"Sevgidə
qanunlarım çox əzazildir"
Xumar Qədimova: "Qoy Ülvi
Qılınc məni sevməyi, mənimlə bir yerdə
olmağı xəyal etsin"
Sənətçi Xumar Qədimovanın
APA-ya müsahibəsini ixtisarla təqdim edirik.
-
Ad gününüzü kimlərlə və necə
keçirdiniz?
-
Mən heç zaman ad günümü çox dəbdəbəli,
kameralar qarşısında, xüsusi olaraq keçirməmişəm.
Əslində bu cür təmtəraqlı ad günü
keçirməyin əleyhinəyəm. Toyda da əlavə
kameraları xoşlamıram. Tutaq ki, balamın toyudur, orada
kameraların, televiziya çəkilişinin nə işi var?!
Mən hər hansısa bir adi gündə dostlarımı
başıma yığıb gəzirəm, əylənirəm.
Hamı da soruşur ki, "Xumar xanım, ad
gününüzdür?" Ancaq ad günümdə əylənə
bilmirəm, çünki yaşımın üstünə
yaş gəlir. Ad günü mənim üçün önəmli
olmadığı üçün heç danışmaq da
istəmirəm, nə hədiyyələrdən, nə
qonaqlardan... İstəməsəm də, gözləməsəm
də, təbriklər olur. Heç zaman hədiyyələrin
dəyərinə qiymət verməmişəm. Bir ad
günümün, bir də Yeni ilin tez gəlib keçməsini
istəyirəm. Uşaqlıqda eşitdiyim mahnıları
eşidəndə boğuluram.
-
Yaşlanmağınız sizi narahat etmir ki?
-
Mən ruhumun yaşındayam. İllər keçdikcə
bunu daha çox hiss edirəm. Mən 20 yaşında 40
yaşlı qadının yerində olmaq istəyirdim. Əlbəttə
ki, söhbət gözəl qadınlardan gedir. İndi
cavanlıq şəklimə baxıb deyirəm ki, bu
yaşımda daha gözələm. Bilmirəm bu özünə
vurğunluqdur, yoxsa nədir. Gözəllik, xoşbəxtlik məfhumları
mənim üçün nisbi anlayışdır. Bir adam
özünə qulluq etməklə gözəl olmur, gərək
Allah insanı gözəl yaratsın. İnsanlar
tanıyıram ki, hər saniyə özlərinə əl gəzdirirlər,
ancaq heç gözəl də olmurlar.
-
Onda ruhunuzun yaşını açıqlayın...
-
Ruhum anlarla yaşını göstərir. Ola bilər ki,
qış olur, amma mən bahar görünürəm, elə
olur qış görünürəm, ancaq məndə
bahardır. Ruhumun mövsümü dəyişir.
-
Sizin ifanızı dinləyənlərin əksəriyyətinin
fikrincə, çox sevirsiniz və məhz bunun
üçün də mahnıları bu cür ürəkdən
ifa edirsiniz.
-
Mən heç kəsi sevmirəm, sadəcə, sevgini sevirəm,
sevginin tərifini bilirəm. Ona görə də
mahnıları ürəkdən ifa edirəm. Kimsə gəlib
mənə öz sevgisini etiraf edir. Ətrafdakılara elə
gəlir ki, o, sevgisindən Məcnun olub. Ancaq mənim
üçün elə deyil, o, Məcnun deyil. Allah eləməsin,
əgər ömrümün sonuna kimi heç kimi sevməsəm,
mahnıları elə oxuyacağam ki, hamı elə biləcək
ki, Xumar çox dərindən sevir.
-
Sevginin tərifi nədir?
-
Biz yaşayırıq, nəfəs alırıq, bizi
müşayiət edən ancaq sevgidir. Həyatımda sevdiyim
şəxs olmasa da, sevgi məni hər zaman müşayiət
edir. Ona görə də sevgini sevirəm. Məni sevənlərin
sayı-hesabı yoxdur, amma mən sevmirəm. Hal-hazırda mənim
ürəyim boşdur. Uzun müddətdir ki, boşdur, sonuncu
dəfə 2000-ci ildə sevmişəm. Mənə xoşbəxt
deyənlər az deyil, bilən yoxdur bağrım başı
yaradır. Mahnını oxuyarkən yaşayıram, bəlkə
ona görə də hamıya elə gəlir ki, kimisə
sevirəm. Hətta oxu daşa dəyib deyənlər də.
-
Sevəcəyiniz insanda hansı xüsusiyyətlər
olmalıdır?
-
Vəfa, sadiqlik, səmimiyyət. Sadaladığım bu
xüsusiyyətlərin hamısı məndə var. İllərdən
bəri rəfiqələrim deyirdilər ki, sənin
üçün həyatda çox çətin olacaq. Səbəbini
belə izah edirlər ki, sən çox ağıllısan,
gözəl xüsusiyyətlərin çoxdur, sevgidə
istedadlısan, hər zaman qarşındakını
ağır basacaqsan. Bəlkə də qarşımdakı
insanda da çox gözəl xüsusiyyətlər var, ancaq o
dəyərlər k, sevgiyə lazımdır, onda yoxdur. Doğrudan
da indi mənim üçün çox çətindir.
-
Maraqlıdır, sevmək də istedad tələb edir?
-
Əlbəttə, sevmək elə özü böyük bir
istedaddır. Bir də görürsən kimsə çox
sevdiyini iddia edir, ancaq heç bilmir ki, sevmək nədir. Bu mənim
bürcümlə də bağlıdır. Buğa bürcləri
adətən belə olur. Ancaq elə Buğalar tanıyıram
ki, kifayət qədər də sünidir.
-
Bəs, bu ad günündə özünüzə nə arzu
etdiniz?
-
Mənəvi rahatlıq... Bunun üçün hər şey
var.
-
Bir oğlunuz var. Bəs həyat yoldaşınızla
hansı xüsusiyyətlərə görə ailə
qurmusunuz?
-
Əslində bu barədə danışmağı
xoşlamıram. Çünki mən ruhumda, beynimdə qəbul
elədiyim, ürəyimdə olan bir şeydən
danışmaq istəyirəm. O yoxdur artıq, bitib.
İnanın ki, heç nəyini xoşlamamışam. Sadəcə,
ənənələrə görə ailə qurmaq istəmişəm,
özümü adət-ənənələrimizə qurban
vermişəm. Valideynlərim mütləq ailə qurmaq
lazımdır deyib, mən də dinləmişəm.
-
Son zamanlar keçirilən çoxsaylı mərasimə
sizin hər zaman tək və incik halda qatılmanız diqqətlərdən
qaçmır. Deyəsən, kimlərsə sizi yaman
küsdürüb...
-
Məclislərdə həmkarlarıma
qaynayıb-qarışmamağıma gəldikdə, bunu
xarakterimlə əlaqələndirmək lazımdır. Tutaq
ki, məclislərdə hamı deyir, gülür, ancaq mən
xəyallara dalıb sakit otururam. Kənardan isə bu,
küskünlük kimi qiymətləndirilir. Qətiyyən
küsməmişəm. Gülmürəm,
danışmıram o demək deyil ki, kimdənsə küsmüşəm.
Dostlarımın gülməyindən zövq alıram. Hətta
aradabir onlara ürəyim ağrıyır. Çünki
onları eşitmirəm, başqa dünyadayam. Kənardan
baxanlar isə Xumarı küsdürüblər, Xumarı
heç saya saymırlar deyir. Düzdür, bu günə kimi
məni saymayan olmayıb. Mən kimisə saya
salmamışam. Etiraf edim ki, süniliklər həddən
artıq çoxdur. Sənət aləmindəki münasibətlərdə
də sünilik var. Bir də görürsən, gəlib
başlayırlar danışmağa - dünən bir tədbirdə
idik, orada filankəslər var idi. Yəni həmin məclislərə
imic xətrinə gedirlər. Ancaq mən üçün həmin
o imicli məclisə getməkdənsə, uşağımla
oturub çay içmək daha dəyərlidir. Amma əfsuslar
olsun ki, həmin süni məclislər üçün
ürəyi gedənlər var. Hətta fəxr edirlər ki, filan yerdə oturmuşdum,
orada filan adamlar var idi. Otururlar o məclislərdə onun-bunun
dalınca qeybət edirlər. Elə mənim də qeybətimi
edirlər. Qaynayıb-qarışmamağımı da
özümdən razılıq kimi qiymətləndirirlər.
Əslində mən onların qeybətindən
qaçıram. Çünki qeybətdən zövq
almıram.
-
Ülvi Qılınc sizə evlənmə təklifi etsə,
razılaşarsınız?
-
Heç zaman razılaşmaram. Hüseyn Cavidin bir misrası
var: "Xəyal evet, yaşadan əhli-halı yalnız odur,
yaşarsa insan az-çox xəyal içində
yaşasın". Mən də belə insanlardanam, ona da xəyal
etməyi məsləhət görmüşəm. Qoy Ülvi
məni sevməyi, mənimlə bir yerdə olmağı xəyal
etsin.
-
Sənət aləmində Xumar Qədimovanın dostu yoxdur?
- Sənət
aləmində özümə yaxın bildiyim kimsə yoxdur.
Rəfiqəm bacımdır. Bir də görürsən,
heç onunla da yola getmirəm. Xarakterimiz uyğun gəlmir. Hər
zaman doğmalarıma deyirəm ki, mən ancaq sizin
qarşınızda zəifəm. Yadlarla yenə də bacara
bilərəm. İstəmirəm, qəbul etmirəm.
Müğənnilər arasında dəb düşüb,
çoxları deyir ki, "anam səni yaman
xoşlayır". Özü ölür ey mənim
üçün, gizlicə mahnılarıma qulaq asır,
özü də yanındakına deyir ki, bir az səsi azalt, kənarda
eşitməsinlər ki, Xumara qulaq asıram. Hətta mənim
ifamdan bəhrələnənlər də var...
-
Bir zamanlar dost deyib bağrınıza basdığınız
Aygün Kazımova ilə dostluğunuza son
qoymağınızın səbəbi nədir?
- Bu
münasibətlərdə də xarakter çox önəmli
rol oynadı. Düşündüm ki, bəlkə məsafə
saxlasaq, daha əziz olarıq. İstəmədim k, münasibətləri
çox pis formada bitirək. Mən Aygünün, Aygün isə
mənim evimdə olub, bir yerdə çörək kəsmişik.
O vaxtlara peşman deyiləm. Bəlkə də münasibətlər
səmimi deyildi, amma səmimi təsir
bağışlayırdı. Mən imkan verməzdim səmimiyyətsizlik
olsun. Aygündən özümə qarşı ancaq sevgi
görmüşəm. Elə mən də ona hər zaman
sevgi bəsləmişəm. Sadəcə, bəzi nüanslar
mane olub. Mən də həmin nüansları heç kimə
demərəm. Əminliklə deyə bilərəm ki, mən
Aygünün dostlarının içində ən
maraqlısı olmuşam. Ümumiyyətlə, hamı
üçün ən maraqlı dost olmuşam.
-
Fərqli cəhətlərinizdən biri ad günlərinə
gedəndə hədiyyə aparmamağınızdır.
- Hə,
düzdür, Aygünün ad gününə hədiyyə
aparmamışdım. Elə Nadirin ad gününə də
hədiyyə aparmamışdım. Həmin vaxt heç
birisi ilə danışmırdıq, onlar məni ad
gününə dəvət edəndə,
düşündüm ki, elə mənim orada iştirakım
hədiyyədir. Amma ondan əvvəl elə bir adam deyə
bilməz ki, Xumar hədiyyəsiz gəlib, hətta mənim hədiyyələrim
hamıdan artıq olub. Ondan qabaqkı il Aygünün ad
günündə çox gözəl hədiyyə
almışdım. Ancaq bu dəfə fikirləşdim ki, mən
elə özüm ən böyük hədiyyəyəm.
-
Atanızın hüquq-mühafizə orqanlarında
çalışdığı barədə məlumatlar
var...
-
Atam İttifaq Qədimov çox vəzifələrdə
işləyib. Həbsxana rəisi olub, cinayət-axtarış
sistemində işləyib. Azərbaycanın çox
rayonlarında önəmli vəzifələrdə
çalışıb. Onun adını hər zaman, elə
indi də çox böyük fəxrlə çəkirəm.
Mən xaraktercə atama oxşayıram. Həyat
yoldaşını, balalarını çox sevib. Çox mərd
bir kişi olub. Mən belə bir kişinin qızıyam.
Çoxları elə bilir ki, biz qazaxlıyıq, ancaq belə
deyil. Biz irəvanlıyıq. Atam da, anam da çox məşhur-köklü
bir nəsildəndirlər. Hər iki valideynim İrəvandandır.
Sadəcə, 1948-ci ildəki hadisələri zamanı Qazaxa
köçüblər və mən orada anadan olmuşam.
Atamın iki ali təhsili var idi. Biz hər şeyi ailəmizdən
görmüşük, sonradan görənlərdən deyilik.
-
Toylara, el şənliklərinə gedirsiniz? Toy qiymətlərini
özünüz müəyyənləşdirirsiniz?
- Bəli,
gedirəm. Ancaq getdiyim el şənlikləri ilə
maraqlanıram. Bir də görürsünüz elə bir adam
olur ki, çox güzəşt edirik, ancaq elələri də
var ki, bir qəpik də güzəşt etmirik, heç zaman
etmərəm də. Bunu güzəşt etdiyim insanların
sevgisinə və sənətimə verdiyi dəyərə
görə edirəm. Təmənnasız getdiyim toylar da olur.
Ancaq bütün günü toylara gedənlərdən deyiləm.
-
Bəs, nə qədər vergi ödəyirsiniz?
-
Qazancımdan asılı olaraq vergi ödəyirəm. Az
qazanan da az vergi, çox qazancım olanda isə çox vergi
ödəyirəm. Vergidən yayınanlardan deyiləm.
-
Türkiyəli sənətçi Sərdar Ortac
çıxışlarının birində cizin səsinizi
çox bəyəndiyini bildirmişdi. Hətta birgə duet
oxuyacağınıza da söz vermişdi. Bu əməkdaşlığın
sonu necə oldu?
- Mən
bir dəfə televiziyalardan birində bir söz işlətdim.
Dedim ki, "Sərdar Ortacın bəstələri çox
gözəldir, ancaq səs tembri baxımından bizim duetimizin
alınacağına inanmıram". Mən bir az coşqun
müğənniyəm. Bu sözümü ona başqa
cür çatdırmışdılar, o da incimişdi. Deyib
ki, "ona neyləmişəm ki, mənə belə
deyir". Ancaq mən onun haqqında heç də pis bir
şey deməmişdim. Sərdar Ortacla da aramızı elə
özümüzünkülər vurdu.
-
Mahnılarınızın birində "gələcəyəm,
gələcəyəm gəl desən" deyilirdi. Bu
mahnını kimə həsr etmişdiniz?
- O
mahnının konkret ünvanı var idi. Şəxsən bir
nəfər üçün oxumuşam o mahnını. Həmin
vaxt sevdiyim insan üçün çox darıxırdım.
Sonuncu dəfə 2000-ci ildə sevmişdim, o mahnın elə
həmin şəxs üçün oxumuşdum. Bir az uzaqda
idi, kitabı vərəqləyirdim, baxdım ki, fikrim
bütünlüklə onun yanındadır və bu şeiri
gördüm, oxudum, haldan getdim. Elə bil mənim halıma həsr
olunmuşdu və gecə səhərə kimi oturub yeni
mahnı bəstələdim.
-
Həmin o şəxsi artıq unutmusunuz?
- Elə
bil heç olmayıb. Mən beləyəm. Sevəndə
sevirəm və sadiq oluram, ancaq o adamdan ayrılan gündən
unuduram. Təbii ki, qarşıdakında istəmədiyim bir
şeyi görəndən sonra ayrılıram, belə xəyanətkar
deyiləm. Sevgidə qanunlarım çox əzazildir.
-
Sizə 150 min dollarlıq hədiyyə alınan evin əlinizdən
alındığı haqda məlumatlar yayılıb...
-
-
İkinci dəfə ailə qurmağı
düşünürsünüz?
- Sənəddə
nikah boş şeydir, əsas odur qəlblər bir olsun. Amma
ola bilər ki, ailə quraram, bu, mümkün şeydir. Bir də
gördün yoldan çıxdım.
-
Yəni özünüzə əməlli-başlı toy
çaldıracaqsınız?
-Niyə
də olmasın, ola bilər. Axı indi dəbdir. Ancaq bəy
mütləq yanımda oturacaq. Qoy hamı görsün,
niyə gizlədirəm ki...
Kaspi.-2009.-5 may.-S.11.