Eurovision-2009" yarışmasının
ilk yarımfinalı keçirilib
Mayın 12-də Moskvada "Eurovision-2009" müsabiqəsinin I yarımfinalı keçirilib. APA-nın Moskvaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, müsabiqənin I yarımfinalının aparıcıları Andrey Malaxov və Natalya Vadyanova olub.
Müsabiqənin I yarımfinalında 18 ölkə - Monteneqro, Çexiya, Belçika, İsveç, Belarus, İsveçrə, Ermənistan, Andorra, İsveç, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina mübarizə aparıb. Bu ölkələr arasından 10-u - Türkiyə, İsveçrə, İsrail, Portuqaliya, Malta, Finlandiya, Bosniya-Hersoqovina, Rumıniya, Ermənistan, İslandiya finala vəsiqə qazanıblar. Yarımfinaldan sonra isə finala vəsiqə qazanan 10 ölkənin təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında 10 ölkənin finalda çıxış edəcəyi sıra nömrəsi müəyyənləşib. Mayın 16-da keçiriləcək final mərhələsində Türkiyə 18, İsveçrə 4, İsrail 2, Portuqaliya 6, Malta 14, Finlandiya 24, Bosniya-Hersoqovina 12, Rumıniya 22, Ermənistan 9, İslandiya 7-ci çıxış edəcək. Mətbuat konfransında çıxış edən Türkiyə təmsilçisi Hadisə Açıqgöz finala vəsiqə qazanmasına və yarımfinalda birinci olmasına çox sevindiyini bildirib. O, media mənsublarının "siz bu müsabiqədə bütün təmsilçilərdən gözəlsiniz" deməsinə, "bu müsabiqədə hər bir təmsilçi gözəldir, burada söhbət tək məndən getməməlidir" deyib.
Finala vəsiqə qazanan bütün təmsilçilər finala qədər istirahət edəcəklərini də bildiriblər. İsveçrə təmsilçisi Malena Ernman bu müsabiqədə ən güclü rəqibinin Yunanıstan təmsilçisi Sakis Ruvas olduğunu qeyd edib. İsrail təmsilçiləri Noa və Mira Avad isə mahnıları ilə bütün dünyaya sülh arzuladıqlarını bildiriblər: "Biz dünyada gedən bütün pisliklərə, savaşlara yox deyirik, ancaq və ancaq barış istəyirik. Bu mahnını da oxumağımız da əsas istəyimiz məhz budur".
Artıq üçüncü
dəfədir ki, bu müsabiqədə iştirak edən
Kaspi.-2009.-14 may.-S.15.