaçılarımız fərqli bir Əsgər görə biləcəklər"
Dünyaca ünlü sənətkarlardan
biri deyib: "Əgər mən həmişə cavan və gözəl qalacağıma əmin olsaydım, heç vaxt bu qədər
tələsməzdim. Fikirləşərdim
ki, yaratdığım
sənət nümunələri
ilə xalqın yaddaşında cavan heykəlimi heç bir qüvvə yıxa bilməz. Amma nə yazıq
ki, ömür qısadır və insan bu qısa
ömürdə Tanrının
ona verdiyi istedadı xərcləyib
qurtarmağa çalışmalıdır".
Əlbəttə, bu sözdə
çox böyük həqiqət var. Dünyaya
gələn hər kəs əgər əbədi qalacağını
bilsəydi, bəlkə
də heç bir inkişafdan, irəliləyişdən danışmaq
mümkün olmazdı.
Bu mənada seçilmişlərin,
fitri istedadı olan insanların üzərinə daha böyük məsuliyyət
düşür. Onlar
qısa ömür kəsiyində özlərini
təsdiq etməli, tanıtmalı və xalqın sevgisini qazanmalıdır. Musiqili Komediya Teatrı da özünün zəngin tarixi, təkrarsız ənənələri
ilə və eyni zamanda yeni
adlarla özünün
ikinci yüzilliyinə
qədəm qoymağa
hazırlaşır. Son vaxtlar
yaradıcı heyətə
daxil olan kollektivin yeni üzvləri arasında istedadlı gənclər də çoxdur.
Gənclik olan yerdə isə yeni axtarışlar,
yeni uğurlar var. Təbii ki, hər şey bəzən rəvan getmir, hər yenilik də alqışlarla qarşılanmır.
Tənqidlər, təhdidlər
də olur. Amma bu yeniliklə
köhnəliyin əbədi
mübarizəsində mütləq
bir nəfəslik də açılır. Və bu nəfəslikdən
içəriyə dolan
təmiz hava hər şeyi yoluna qoyur.
Bu gün sizə bu kollektivin gənc bir solistini
təqdim etmək istəyirəm. Əslində
siz onu yaxşı
tanıyırsınız. Söhbət
Anar Şuşalıdan
gedir. Müğənni
Anar Şuşalı teatra Üzeyir Hacıbəyovun "Arşın
mal alan" musiqili komediyasında Əsgər
obrazını oynamaq üçün dəvət
edilib. Onunla söhbətdən öyrəndim
ki, Anar Şuşalı Azərbaycanın
konservatoriyası, sənət
beşiyi sayılan Şuşada doğulub. Erkən yaşlarından musiqiyə maraq görsətməsin də
təsadüf saymır:
- Cənnətməkan Qarabağda,
suyu bal, havası şəfqət, günəşi
nur, torpağı möcüzə sayılan
Şuşada doğulub
boya-başa catmaq, hər addımda kiminsə şaqraq cəh-cəhini, həzin avazını eşitmək,
ilahi səslərin əhatəsində gəzib
dolaşmaq və oxumamaq ən azı günahdı. Mənim atamın da gözəl musiqi qabiliyyəti olub. Lakin nədənsə
bu sənətin dalınca getməyib. Bibimsə fortepiano müəllimidir.
Mən həm də məşhur televiziya diktoru, xalq artisti Rafiq
Hüseynovun qardaşı
oğluyam.
Anar Şuşalı ilk dəfə
böyük səhnəyə
1993-çü ildə gəlib.
O, daha cox işgüzarlığı, seçdiyi
mahnılara yaradıcı
münasibəti, ədəb-ərkanı,
mədəniyyəti ilə
yaşıdlarından fərqlənir.
Zəhmətlə qalxdığı
bu zirvədə qalmaq, oxumaq, məşhurlaşmaq istəyən
yüzlərlə cavanın
arasından seçilib
çıxmaq o qədər
də asan iş deyil.
- İndi səsi oldu-olmadı hamı oxumaq istəyir. Maşallah, texniki tərəqqinin müasir imkanları da bu işdə əvəzsiz yardımçıdır.
Səsin olmasa belə, eyb etməz, qəm yemə, səsyazma studiyalarındakı mütəxəssislər
sənin məlahəti
olmayan səsini elə gözəl korrektə etsinlər ki, özün də özünü tanımayasan. Amma bu qondarma səslə
sən canlı konsertlərdə, el şənliklərində,
toyda-mağarda oxuya bilməzsən, onda sənin bütün qüsurların üzə
cıxacaq, yalançı
pərdə götürüləcək.
Mənsə, Tanrıma
şükür edirəm
ki, o məni bu avazla, bu
səslə mükafatlandırıb.
Həm Azərbaycanda,
həm də xarici ölkələrdə
milli musiqi qaynaqlarımızdan süzülüb
gələn mahnılarımızı,
muğamlarımızı tamaşaçılarımıza
sevdirə bildiyim ücün xoşbəxtəm.
Anar Şuşalı Bakı Musiqi Akademiyasını bitirib. Təhsil aldığı illərdə
həm də aktyorluq vərdişlərinə
yiyələndiyindən, rejissor
dostu Elvin Mirzəyev onunla əməkdaşlığa
məhz Musiqili Komediya Teatrında başlayıb. Bu teatrda tamaşaya qoyulan "Arşın mal alan" əsərinə rejissor kimi dəvət ediləndə Elvin Mirzəyev
Anarı da təkidlə bu əsərdə iştirak
etməyə çağırıb.
- Dahi Üzeyir Hacıbəyovun dillər
əzbəri olmuş
bu əsərində oynamaq, məşhur aktyorlarla çiyin-çiyinə
çalışmaq, qocaman
bir sənət məktəbinin ab-havasını
duymaq əlbəttə,
çox gözəl bir duyğudur. Həm də böyük bir məsuliyyətdir mənim
üçün. İlk
dəfə teatra gələrkən teatrın
direktoru Əliqismət
Lalayevlə söhbətimizdən
də çox məmnun qaldım. Hiss etdim ki, o, teatrın
imicini, keçmiş
şöhrətini yaşatmaq
üçün axtarışlar
aparır, istedadlı
cavanlara hər cür şərait yaradır. Əlbəttə,
Əsgər obrazı
həm teatr səhnəsində, həm
də böyük ekranda bizim müqtədir
sənətkarlar tərəfindən
ilhamla, kamil bir ustalıqla oynanılıb. Fikirləşmək
olar ki, axı bu insanların
hər biri, necə deyərlər, bu rola öz
möhürünü vurub
gediblər... bəs
biz nə deyə biləcəyik? Amma, məncə sənət ona görə həmişəyaşardır ki,
hər kəs təkrarsız bir fərd kimi öz ürəyinin səsini eşidir, özü kimi sevir, özü kimi qəhrəmanının
yaşantılarını ifadə
etməyə çalışır.
Bu mənada çalışmalıyam
ki, mənim də Əsgərim fərqli bir obraz olsun. Mən
tərəf müqabillərimdən
çox razıyam. Onlar bilirlər ki, bu, mənim
teatr səhnəsində
ilk rolumdur. Ona görə mənə çox diqqət və qayğı göstərirlər. İlk
dəfə aktyor kimi, özü də belə böyük bir obrazın ifaçısı
kimi səhnəyə
çıxdığımdan sıxılır, özümü
itirirdim. Ancaq ağlım kəsəndən
efirdə və səhnədə görüb
tanıdığım, istedadlarına
pərəstiş etdiyim
görkəmli sənətkarlar,
ilk növbədə Xalq
artisti Afaq xanım Bəşirqızı
mənə hamilik elədi. Hər kəsin səmimi, mehriban münasibəti mənim də həyəcanlarımı azaltdı,
yavaş -yavaş səhnəyə də, yaradıcı heyətə
də, Elvinin mizanlarına da, tapşırıqlarına da
alışdım. İnanıram
ki, tamaşaçılarımız
çox fərqli bir tamaşa və fərqli bir Əsgər görə biləcəklər.
Muxtarova Ağca
Kaspi.-2009.-3
mart.-S.11.