Bəstəkarlar İttifaqının binası müasir dizayn elementləri ilə zənginləşir 

 

Yeni binanın açılışı gələn aya gözlənilir

 

"Bəstəkarlar İttifaqının yeni binası bir aydan sonra istifadəyə veriləcək". Bu xəbəri bizə qurumun sədri Firəngiz Əlizadə verib. Firəngiz xanım tarixi binanın yenidən bəstəkarların istifadəsinə verilməsini ittifaqın 75 illik yubileyinə qiymətli hədiyyə olaraq dəyərləndirdi. "Ötən ildən başlayan təmir işləri artıq yekunlaşır. Hazırda xırda tamamlama işləri görülür. Təmir zamanı binanın əvvəlki memarlıq üslubu qorunub, eyni zamanda burada müasir dizayn elementləri öz əksini tapıb. Binanın 2 3-cü mərtəbələri demək olar ki, hazırdır. Otaqlara lazımi inventarlar mebeller qoyulub. Binanın 3-cü mərtəbəsində 120 nəfərlik konsert salonu səsyazma studiyası, musiqi redaksiyalarına xidmət edən otaqlar yaradılıb. İkinci mərtəbədə isə ittifaqın işçilərinin katibliyin inzibati otaqları yerləşir".

Firəngiz xanım təmir işləri davam edən 1-ci mərtəbədə xırda otaqlar olmayacağını bildirdi. Burada musiqiçilərin əlyazmalarının saxlanılacağı kitabxana geniş konfrans zalı tezliklə istifadəyə veriləcək: "Bəstəkarlar İttifaqının yenilənmiş binasında beynəlxalq region bölmələri üçün otaqlar ayrılıb. Bu istiqamətdə fəaliyyətimizi rahat intensiv şəkildə həyata keçirə biləcəyik".

Xatırladaq ki, Bəstəkarlar İttifaqının binası 19-cu əsrdə inşa edilib o, memarlıq abidəsi kimi qeydiyyatdadır. 

 

 

Kaspi.- 2009.- 5 mart.- S. 15.