Jurnalist Qadınlar
Assosiasiyası mükafatlarını
təqdim etdi
Dünən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası
(AYQA) illik mükafatlarının
təqdimetmə mərasimini
keçirdi. Tədbiri açan assosiasiyanın
rəhbəri Sevil Yusifova bildirdi ki, jurnalistika sahəsində öz peşəsilə seçilən
qadınların mükafatlandırılması
və xüsusi diplomlarla təltif edilməsi əslində onların əməyinə
verilən bir qiymətdir. Bu həm
də cəmiyyətin
mətbuata olan münasibətinin bir göstəricidir: "Çünki
biz yalnız "İlin
Qadın Jurnalistini"
seçmirik, eyni zamanda jurnalist qadınlara dəstək olan qurumları və yaxud məmurları,
diplomatları və diplomatik korpusları da seçirik". S.Yusifova onu vurğuladı ki, bu ənənə
AYQA tərəfindən artıq
on ildir ki, həyata keçirilir.
Keçən ilki nominantlar arasında "Azərbaycan" qəzetinin
şöbə müdiri
Flora Xəlilzadə, Amerikanın
Azərbaycandakı səfiri
Ann Dersi, Türkiyənin
Azərbaycandakı səfirliyinin
mətbuat məsələləri
üzrə müşaviri
Bülent Uğur və müxtəlif telekanalların, radioların
jurnalist xanımları
olub. Sonra isə ilin jurnalistləri
elan olundu: "Mətbuatın inkişafındakı
xidmətlərinə görə"
- tənqidçi publisist
Bəsti Əlibəyli,
İctimai Televiziyanın
"Səhər" proqramları
departamentinin rəhbəri
Səidə Musabəyli,
"Assoşieyted Press"in
müxbiri Aidə Sultanova, Qafqaz jurnalistləri internet saytının
Azərbaycan üzrə
koordinatoru Anna Batkulaşvili,
"Strana" qəzetinin
baş redaktoru, "Novosti.az" internet saytının
baş direktoru Gülnarə Məmmədzadə
mükafatlandırıldı.
"Ən yaxşı müəllif verilişinə
görə" - Fəxriyyə
Xələfova, "İlin
ən yaxşı televiziya xəbər proqramı" - "Azad Azərbaycan"
televiziya yayım şirkətinin xəbər
departamenti elan edildi. İlin ən ən
yaxşı "FM" radiosu
- Xəzər radiosu,
"Regionda ilin ən yaxşı televiziya kanalı"
"Regional" TV elan edildi.
İlin ən yaxşı informasiya agentliyi isə "Trend" oldu.
Mükafatlandırılanlar arasında Milli Məclisin üzvləri də var. Rəbiyyət Aslanova və Qənirə Paşayeva
"Mətbuata açıq
olan millət vəkilləri", Məlahət
Həsənova isə
"Qadın layihələrini
dəstəklədiyinə görə" diplomla təltif edildilər. S.Yusifova vurğuladı
ki, ilin ən yaxşı mətbuat katibi BMT-nin informasiya departamentinin rəhbəri
Envera Səlimoviç
elan olunur. Mətbuata açıq olan dövlət qurumları içərisində Xarici
İşlər Nazirliyinin
mətbuat xidməti, xarici səfirliklər içərisində isə
ABŞ səfirliyi fərqlənib.
Mətbuata açıq diplomat isə Türkiyənin ölkəmizdəki səfiri
Hulusi Kılıc elan edilib.
Məlumat üçün qeyd edək ki, AYQA özündə ölkəmizin
peşəkar jurnalistlərini
birləşdirən qeyri-siyasi,
qeyri-kommersiya, ictimai əsaslarla fəaliyyət
göstərən Qeyri-Hökumət
Təşkilatıdır. Təşkilat əsasən qadın jurnalistləri bir araya gətirərək ölkəmizin demokratikləşməsi,
inkişafı prossesində
qadınların iştirakına
yardım edir.
Kamran
Kaspi.- 2009.- 7-10 mart.- S.15.