Azərbaycan İKT baxımından ən sürətli inkişaf edən ölkələrdəndir 

 

Ölkəmiz 14 pillə irəliləyib

 

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi ilə bağlı hesabatını təqdim edib. Hesabat dünyanın 154 ölkəsinin İKT üzrə inkişaf səviyyəsinin 5 illik araşdırmasını özündə cəmləşdirir. Belə ki, araşdırmalar 2002-ci ildən 2007-ci ilədək olan dövrü əhatə edir. Hesabatda Azərbaycan İKT baxımından ən sürətli inkişaf edən iqtisadiyyata malik ölkələr arasında qeyd olunub. Bu ölkələr sırasında Pakistan, Səudiyyə Ərəbistanı, Çin, Vyetnam, Lüksemburq Rumıniya yer alıb. Bu barədə məlumat verən Rabitə İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildirilib ki, həmin ölkələr son beş il ərzində İKT sektoruna dair göstəriciləri maksimal sürətdə artırmağa müvəffəq olublar. Bu səbəbdən Azərbaycan ümumi reytinqdə 2,71 bal toplayıb. Bununla da respublika 2002-ci ilə dair siyahıdakı 100-cü yerdən, 14 pillə yüksələrək 86- mövqedə qərarlaşıb: "BTİ-nin hesabatında xüsusi qeyd olunub ki, Azərbaycan 86- pillədə, 2002-ci ildə İKT göstəricilərinin aşağı səviyyədə olduğuna beş il ərzində bu sahə üzrə nəzərəçarpacaq dərəcədə irəliləyiş əldə etdiyinə görə yer alıb".

Bundan əlavə, indeksdə beş il ərzində Azərbaycanda mobil rabitənin internetin tətbiqinin dəfələrlə artması vurğulanır. Araşdırmalara görə, ölkədə həyata keçirilmiş islahatlar İKT sahəsinin gələcək inkişaf üçün əlverişli şərait yaradıb. Hesabatda, həmçinin Azərbaycan hökumətinin İKT-ni əhəmiyyətinə görə neft sektorundan sonra iqtisadiyyatın ikinci sahəsinə çevirmək niyyəti qeyd olunur: "Hökumət sahənin müasirləşdirilməsi bu sektorda struktur dəyişikliyi istiqamətində bir sıra tədbirlər həyata keçirir. Azərbaycanda İKT sektoru təkcə 2007-ci ildə 170 milyon ABŞ dolları məbləğində yerli investisiya cəlb edə bilib".

Nazirlikdən qeyd edilib ki, indeks 11 göstəricini qlobal, regional milli səviyyədə müqayisəli təhlil üçün vasitə kimi istifadə oluna bilən vahid meyarda birləşdirir. Bu göstəricilər informasiya-kommunikasiya texnologiyalarına çıxış, onların istifadə olunması ilə əlaqədardır. Bundan başqa, göstəricilər texnologiyalara dair praktiki biliklərlə, yəni kompyuteri olan evlərin, internet-istifadəçilərinin sayı kompyuter savadlılığının səviyyəsi ilə bağlıdır. Qurumdan söylənilib ki, BTİ-nin araşdırmalarına əsasən, İKT sahəsində daha yüksək nailiyyətlər əldə etmiş ölkələr Şimali Avropa ölkələridir. Digər regionlardan isə bu sıraya Cənubi Koreya daxildir. İKT-nin inkişafına dair BTİ-nin yeni indeksinin liderinə gəlincə, bu ölkə İsveçdir. İsveçdən sonra indeksdə Koreya, Danimarka, Niderland, İslandiya Norveç yer alıblar.

RİTN-dən o da qeyd edilib ki, Azərbaycanın 154 ölkə arasında 86- pillədə yer almasına baxmayaraq, ölkədə İKT sahəsində reallaşdırılan proqramlar, BTİ mütəxəssislərinin verdiyi rəylər, Azərbaycanda bu sahənin artım tempinin dünya orta artım tempindən daha sürətlə irəliləməsindən xəbər verir. Eləcə bu, ölkənin Beynəlxalq Telekommunikasiya İttifaqının gələcək reytinqində daha yüksək mövqedə yer alması üçün şəraitin olmasının göstəricisidir. Belə ki, təkcə 2008-ci il ərzində Azərbaycanın İKT sahəsində artım tempi 30 faizə yaxın olub.

 

 

HƏQİQƏT 

 

Kaspi.- 2009.- 4 mart.- S. 8.