Strateji səhiyyə
kommunikasiyası üzrə
təlim kursu yekunlaşıb
Məqsəd Azərbaycanda səhiyyə
kommunikasiyası üzrə
mütəxəssis hazırlamaqdır
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində
(İSİM) fevralın 23-dən başlayan "Strateji səhiyyə kommunikasiyası
üzrə liderlik"
adlı təlim kursu dünən yekunlaşıb. USAİD-in FORCAST layihəsi tərəfindən
maliyyələşdirilən və İSİM-in təşkilatçılığı
ilə keçirilən
təlim kursunun əsas məqsədi Azərbaycanda yeni sahə kimi inkişaf etməyə başlayan səhiyyə kommunikasiyası üzrə
mütəxəssislərin hazırlanmasına yönəlib.
Bu barədə
İSİM-in KİV və İctimaiyyətlə Əlaqələr
şöbəsindən məlumat
verilib. Mənbədən bildirilib ki,
bu təlimlər
ABŞ-ın Cons Hopkins Universiteti
Blumberq İctimai Səhiyyə Məktəbi
Kommunikasiya Proqramları
Mərkəzi tərəfindən
dünyanın bir çox ölkəsində
reallaşdırılıb. Azərbaycanda səhiyyə
kommunikasiyası sahəsi
ilə bağlı keçirilən təlim də məhz ABŞ-ın Cons Hopkins Universiteti
Blumberq İctimai Səhiyyə Məktəbi
Kommunikasiya Proqramları
Mərkəzinin nümayəndəsi,
Dr.Benyamen Lozare tərəfindən həyata
keçirilib. Təlimlərdə Azərbaycanda səhiyyə
kommunikasiyası sahəsində
təcrübəyə malik
mütəxəssislər iştirak
edib. Təlim prosesində iştirakçılara
səhiyyə kommunikasiyası
sahəsində dünyada
tətbiq edilən yeni metodlar və
bu metodların necə tətbiq edilməsi barədə məlumatlar verilib. Eyni zamanda, təlimçi tərəfindən təqdim
olunan kompyuter təqdimatlarında dünyada
tətbiq edilən praktik təcrübə iştirakçıların diqqətinə
çatdırılıb. Azərbaycana
dair oxşar məqamlar barədə qarşılıqlı fikir
mübadiləsi aparılıb
və təlim iştirakçılarının məsələyə yanaşma
tərzi ətraflı
müzakirə edilib.
Bundan başqa, təlimə qatılan iştirakçılar
səhiyyə kommunikasiyası
sahəsində olan təcrübələri və
həyata keçirdikləri
layihələr barədə
məlumat verərək,
təlimçi ilə
real həyatda qarşılaşdıqları
problemlər barədə
müzakirələr aparıblar.
Qurumdan qeyd olunub ki,
keçirilmiş təlimlərdə
müvafiq dövlət
strukturları və qeyri-hökumət təşkilatları
ilə yanaşı, beynəlxalq təşkilatların
nümayəndələri də
iştirak edib.
HƏQİQƏT
Kaspi.- 2009.- 4 mart.- S. 8.