Referendum Azərbaycanın daxili işidir 

 

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirilməsi AŞ-nin heç bir standartını pozmur

 

"Avropa Şurasının 18 mart referendumunu təxirə salmaqla bağlı Azərbaycan hökumətinə müraciət etməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil". Bu barədə dünən yurnalistlərə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov məlumat verdi.

Xatırladaq ki, bəzi KİV-lər Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin bürosunun Azərbaycan hakimiyyətinə referendumu təxirə salmaqla bağlı müraciət etməsi barədə məlumat yayıb. Ə.Həsənov qeyd etdi ki, bu bəyanat Avropa Şurasının mövqeyi kimi qəbul oluna bilməz. Çünki Avropa Şurasının mövqeyini yalnız AŞ PA qurumun Nazirlər Komitəsi ifadə edə bilər. Ə.Həsənov dedi ki, Azərbaycan Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq edir. Rəsmi Bakı mühüm hüquqi məsələlərlə bağlı komissiyanın rəylərini nəzərə alır. "Amma Konstitusiyaya əlavə dəyişikliklər etmək Azərbaycanın daxili işidir. Bunu AŞ PA-nın Avropa Şurası Nazirlər Komitəsinin rəhbərliyi ifadə edib" - deyə PA rəsmisi vurğuladı. O əlavə etdi ki, Konstitusiyaya əlavə dəyişikliklər birbaşa Azərbaycan vətəndaşlarının maraqlarına toxunan məsələdir. Avropa Şurası isə ancaq Azərbaycan qurumun standartlarından kənara çıxarsa etiraz edə bilər. PA rəsmisinin fikrincə, Azərbaycan Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı məsələni ümumxalq səsverməsinə çıxarmaqla Avropa Şurasının heç bir standartını pozmayıb. Ə.Həsənov martın 18- Azərbaycan xalqının Konstitusiyaya əlavə dəyişikliklərlə bağlı mövqeyini ifadə etməsi üçün hər bir şəraitin yaradılacağını bildirdi. Onun sözlərinə görə, seçki institutları, yerli icra hakimiyyəti orqanları mərkəzi icra hakimiyyəti referendumda əhalinin öz iradəsini nümayiş etdirməsi üçün üzərlərinə düşən işi görəcəklər. PA rəsmisi dedi ki, əsas məqsəd insanların Konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin mahiyyəti ilə tanış olmasına şərait yaratmaqdır: "İnsanlar nəyə səs verdiklərini 100 faiz dərk etməlidirlər öz iradələrini kənar təsir olmadan ifadə etməlidirlər". Ə.Həsənov qeyd etdi ki, dünyanın bütün ölkələrində keçirilən referendumları beynəlxalq təşkilatların təmsilçiləri müşahidə etmirlər. ATƏT Avropa Şurası əsasən prezident parlament seçkilərini müşahidə edir. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti referendumun gedişini müşahidə etmək üçün beynəlxalq təşkilatların nümayəndələrini ölkəyə dəvət edib. Bu cür nümayəndələr Avropa Şurası Parlament Assambleyasından digər qurumlardan dəvət edilib. "Əgər digər beynəlxalq təşkilatların nümayəndələri referendumun gedişini izləməklə bağlı müraciət etsələr, onlar üçün hər bir şərait yaradılacaq" - deyə Ə.Həsənov vurğuladı.

Prezidentin İcra Aparatının təmsilçisi ABŞ-ın "Amerikanın səsi" "Azadlıq" radiolarının Azərbaycanda yayımı ilə bağlı rəsmi Bakıya təqdim etdiyi təkliflər barədə danışdı. O qeyd etdi ki, hakimiyyət hazırda Amerika tərəfinin təqdim etdiyi son təklifləri öyrənir. İlk növbədə həmin təkliflərin hüquqi tərəfləri araşdırılır. "Yəqin ki, hökumət yaxın vaxtlarda bu təkliflərə münasibətini açıqlayacaq" - deyə Ə.Həsənov vurğuladı.

PA rəsmisi Avropa Şurası Parlament Assambleyasının qarşıdan gələn yaz sessiyasında Azərbaycana siyasi məhbus məsələləri üzrə məruzəçinin təyin ediləcəyi barədə məlumatlara da münasibət bildirdi. O qeyd etdi ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu baxımdan Avropa Şurasının Azərbaycana siyasi məhbus məsələsi üzrə məruzəçi təyin etməsinə heç bir əsas yoxdur. "Hazırda məruzəçinin təyin edilməsinə zəmin yoxdur" - deyə şöbə müdiri fikirlərini tamamladı.

 

 

İlham QULİYEV

 

Kaspi.- 2009.- 4 mart.- S. 4.