İstratov getdi 

 

Diplomat ötən günlərdən razıdır gələcəyə ümidlə baxır

 

"Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla Rusiya arasında demək olar ki, bütün məsələlər həllini tapıb". Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov diplomatik missiyasının başa çatması münasibətilə keçirdiyi mətbuat konfransında söyləyib. O, Rusiya, Azərbaycan Gürcüstan sərhədlərinin kəsişdiyi yerin hələ razılaşdırılmadığını söyləsə , bu məsələdə Azərbaycanla Rusiya arasında hər hansı problem olmadığını deyib: "Yalnız Samur sərhəd çayının bölünməsi məsələsi həll olunmayıb".

Qeyd edək ki, çayın böyük hissəsi Rusiya ərazisindən keçir. Lakin onun suyunun 80 faizi hələ sovet dövründən Azərbaycan tərəfindən istifadə edilir: "Hansı rəqəmlərin olması ilə bağlı anlayış var, amma hələ hər şey razılaşdırılmayıb. Başqa problemlər isə yoxdur". Diplomat Bakıda fəaliyyət göstərdiyi müddətdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşdığını deyib. Bu prosesdə səfirlərin rolunun minimal olduğunu vurğulayan V.İstratov dövlətlərarası münasibətlərin daha çox ölkə başçılarının münasibətlərindən asılı olduğunu söyləyib: "Dövlətlərarası münasibətlər yaxşı qurulub, prezidentlər arasında şəxsi əlaqələr kifayət qədər yüksək səviyyədədir. Gedərkən, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında münasibətlərin daha da yaxşılaşdığı haqda fikirlər söyləmək istənilən səfir üçün xoşdur".

Azərbaycanın Rusiyadakı səfirliyinə aid binaların mülkiyyətçilik məsələsi ilə bağlı sualı cavablandıran V.İstratov bildirib ki, ötən ay Moskva hökuməti bu binaların federal mülkiyyətə keçməsi haqqında sərəncam imzalayıb: "Lakin sənədin imzalanması ilə bitmir. Bu, mürəkkəb prosesdir yaxın həftələrdə başa çatmalıdır".

V.İstratov ümidvardır ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının növbəti iclası 2009-cu ilin yayına qədər keçiriləcək. Səfir bu iclas çərçivəsində investisiyaların qarşılıqlı müdafiəsinə dair sənədin imzalanmasının mümkünlüyünü istisna etməyib: "Bu sazişin imzalanacağını hesab etməyə çox əsas var". O eyni zamanda qeyd edib ki, bu sənəd üzərində çoxlu sayda aydınlaşdırma tələb edir: "Bunun üçün o, hökumətlərarası komissiyanın iclası çərçivəsində imzalanmağa hələ hazır olmaya bilər".

Azərbaycanda çalışdığı dövrdə onunla əməkdaşlıq edən yurnalistlərlə minnətdarlığını bildirən səfir bu münasibətlərdə balansın müsbət olduğunu vurğulayıb. Yeni təyinatı haqda məlumat verməyən diplomat Ukraynaya səfir göndəriləcəyinə dair informasiyanı təkzib edib. Özü ilə Azərbaycanı daim ona xatırladacaq isə aparıb-aparmadığı ilə bağlı sualı cavablandıran V.İstratov bir neçə Azərbaycan xalçası əldə etdiyini söyləyərək əlavə edib ki, dünyada ən gözəl xalça Azərbaycan xalçasıdır.

Səfiri dünən prezident İlham Əliyev qəbul edib. AzərTAc-ın məlumatına görə, dövlət başçısı Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb Bakıda diplomatik fəaliyyəti dövründə səfirin əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminliyini söyləyən prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

V.İstratov ölkəmizdəki səfirlik fəaliyyətinə verilən qiymətə görə dövlət başçısına minnətdarlıq edib. O, iki ölkənin prezidentləri arasında olan səmimi münasibətlərin qarşılıqlı əlaqələrin inkişafındakı rolunu xüsusi vurğulayıb. V.İstratov Azərbaycanda səfir kimi çalışmasından məmnun qaldığını bildirib.

Xatırladaq ki, Rusiyanın Azərbaycanda yeni səfiri Vladimir Doroxin təyin edilib. O, son vaxtlara kimi RF XİN- xüsusi tapşırıqlar üzrə səfir postunu tutub Rusiya Qara dəniz donanmasının Ukraynada yerləşməsi fəaliyyətilə bağlı məsələlərə kuratorluq edib.

 

 

Azər NURİYEV

 

Kaspi.- 2009.- 14-16 mart.- S. 2.