Sənədli videofilmlər müsabiqəsinə yekun vurulub

 

Ötən gün Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan" mövzusunda sənədli videofilmlər müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünün geniş qeyd edilməsi, həyat və yaradıcılığının öyrənilməsi, onun memarı olduğu Azərbaycan dövlətçiliyinin inkişaf tendensiyasının əks etdirilməsi, milli adət-ənənələrimizin zəngiliyinin təbliğ olunması, gənclərdə sənətlə məşğul olmaq üçün stimulun yaradılması və istedadlı gənclərin üzə çıxarılmasından ibarətdir.

Müsabiqədə qalib gəlmiş gənclər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə mükafatlandırılıblar. Qeyd edək ki, 1-ci yerin qalibinə 150 manat, 2-ci yerin qalibinə 100 manat, 3-cü yerin qalibinə isə 50 manat dəyərində pul mükafatı təqdim edilib.

 

 

SEVDA

 

Kaspi.-2009.-7 may.-S. 15.