Diplomatiya Akademiyası ilə Trento Universiteti arasında saziş imzalanıb 

 

Dünən Azərbaycan Diplomatiya Akademiyası (ADA) Trento Universiteti (İtaliya) arasında təhsil sahəsində əməkdaşlığı özündə ehtiva edən saziş imzalanıb. Qarşılıqlı anlaşma haqda memorandumu ADA-nın rektoru Hafiz Paşayev Trento Universitetinin rektoru Ton Notermans imzalayıb. Memorandum çərçivəsində ADA Trento Universiteti arasında müxtəlif sahələrdə əməkdaşlıq gözlənilir. ADA-nın rektoru H.Paşayev bildirib ki, buraya professorlar, magistratura doktoranturada təhsil alan tələbələrlə mübadilə, layihələrin qarşılıqlı tədqiqatı təhsil sahəsində təcrübə mübadiləsi daxildir. Artıq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Norveç Xorvatiyanın Diplomatik akademiyaları ilə analoyi razılaşmalar imzalandığını xatırladan H.Paşayev ADA-nın beynəlxalq universitetlər mərkəzlərlə əməkdaşlığının vacibliyini qeyd edib. O əlavə edib ki, Trento Universiteti təhlükəsizlik münaqişələrin həlli məsələlərində ixtisaslaşıb. İmzalanmış memorandum bu sahədə birgə əməkdaşlıq üçün yaxşı təməl rolunu oynayacaq. Bununla yanaşı, gələcəkdə ADA Trento Universiteti arasında təhsil pillələri üzrə birgə proqramların həyata keçirilməsi planlaşdırılır.

Trento Universitetinin rektoru isə qeyd edib ki, bu ilin sentyabrından başlayaraq magistratura tələbələrinin mübadiləsi proqramı fəaliyyətə başlayır. Onun sözlərinə görə, Azərbaycan Diplomatiya Akademiyasında təhsilin keyfiyyətinə böyük diqqət yetirilir Trento Universiteti onunla əməkdaşlıqda maraqlıdır. "Azərbaycan regionda vacib yer tutur. Ona görə bu ölkə ilə əməkdaşlıq İtaliya üçün çox vacibdir. Biz tarix bir çox münaqişəni öyrənirik mən düşünürəm ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllində kömək edə bilərik. Amma bunun üçün biz onu daha dərindən öyrənməliyik" - deyə o bildirib.

 

 

K. Hacıyev

 

Kaspi.- 2009.- 4 mart.- S .3.