2008-ci ildə 9175 səyyar vergi yoxlaması aparılıb 

 

Qanun pozuntularına görə 88,1 milyon manat maliyyə sanksiyası tətbiq edilib

 

Vergi nəzarəti işlərinin keyfiyyətinin səmərəliliyinin artırılması məqsədilə 2008-ci ildə ümumilikdə 9175 səyyar vergi yoxlaması aparılıb. Yoxlamalar nəticəsində 302,6 milyon manat əlavə vergi hesablanıb, aşkar edilmiş qanun pozuntularına görə 88,1 milyon manat maliyyə sanksiyası tətbiq edilib. Bu barədə məlumat verən Vergilər Nazirliyindən bildirilib ki, ötən müddətdə müxtəlif sahələr üzrə normativ sənədlər də hazırlanıb. Belə ki, normativ sənədlər audit funksiyasının həyata keçirilməsi məqsədilə hesabat dövründə aparılan struktur, işçi sayı, funksional dəyişikliklər barədə, səyyar vergi yoxlamalarının təyin olunmasına əsas verən kriteriyalar, audit seçiminin aparılması mexanizmi və s. ilə bağlıdır. Hesabat dövründə əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi də araşdırılıb. Bu halların aşkar edilməsi üzrə 10440 obyektdə vergi nəzarəti keçirilib. Nəzarət aparılmış obyektlərdə 2704 fiziki şəxsin müqavilə bağlamadan işə cəlb olunması ilə əlaqədar nöqsan aşkar edilib. Aşkar edilmiş nöqsanlara görə 2525,0 min manat maliyyə sanksiyası tətbiq edilib. Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə isə ötən müddətdə 9740 obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilib. 8986 obyektdə qanun pozuntuları aşkar edilib. Nəzarət işlərinin nəticələrinə görə vergi qanunvericiliyinə müvafiq olaraq 11021 akt tərtib edilib, 6022,2 min manat məbləğində inzibati cərimə və maliyyə sanksiyası tətbiq olunub.

Vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin aşkar edilməsi üzrə tədbirlər də davam etdirilib. Həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində 2008-ci ildə 2301 sahibkarlıq fəaliyyəti göstərən şəxsin vergi orqanlarında qeydiyyatdan keçmədiyi aşkar olunub. Həmin şəxslər barəsində vergi qanunvericiliyinə uyğun olaraq 2536 akt tərtib edilib və təqsirkar şəxslər barəsində 96,8 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

"Fərqlənmə nişanı" almadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma fəaliyyəti ilə məşğul olan şəxslər də ötən müddətdə azlıq təşkil etməyib. Aparılmış operativ nəzarət tədbirləri nəticəsində 2008-ci ildə 536 şəxsin belə fəaliyyət göstərməsi üzə çıxarılıb. Həmin şəxslər barəsində 789 akt tərtib olunub və 30,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə gəlincə, bu sahədə neqativ hallar müəyyənləşib. Bu halların aşkar edilməsi üzrə 2008-ci ildə 1161 obyektdə operativ vergi nəzarəti həyata keçirilib. 1157 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Təqsirkar şəxslərə 1172 inzibati xətalar haqqında protokol tərtib olunub. Tərtib olunmuş protokollar əsasında təqsirkar şəxslərə 23,2 min manat məbləğində inzibati cərimə kəsilib. Bundan başqa, hesabat müddətində valyuta sərvətlərinin ticarət, iaşə xidmət müəssisələrində (ictimai yerlərdə) qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması ya dəyişdirilməsi faktları da müəyyən olunub. Onların aşkarlanması üzrə 2008-ci ildə 792 operativ vergi nəzarəti tədbiri həyata keçirilib 792 halda da qanunvericiliyin pozulması faktları aşkarlanıb. Üzə çıxarılan nöqsanlara görə inzibati xətalar haqqında 915 protokol tərtib edilib. Tərtib olunmuş protokollara əsasən, təqsirkar şəxslərə 29,3 min manat məbləğində inzibati cərimə kəsilib.

Yoxlamalardan kənarda qalmayan digər sahə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq olmadan məşğul olan şəxslərin aşkar edilməsidir. Bu istiqamətdə 2008-ci ildə 3076 obyektdə operativ vergi nəzarəti həyata keçirilib. Bunun da nəticəsində 2931 halda qanunvericiliyin pozulması faktları müəyyənləşib. Aşkar edilmiş nöqsanlara görə inzibati xətalar haqqında 3278 protokol tərtib olunub materiallar baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib.

2008-ci ildə aparılan yoxlamaların bir istiqaməti isə aksiz markaları ilə bağlı olub. Belə ki, ötən dövrdə 333 obyektdə aksiz markaları ilə markalanmamış ya saxta aksiz markaları ilə markalanmış tütün məmulatı alkoqollu içkilər aşkar edilib. Üzə çıxarılan 11516 ədəd malın ümumi dəyəri isə 18,4 min manat təşkil edib. Aşkar olunmuş qanun pozuntusu halları ilə əlaqədar İnzibati Xəta haqqında 350 protokol tərtib edilib. Tərtib olunmuş materiallar baxılması üçün aidiyyəti məhkəmə orqanlarına göndərilib. Məhkəmə orqanları tərəfindən çıxarılmış qərarlara əsasən təqsirkar şəxslərə 9,9 min manat məbləğində inzibati cərimə kəsilib.

Keçən il nazirlik vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, regionlarda sahibkarlığın inkişafı əlverişli biznes mühitinin formalaşdırılması tədbirlərini davam etdirib. Bu məqsədlə qurum tərəfindən vergi ödəyiciləri üçün 15 kompyuter terminalı yaradılıb vergi ödəyicilərinin istifadəsinə verilib. Kompyuter terminalları yeni mebel, müasir kompyuter kompyuter avadanlıqları, sürətli kommunikasiya sistemi, o cümlədən internet xətti ilə təchiz edilib. Bundan başqa, 2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipinə uyğun aparılması da qeydiyyat üçün əlverişli şərait yaradıb. Eyni zamanda, yeni qeydiyyatdan keçən bütün şəxslərə elektron mübadilə haqqında müqavilə üzrə xidmət göstərilməklə onlara bəyannamələrinin elektron formada göndərilməsi imkanı yaradılıb. Qurumdan qeyd edilib ki, ötən ilin əvvəlindən başlayaraq elektron-bəyannamənin tətbiqi daha da genişləndirilib. Belə ki, cari il ərzində 89373 vergi ödəyicisi, o cümlədən 4375 ƏDV ödəyicisi ilə vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında müqavilələr bağlanıb: "Bununla da artan yekunla elektron xidmətə cəlb edilmiş bəyannamə təqdim etməli olan vergi ödəyicilərinin sayı 77,6 faizə, ayrılıqda ƏDV ödəyiciləri üzrə isə 98,8 faizə çatdırılıb". Görülmüş tədbirlər nəticəsində 2008-ci ildə mənfəət vergisi üzrə 5820 bəyannamə ya 67,9 faizi, gəlir vergisi üzrə 1229 bəyannamə ya 44,4 faizi elektron formada internetlə göndərilib. Bundan başqa, internetlə göndərilən bəyannamələrin 75064-ü sadələşdirilmiş verginin, 11584 bəyannamə isə ƏDV-nin payına düşüb.

 

 

HƏQİQƏT 

 

Kaspi.- 2009.- 11 mart.- S. 8.