Plagiat mətbuat

 

Qəzetçilər yazmaqdansa, köçürməyə üstünlük verir

 

Mətbuat Şurası ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Mətbuatda peşə etikası: norma qanunların gözlənilməsi" adı altında monitorinqin fevral ayı üçün ilkin nəticələrinə yekun vurub. Bu barədə dünən keçirilən mətbuat konfransında şuranın sədri Əflatun Amaşov məlumat verib. Monitorinqin məqsədi Azərbaycan mətbuatında gedən prosesləri izləyib aşkarlamaq, əldə olunan nəticələri ictimaiyyətin nəzərinə çatdırmaqla jurnalistlərin peşə fəaliyyətində dönüş yaratmaq, onların öz işlərində yol verdikləri neqativ cəhətləri aradan qaldırmaq olub. Ə.Amaşovun sözlərinə görə, monitorinq "Monitorinq iştirakçıları üçün təlimat" prinsipləri əsasında aparılıb. Bu prinsiplər isə Azərbaycan Respublikasının KİV haqqında qanununun "Azərbaycan jurnalistlərinin Peşə Davranışı qaydaları"nın tələblərinə uyğundur. Həmin prinsiplərə görə, mətbuatda ehtimal olunan bütün peşə etikası pozuntuları 50 kod-mövqe vasitəsilə stimullaşdırılır. Kodlarla simvollaşdırılmış pozuntular öz yaxınlığı müxtəlifliyinə uyğun olaraq 13 yarımkateqoriyaya ayrılmaqla üç əsas kateqoriyada əhatə olunur. Monitorinqin fərqləndirən cəhət diqqətin jurnalist fəaliyyəti çevrəsinin yalnız peşə etikasına yönəlməsidir. Siyasi, sosial digər sahələr monitorinqin tədqiqat obyektindən kənar olub.

Məlumat verildi ki, monitorinq zamanı ölkədə nəşr olunan 57 KİV 3 internet sayt izlənilib. Bu isə ay ərzində 1200 qəzetin nəzərdən keçirilməsi deməkdir. Bir ay ərzində aparılan monitorinqin nəticəsi mətbuat üçün heç ürəkaçan olmayıb desək, yanılmarıq. Belə ki, ay ərzində 2545 peşə etikası pozuntusu aşkarlanıb. Bu pozuntuların 2355-i mətbu KİV-, 190-ı isə internet saytlarda qeydə alınıb. Bu isə orta hesabla hər mətbuat orqanı üçün 42 pozuntu deməkdir.

Aylıq yekunda diqqət cəlb edən məqam 30 kod-mövqeyə uyğun seçilmiş peşə pozuntularının çoxluq təşkil etməsidir. Bu 30 koddan 13 peşə pozuntusu kodunun daha çox qeydə alındığı nəzərə çarpır. Pozuntular arasında "özgə müəllifin yazılarına (yaxud xəbərlərinə) istinad edilmədən istifadə" prinsipi antiliderdir. Bu hala az- çox, 530 dəfə rast gəlinib (ümumi göstəricilərin 20,8%-i). 444 dəfə qeydə alınan "özgəsinin materialının müəllifi göstərilmədən öz imzası ilə istifadə" pozuntusu növbəti yeri tutur. Bundan başqa, "balansın (tarazlığın) pozulması" (384 dəfə, 15,1%), "jurnalist tərəf kimi çıxış edir" (324 dəfə, 12,7%), "inandırıcı olmayan izaha əsaslanmaqla informasiya mənbəyinə istinad yoxdur" (296 dəfə, 11%), "jurnalistin lehinə ya əleyhinə təbliğatı" (220 dəfə, 8,6%), "işgüzar imicə vurulan zərbə" (68 də, 2,7%), "böhtan" (68 dəfə, 2,7%), "faktın təhrifi" (41 dəfə 1,6%), "hadisənin şərait detallarının təhrifi" (35 dəfə 1,3%), "real olmayan fakta əsaslanmış tənqid" (35 dəfə, 1,3%), siyasi ayrı-seçkilik ya mənsubiyyətə görə nalayiq münasibət (31 dəfə, 1,2%), "zorakılıq cinayət qurbanlarının şəxsiyyətini dəqiqləşdirməyə imkan verən fotoşəklin, adın başqa detalların dərci" (13 dəfə, 0,5%) pozuntuları qeydə alınıb.

Öz səhifələrində eyni pozuntunun xarakterik hal aldığı qəzetlərə gəldikdə isə bu siyahıya "Təzadlar" qəzetinin "liderlik" etdiyi məlum olub. Bu qəzetdə "özgə müəllifin yazılarına istinad edilmədən istifadə" pozuntusuna daha çox yer verilib (128 dəfə). "Balansın pozulması"na görə iki qəzetin adı daha çox hallanıb. Bu, "Yeni Müsavat" "Müasir Müsavat" qəzetləridir.

Aparılmış monitorinq nəticəsində bəlli olub ki, "adın qorunması (şərəf ləyaqət, şəxsi həyatın toxunulmazlığı" prinsipləri ay ərzində 184 dəfə pozulub. Bu siyahıya "Müasir Müsavat" həftədə 2-3 dəfə çıxmasına baxmayaraq 91 dəfə prinsipləri pozmaqla "liderlik" edir. Bu sırada "Yeni xəbər", "Açıq fikir", "Bizim yol", "Xural", "Azadlıq", "Reytinq" kimi tiraj qəzetlərin adlarına da rast gəlmək olar. Amma layihəni həyata keçirənlərin qənaəti budur ki, bu kateqoriyanı ən çox həftədə 2-3 dəfə çıxan qəzetlər pozublar.

Sonra Mətbuat Şurasının sədri jurnalistləri maraqlandıran suallara aydınlıq gətirdi. O, fəaliyyətlərini "reket" taktikası üzərində quran jurnalistika barədə yenə şok açıqlama verdi. Bildirildi ki, ölkədə fəaliyyət göstərən "reket" qəzetlərin yeni siyahısı açıqlanacaq. Onun sözlərinə görə, artıq şuranın katibliyi şikayətlər üzrə komissiyası 30 "reket" qəzetin adını müəyyənləşdirib. Amma bu qəzetlərin fəaliyyəti dönə-dönə yoxlanılandan sonra siyahının elan ediləcəyi xüsusi qeyd olundu.

Ə.Amaşov "Respublika qanunları", "Dövlət qanunları" "Qanun gerçəklik" qəzetlərinin əməkdaşlarının "reketçilik" məşğul olduqlarına görə həbs olunmasına da münasibət bildirdi: "Bu qəzetlər 2007-2008-ci illərdə qeydiyyatdan keçib Mətbuat Şurasının üzvü deyil. Şuranın yalnız 180 üzvü var. "Respublika qanunları" qəzeti ilə bağlı ötən il bir qaçqın qadından şuraya şikayət daxil olmuşdu". Bununla belə, Ə.Amaşov Mətbuat Şurasının ölkədə çıxan bütün yazılı informasiya vasitələrinə nəzarət etmək niyyətində olduğunu açıq bildirdi. Əks halda media sahəsindəki problemlərin bir hissəsi həll edilməmiş qalacaq: "Bu yolla ölkədə çıxan qəzetlərin hər birinin necə fəaliyyət göstərdiyini bilmək istəyirik".

 

 

SƏNAN 

 

Kaspi.- 2009.- 14-16 mart.- S. 4.