"Avroatlantik məkanda Azərbaycanın
önəmini çox
yaxşı başa düşürlər"
Ziyafət Əsgərov: "Beynəlxalq
sənədlər
Azərbaycanın ərazi
bütövlüyünü müdafiə edir"
"Azərbaycan həm
də sosial dövlətdir. Bilirsiniz ki, referendum nəticəsində
Konstitusiyaya sosial yönümlü iqtisadiyyat müddəası
əlavə olunub. Bu müddəa Azərbaycanda sosial dövlət
qurulmasını özündə ehtiva edir. Bütün bunlar
onu deməyə əsas verir ki, hüquqi dövlətin
qurulması Azərbaycanda hər bir vətəndaşın, həmçinin
qeyri-vətəndaşın hüquq və
azadlıqlarının layiqli səviyyədə dövlət
tərəfindən qorunmasına xidmət edir". Bunu Milli Məclis
sədrinin birinci müavini, YAP Siyasi Şurasının
üzvü Ziyafət Əsgərov hakim partiyanın
İnternet saytına müsahibəsində deyib. O
vurğulayıb ki, Azərbaycanda hüquqi dövlətin əsaslarını
ulu öndər Heydər Əliyev müəyyənləşdirib.
Xalqın iradəsi ilə qurulan hər bir dövlətin, o
cümlədən Azərbaycan dövlətinin başlıca
məqsədi və fəaliyyət istiqamətləri
xalqın milli maraqlarını qorumaq, vətəndaşların
hüquq və azadlıqlarını təmin etməkdən
ibarətdir:
-
Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun
haqqında danışanda ilk növbədə qeyd etmək
lazımdır ki, Heydər Əliyev Azərbaycan dövlətinin
yaradıcısı, qurucusu, banisidir. Biz Azərbaycanın
bugünkü nailiyyətləri üçün ulu öndər
Heydər Əliyevə borcluyuq. Bu gün ölkəmizin
müşahidə olunan hərtərəfli
inkişafının təməlini Heydər Əliyev qoyub. Tarixə
qısaca ekskursiya edək və Heydər Əliyevin ölkəmizdə
ikinci dəfə hakimiyyətə gəldiyi dövrə baxaq.
O dövrdə ölkəmizdə hakimiyyət
sükanının arxasında əyləşən siyasətçilərin
səriştəsizliyi ucbatından Azərbaycanda xaos
yaranmışdı, ölkə vətəndaş müharibəsi
girdabında idi və dövlət müstəqilliyi faktiki
olaraq təhlükə altında idi. Belə bir vəziyyətdə
hakimiyyətə gəlmək, ölkəni xaos vəziyyətdən,
vətəndaş müharibəsi təhlükəsindən
qurtarmaq, dövləti sabit inkişaf yoluna çıxarmaq hər
adamın bacaracağı bir iş deyildi. Bunun
üçün Heydər Əliyev zəkasına sahib olmaq
lazım idi. Heydər Əliyev o qədər böyük
şəxsiyyətdir ki, onun fəaliyyətini bir müsahibədə,
məqalədə analiz etmək mümkün deyil. Azərbaycan
inkişaf etdikcə və uğurları artdıqca Heydər Əliyevin
böyüklüyü daha da qabarıq görünür. Bu
dövlətin baza prinsiplərini Heydər Əliyev necə
müəyyən edibsə, Azərbaycan buna da uyğun olaraq
inkişaf edir. Heydər Əliyev şəxsiyyətinin, onun fəaliyyətinin
az bir hissəsini öyrənmişik. Zaman keçdikcə biz
Heydər Əliyevin nə qədər böyük şəxsiyyət
olduğunu daha geniş anlamağa başlayırıq. 1990-cı
illərin əvvəlində Heydər Əliyev bu dövləti
yaradanda, prinsipləri müəyyənləşdirəndə
ola bilsin ki, biz bunun mahiyyətini o qədər də dərk
etmirdik. Amma biz indi bu prinsiplərin nə verəcəyini daha
dəqiq görə bilirik. Biz Heydər Əliyev irsini,
dövlətçilik fəlsəfəsini elmi əsaslarla
öyrənməkdə davam etməliyik. Azərbaycan dövləti
inkişaf etdikcə Heydər Əliyev irsi daim öyrəniləcək,
siyasi və hüquqi fəaliyyətimizdə bir örnək
olacaq.
-
Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk günlərində
Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi
geniş vüsət aldı. Yeni qanunlar qəbul olunmağa
başladı, insan hüquqlarının qorunmasının
gücləndirilməsi istiqamətində onlarla qərarlar qəbul
edildi. Bir hüquqşünas, Azərbaycanda hüquqi sənədlərin,
aktların qəbul olunduğu qurum olan Milli Məclisin birinci
vitse-spikeri kimi bu prosesi necə qiymətləndirirsiniz?
-
Bu gün biz "Heydər Əliyev Azərbaycan dövlətinin
qurucusudur" deyəndə, eyni zamanda onu nəzərdə
tuturuq ki, Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin
qurucusudur. Bu, çox ciddi məsələdir. Ümumiyyətlə,
hüquqi, Konstitusion dövlət hər xalqa nəsib olmayan
anlayışdır. Bizim xoşbəxtliyimiz ondadır
ki, ümummilli lider Heydər Əliyev eyni zamanda dövlətimizin hüquqi əsaslarını
qurub. Hər bir hüquqi dövlətin özünəməxsus
əlamətləri var.
Konstitusion dövlət
nədir? Yəni bu dövlətdə ilk növbədə qanunun aliliyi, hakimiyyətin bölünməsi,
vətəndaşların sosial
müdafiəsi, siyasi
plüralizm və sairə prinsiplər əsas götürülür,
dövlət bu prinsiplər üzrə idarə olunur. Azərbaycan həm də sosial dövlətdir. Bilirsiniz ki, referendum nəticəsində Konstitusiyaya
sosial yönümlü
iqtisadiyyat müddəası
əlavə olunub. Bu müddəa Azərbaycanda sosial dövlət qurulmasını
özündə ehtiva
edir. Bütün bunlar onu deməyə əsas verir ki, hüquqi
dövlətin qurulması
Azərbaycanda hər bir vətəndaşın,
həmçinin qeyri-vətəndaşın hüquq
və azadlıqlarının
layiqli səviyyədə
dövlət tərəfindən
qorunmasına xidmət
edir. Hüquqi dövlət deyəndə
bunu başa düşürük. Bunun
əsaslarını isə
ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Xalqın iradəsi ilə qurulan hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin
başlıca məqsədi
və fəaliyyət
istiqamətləri xalqın
milli maraqlarını
qorumaq, vətəndaşların
hüquq və azadlıqlarını təmin
etməkdən ibarətdir.
-
Ziyafət müəllim, Konstitusiya islahatlarına toxundunuz. Yeri
gəlmişkən, 1995-ci ildə qəbul olunmuş Azərbaycan
Respublikası Konstitusiyasının da müəllifi məhz
ümumilli liderimiz Heydər Əliyevdir...
-
Mən 1995-ci ildə Konstitusiyanın hazırlanması üzrə
Heydər Əliyevin sədrlik etdiyi komissiyanın üzvü
olmuşam. O zaman hər həftə komissiya toplanırdı,
Heydər Əliyev öz tövsiyələrini verirdi. Ulu
öndər həmişə deyirdi ki, Azərbaycan
Konstitusiyası elə bir hüquqi sənəd
olmalıdır ki, cəmiyyətdə mövcud olan
bütün zümrələrin mənafeyi nəzərə
alınsın. Bu gün Azərbaycan Konstitusiyası
dünyanın bir çox qabaqcıl ölkələrinə
örnək ola biləcək sənəddir. Bunu tam məsuliyyətimlə
deyirəm. O qədər işlək mexanizmlər var ki,
doğrudan da örnək ola bilər. Konstitusiya qəbul
olunandan sonra 1996-cı ildə Azərbaycan Prezidenti yanında
Hüquqi islahatlar komissiyası yaradıldı və bu
komissiya Konstitusiyadan irəli gələn qanunların işlənib
hazırlanması üçün işlər gördü. Çoxlu
sayda qanun, məcəllə qəbul etdik. Bütün bu
qanunların mayasında bir məqam dayanır ki, o da Ana
Yasanın 12-ci maddəsində təsbit olunub. Orada qeyd olunur
ki, Azərbaycan dövlətinin ali məqsədi hər bir Azərbaycan
vətəndaşının layiqli həyat səviyyəsini
təmin etməkdir, hüquq və azadlıqlarını
qorumaqdır. Hesab edirəm ki, qanunlar hüquqi dövlət
quruculuğu prosesində aparıcı rol oynayır və
bundan sonra da belə olacaq.
-
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlməsi və atdığı addımlar bütün
digər sahələrdə olduğu kimi, ölkəmizin
xarici siyasətindəki durğunluğu da aradan
qaldırdı. Azərbaycan passiv, müdafiə olunan tərəf
olmaqdan çıxdı və ölkəmizin milli
maraqlarını özündə ehtiva edən
hücumçu diplomatiyaya start verildi...
-
Azərbaycanın xarici siyasətinin prinsipləri də
Konstitusiyamızın 10-cu maddəsində təsbit olunub. Heydər
Əliyevin müəllifi olduğu Azərbaycanın xarici
siyasət startegiyasının əsas prinsiplərindən biri
ondan ibarətdir ki, Azərbaycan qonşuları ilə dinc,
yanaşı yaşamağa üstünlük verən ölkədir.
Azərbaycan dövləti başqa ölkələrin daxili
işlərinə qarışmamaq siyasəti həyata
keçirir və bütün mübahisəli məsələlərin
sülh yolu ilə həllinin tərəfdarıdır. Təəssüf
ki, Ermənistan işğalçı siyasətini bugünə
qədər davam edir. BMT-nin məsələ ilə
bağlı qəbul etdiyi sənədlərə baxmayaraq, hələ
ki, ortada yekun nəticə yoxdur. Bütün beynəlxalq sənədlər
Azərbaycanın ərazi bütövlüyünü
müdafiə edir. Onu da qeyd etmək yerinə düşər
ki, NATO-nun Buxarest və Riqa sammitlərində bir daha bəyan
olunub ki, qurum Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir. Bu məsələdə
beynəlxalq sənədlərin qəbul olunması Azərbaycanın
haqq işinin müdafiə olunduğu göstərir. Digər
tərəfdən isə bu, ulu öndər Heydər Əliyevin
titanik fəaliyyətinin nəticəsidir. Erməni diasporunun,
lobbisinin təzyiqlərinə rəğmən beynəlxalq
qurumlarda bu sənədlərin qəbul olunması Heydər Əliyevin
böyük zəkasının, gərgin əməyinin nəticəsi
kimi dəyərləndirilməlidir. Bu gün dünyada Azərbaycanla
hesablaşırlar. Regionda Azərbaycanın iştirakı
olmadan heç bir layihə həyata keçirilə bilməz.
Bu gün Azərbaycanın təşəbbüsü ilə
reallaşan layihələr dünya üçün
böyük əhəmiyyət kəsb edir. Azərbaycan Avropa
üçün nativ eneryi mənbələyindən biridir.
Avroatlantik məkanda Azərbaycanın önəmini çox
yaxşı başa düşürlər. Bu isə əsası
ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuş uğurlu xarici siyasət strategiyasının bu
gün prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin məntiqi nəticəsidir.
-
Heydər Əliyevin ən böyük xidmətlərindən
biri də Azərbaycan dövlətçiliyi
üçün çox böyük əhəmiyyət
daşıyan, bu gün Azərbaycanın siyasi
palitrasının lokomotivi, regionun ən böyük
partiyası olan Yeni Azərbaycan Partiyasını
yaratmasıdır. Siz də bu partiyanın Siyasi Şurasının üzvüsünüz. Təmsil
etdiyiniz partiyanın Azərbaycanın son 15 ildəki inkişafındakı
və bu ölkəmizdə baş
verən proseslərdə
üzərinə götürdüyü
missiyanı necə dəyərləndirirsiniz?
-
İqtidar partiyası kimi YAP bu gün ölkəmizin siyasi
kursunun prioritet istiqamətlərinin müəyyən
olunmasında əhəmiyyətli rol oynayır. Tarixdə
yaranan bütün digər güclü və nüfuzlu siyasi
partiyalar kimi YAP-ın da təşkilati və siyasi ideoloyi fəlaiyyətinin
əsas istiqamətləri onun Proqram və Nizamnaməsində
əks olunub. Yarandığı vaxtdan keçən müddət
ərzində YAP həmişə meyar və keyfiyyət
baxımından sürətlə inkişaf edib, ideya və təşkilati
baxımdan daha da möhkəmlənib. YAP-ın milli dövlətçilik
konsepsiyasının əsasında azərbaycançılıq
ideologiyası və məfkurəsi dayanır. Milli
ideologiyamızda milli dövlətçilik və milli-mənəvi
dəyərlər əsas yer tutur. Bu gün mənim
üçün ikiqat şərəfdir ki, ulu öndər
Heydər Əliyevin yaratdığı partiyanın
üzvüyəm. Partiyamız keşməkeşli yol
keçib. Müxalifətdə də olmuşuq. YAP-ın
mühüm xüsusiyyəti ondan ibarətdir ki, müxalifətdə
olanda da həmişə dövlətçilik mövqeyindən
çıxış edib. Bu da Heydər Əliyevdən, onun
siyasi dünyagörüşündən irəli gəlir. Bu
partiya üçün yalnız bu amal üstündür:
Dövlətçilik, xalqın mənafeyi, milli
maraqlarımız daim nəyin bahasına olursa-olsun
qorunmalıdır.
K.HACIYEV
Kaspi.-2009.-7 may.-S.6.